“Biz dəfələrlə Sədaqət xanıma müraciət etmişik, amma..." - Nizami sakinlərinin şikayətinə baxan yoxdur
Sosial
Oxunub: 347
23 Ock 2020 | 14:45
“Biz dəfələrlə Sədaqət xanıma müraciət etmişik, amma..." - Nizami sakinlərinin şikayətinə baxan yoxdurElşən Süleymanov küçəsi 162 A-da zirzəmi çirkab suları və zibillə doludur

Azərbaycanda 9 fevralda keçiriləcək parlament seçkilərində yeni simalarla yanaşı, öz bacarıqsızlıqlarını etiraf edib, parlamentin buraxılmasına səs verən deputatlar da iştirak edir ki, bu, gülünc bir haldır. Öz fəaliyyətlərini mənfi qiymətləndirən şəxslərin yenidən deputat olmaq istəyi heç cür anlaşılan deyil. Əslində, onların əksəriyyəti öz istəklərinin əleyhinə olaraq parlamentin buraxılmasına səs versələr də, həqiqətən də çoxusunun fəaliyyəti yarıtmaz olub. IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 25 saylı Nizami ikinci seçki dairəsindən deputat seçilən Sədaqət Vəliyevanın timsalında bunu aydın görmək olur. Çünki iki dəfə deputat “seçildiyi” və indi də namizəd olduğu ərazidə sakinlər onun bir dəfə də üzünü görmədiklərini deyirlər.

Sədaqət Vəliyevanın deputat olduğu 25 saylı Nizami ikinci seçki dairəsinin ərazisində yerləşən, Elşən Süleymanov küçəsi 162 A ünvanında yaşayan sakinlərin Hurriyyet.TV-yə dedikləri bunun əyani göstəricisidir. Hansı ki, həmin video-materialda, sakinlərin çoxsaylı müraciətlərinə rəğmən, sözügedən ünvanın zirzəmisinin su, zibil içində olduğu aydın görünür.
“Biz dəfələrlə Sədaqət xanıma müraciət etmişik, amma..." - Nizami sakinlərinin şikayətinə baxan yoxdur

Bədsəfa Vəliyeva:

“17 ildir burada - 3-cü blok, birinci mərtəbədə yaşayıram. Binamızın zirzəmisi ağzına kimi su və zibillə doludur. Su kanal idarəsinə çox deyirik, çağırırıq, gəlib bir az çöldən açıb qurdalayırlar, çıxıb gedirlər. Zirzəmiyə düşən yoxdur, baxmırlar. Yağış yağanda evdən küçəyə çıxmaq olmur.

Deputata da müraciət etmişik, baxan yoxdur. 6-7 il bundan əvvəl ANS də çəkib, ancaq bir nəticəsi olmayıb”.

Bəsti Hüseynova:

“İki ildir bu binadan ev almışam, aldığıma peşman oldum. 3 oğlum var, heç birini evləndirməmişəm. Ona görə ki, mən yaşadığım şəraitdən utanıram. Bankdan pul götürüb, evi təmir etmişəm. Hazırda 7 min 700 manat banka borcum var. Revmatizmam var, belim tutulub, şünki zirzəmi suyun içindədir.

Bütün orqanlara - Fövqalədə Hallar Nazirliyinə, icra başçısına, “jek”ə özüm şəxsən müracət etmişəm ki, vəziyyətimiz budur, zirzəmi zibillə doludur, paltalarımız evdə kifin içindədir. Su idarəsinə də müraciət etmişəm.

Bir dəfə zirzəmiyə düşmüşdüm, məni nəsə dişləmişdi, allergiya vermişdim, “skoro” gəldi, ondan sonra xəstəxanada yatdım, əlimdə kağızım var.

Xahiş etdim ki, gəlin, bura bir əncam qılın. Məndən bura zəhər səpməyə pul istəyirlər. Deyirlər, pul yığın, sonra biz orada təmizlik işi aparaq. Hara müraciət etmişəm, hamısı da belə deyir, gəlirlər, qayıdırlar. Deyirəm ki, mənim gücüm 10 manata çatır. Deyir ki, bütün binadan yığ. Mən vətəndaşın qapısını necə gedim döyüm ki, mənə pul ver.
“Biz dəfələrlə Sədaqət xanıma müraciət etmişik, amma..." - Nizami sakinlərinin şikayətinə baxan yoxdur

Yağış olanda gəlin baxın, görün, buradan insan keçə bilər, ya keçə bilməz. Bir adam keçə bilməz. Çünki ora elə dolur ki...

Biz də Azərbaycan vətəndaşıyıq. 3 əsgər yola salmışam. Mənim uşaqlarım niyə revmatizma xəstəliyinə tutulub? Mən şəxsən burada seçilən deputata da müraciət etmişəm, gəlməyib.

6 ay bundan qabaq mən icra baçısı Arif müəllimə də müraciət etmişəm. İcra başçısı dedi ki, gedin vətəndaşın problemini həll edin. Orada Tariyel müəllim var, yalandan gəldi, hay-küy etdi... Kanalizasiyada işləyən biri var, “baş üstə” deyə-deyə yalandan söz verdi ki, həll edəcəm, ancaq həll etmədi. Hamısı sözdə qalır, heç kim bura əncam qılmır. Ya bu binanı ləğv etsinlər, ya bizi başqa yerə köçürsünlər. Yəni bizim bina təhlükəlidir. Binanın altına girin, kim istəsə çəkiliş edə bilər, balkon tərəf çöküb, hamısı rütubətdəndir. Siz özünüz də gördünüz. Gərək, nəsə ola, sonra gəlib bura tökülələr?

Biz xahiş edirik ki, kömək etsinlər. Mən əminəm prezidentimizin xəbəri yoxdur ki, sakinlər paytaxtda bu vəziyyətdə yaşayır. Prezident gələndə 20 metr o tərəfə asfalt çəkdilər, amma bizim həyət bu gündə qaldı”.
“Biz dəfələrlə Sədaqət xanıma müraciət etmişik, amma..." - Nizami sakinlərinin şikayətinə baxan yoxdur

Gülgəz Əmiraslanova:

“Bu ünvanda yaşayırıq, zirzəmilərimiz çox bərbad vəziyyətdədir. Kanalizasiya dolur. 2-3 gün su çəkiblər. Ağcaqanadın əlindən tərpənmək olmur. Uşaqlar ağcaqanaddan allergiya olur, dəfələrlə müalicə alıblar. Bloklar təmir olunmur, qapısı, pəncərəsi yoxdur. İstilik sistemi sistemi yoxdur. Kanalizasiya daşır...”.

Bəsti Hüseynova təkar söhbətə müdaxilə edir:

“Sədaqət xanım bizim deputatdır. Biz dəfələrlə demişik, heç kim bizim şikayətimizə baxmayıb. İndən belə kim deputat seçiləcək, ondan xahiş edirik ki, bizim vəziyyətimiz haqqında prezidentə məlumat versin. Biz əminik ki, prezidentin bu hadisələrdən məlumatı yoxdur. Bu vaxtı ağcaqanad dərmanı yandırarlar? Biz ağcaqanad dərmanı yandırırıq”.
“Biz dəfələrlə Sədaqət xanıma müraciət etmişik, amma..." - Nizami sakinlərinin şikayətinə baxan yoxdur

Kəmalə İsmayılova:

“Binada istilik sistemi yoxdur, peç yandırırıq, zirəzmi çirkab suları ilə dolub, hamamı açırsan, qoxuda “ölürsən”. Su idarəsinə 100 dəfə müraciət etmişik. Elə həmən həməndir. Əvvəl binada “atapleniya” olub, indi baxan yoxdur”.

Tahirə Abdullayeva:

“Binada istilik sistemi yoxdur, soyuqdur, xüsusən də körpə uşaqlı ailələr əziyyət çəkir. Zirzəmilər çox pis haldadır. Görün, həyət nə haldadır...

Yağış yağanda uşaqlar çıxıb oynaya bilmir. Həyətdə uşaqlara aid heç bir şey yoxdur”.

Elşən Süleymanov küçəsi 162 Q-də yaşayan sakin Vaqif İsmayılov:

“Yaxınlıqdakı binaya “atapleniya” çəkdilər, biz deyəndə isə dedilər ki, vəsaitimiz yoxdur. Necə olur, bu binaya vəsait ayrılır, bizim binaya ayrılmır? “Azəristilik”ə getdik, oranın böyüyü əlimizdən qaçdı getdi. Soruşmur ki, dərdiniz nədir? Ümumiyyətlə, binanın yiyəsi yoxdur, it günündədir.

Binanın qabağına fikir verin, nə gündədir. Zirzəmini də öz cibimizin pulu ilə düzəldirik. Kanalizasiya partlamışdı, o gün 40 manat verib düzəltdirmişik. Zirzəmiləri ona görə hörüblər ki, it yuvasıdır, itlər gəlib, orada bala saxlayır. Odur ki, zibilxanamıza baxın, yarımçıq qalıb. Bir nəfər gəlmişdi, özünü burada bələdiyyə təyin etdirmək istəyirdi, “mən eləyəcəm” - dedi, eləcə də qaldı. Bu boyda ərazidə 4 binadan başqa hamısında istilik sistemi var. Bu, necə olur, birində olur, birində olmur? Bu millətə fikir verən yoxdur. Bu binaların sakinləri Azərbaycan vətəndaşı deyil? Heç bundan əvvəlki deputatı görməmişəm, tanımıram”.



Bina sakini Abbas müəllim:

“3-cü mərtəbədə, 72-ci mənzildə yaşayıram. Binanın qabağı, zirzəməsi bərbad gündədir, kanalizasiyanın qoxusundan evdə oturmaq olmur. Ordan-burdan evə qonaq gələn olur, qonaq gələndə xəcalət çəkirəm. Hər yanı iyi basıb. 5 ildir burada yaşayıram, bu problem var. Heç deputatı tanımırıq, adını da bilmirik”.
23-01-2020, 15:20
"Çingiz Qənizadə mələk cildinə girməsin..." - Seçiciləri deputata ÇAĞIRIŞ ETDİ
17-01-2020, 15:17
Nəriman Əliyev yerinə deputat seçdirir - LAL mandat sahibi olmuş biznesmenin namizədi Məhşur Məmmədov KİMDİR?
15-12-2018, 14:30
Sərxoş halda dava saldığı deyilən deputat danışdı - YENİLƏNİB
10-12-2018, 13:21
"Azərbaycan iqtisadi inkişafına görə bir çox ölkələr üçün nümunədir" — Deputat
16-11-2018, 16:26
Deputat: 200 manat maaşı təsəvvür edə bilirsiniz?
8-11-2018, 15:18
Deputat: Biz yazıq ölkə deyilik
Dün, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
Dün, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
Dün, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
Dün, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
Dün, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
Dün, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
Dün, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
Dün, 18:53
“Qarabağ”da yeni müqavilə
Dün, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
Dün, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
4-05-2024, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
4-05-2024, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
4-05-2024, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
4-05-2024, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
4-05-2024, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
4-05-2024, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
4-05-2024, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
4-05-2024, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
4-05-2024, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
4-05-2024, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
4-05-2024, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
3-05-2024, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
3-05-2024, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
3-05-2024, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
3-05-2024, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü