“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO
Siyasət
Oxunub: 110
7 May 2022 | 16:17
“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO
XIV əsrdə yaşamış filosof, dövlət xadimi və tarixçi İbn Xəldun qeyd edirdi ki, dövlət nə qədər qüdrətli və sarsılmaz olsa da, onu təşkil edən fərdlər və cəmiyyət kövrəkdir.

“Yeni Azərbaycan” qəzeti yazır ki, bu fikrin söylənildiyi dövr ilə indiki vaxt arasında yeddi əsr fərq olsa da, insanın fitrəti, dövlətin təbiəti, cəmiyyətin isə xarakteri dəyişməyib. Xüsusilə də, Şərq toplumlarında ictimai rəy daha kövrəkdir, təsirə tez və daha geniş məruz qalır. Ona görə də öz fərdi maraqlarını, hətta şəxsi ambisiyalarını gerçəkləşdirmək istəyən bir qisim var ki, insanlar üçün həssas məsələlərdən istifadə edərək ucuz populizm qazanmağa, müsbət imic (təbii görünən süni obraz) formalaşdırmağa çalışırlar. Bununla bağlı istənilən qədər nümunə göstərmək olar. Elə təkcə sosial şəbəkələrə nəzər salmaq yetərlidir.

Məsələn, Türkiyədə yaşayan (və məhkəmənin qərarına əsasən, İstanbuldan kənara çıxa bilməyən) iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov. “Yeni Azərbaycan” qəzeti alternativ düşüncəyə önəm və yer verən tribunadır. Qəzetimizin 5 may tarixli sayında Mənsimovdan müsahibə verilsə də, bu gün sosial şəbəkələrdə, informasiya resurslarında ifadə edilən fikirlər reallıqların fərqli olduğunu göstərir. Ona görə də araşdırma apararaq bəzi məsələlərin üzərinə işıq salmağa qərar verdik.

Xeyriyyəçi, yoxsa?..

Bu yaxınlarda internet televiziyalarından birinə verdiyi müsahibədə müxtəlif sözlər deyən, ziddiyyətli cümlələr quran Mübariz Mənsimovun fikirləri heç də birmənalı qarşılanmadı. Sosial mediada müxtəlif reaksiyalar verilir. Xüsusilə də, xeyli şəxs onun insanlar üçün həssas məsələlərdən istifadə edərək özünü fərqli formada təqdim etdiyini vurğulayır. Məsələn, “xeyriyyəçi” obrazı yaratmaq cəhdi. Qeyd edilir ki, “müasir Hacı Zeynalabdin Tağıyev” imici yaratmağa çalışan bu şəxs insanlara yardım etmək məsələsini şəxsi piar alətinə çevirib.

İstifadəçilərdən biri qeyd edir ki, o, hər müraciət edənə yardım göstərmir. Çünki yardım etmək üçün ilk tələbi belə olur: köməklik göstərilməsini kameranın yaddaşına yazacağıq və daha sonra sosial şəbəkələrdə, nəzarətimizdə olan saytlarda reklam edəcəyik. Bunu qəbul etməyən şəxslərə “xeyriyyə əli” uzadılmır. Üstəlik, sıradan insanlara yardım edilməsinə üstünlük verilmir, çünki bu, reytinq gətirməyəcək. Daha çox həssas təbəqələrdən olan insanlar seçilirlər. Ən əsası, daim Allah rizası üçün yardımdan, dindən-imandan danışan Mənsimov köməkliyi “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipi ilə deyil, “sağ əlinin verdiyini sol əlindəki kamera vasitəsilə qeydə və lentə almaq lazımdır” yanaşması ilə edir.

Qardaşı Mənsimovu necə ifşa etdi?

Nə hikmətdirsə, onu dürüst olmamaqda ittiham edənlərdən biri çox da uzaq adam deyil, hətta ən yaxınlardandır - doğma qardaşı. Bir müddət əvvəl Maarif Mənsimov qardaşının çirkli pulların yuyulmasında və bir çox cinayətlərdə əli olduğunu, mafiya ilə əlaqələrinin olmasını iddia etmişdi. O, şikayət ərizəsində qeyd etmişdi ki, qardaşı yalan söyləyərək dövlət adamları ilə əlaqəsi olduğunu bildirməklə iş dünyasını, bankirləri aldadıb və bununla da bütün ətrafına ziyan vurub. Görünən dağa bələdçi lazım deyil, yaxud əlavə sözə nə hacət!

İşçilərindən “ədalətli rəhbər”ə: biz qul deyilik!

Digər məsələ: Mübariz Mənsimov müsahibəsində işçilərinə qarşı vicdanlı olduğunu söyləyir, özünü ədalətli rəhbər kimi tanıdır. Dərhal qarşımıza bir fakt çıxır: onun “Shovket Alekperova” adlı şirkət gəmisinin 150 işçisi yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilməyib. Onlar gəmidəki yemək və təmiz su problemindən də əziyyət çəkiblər:

“Doqquz aydır ki, Zeytinburnuda lövbər gözləyirik. “Palmali Shipping” bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır, maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin”.

Görünən odur ki, Mübariz işçilərini maaş üçün MÜBARİZƏyə vadar etməklə “ədalətli, dürüst və mərhəmətli” rəhbər olduğunu sübuta yetirir. Bununla bağlı bir çox fakt olsa da, təkcə bu nümunə gerçəkliyin nədən ibarət olduğunu göstərir.

Mübarizin “mübariz” obrazı

Mənsimovun piarına (çıxışlarına, müsahibələrinə və s.) nəzər salanda digər bir məqam da diqqəti cəlb edir. Bu, biznesmenin kriminal yığıncaqlardan və “oğru dünyası”ndan həvəslə danışmasıdır. İlk baxışda qəribə və anlaşılmaz görünür. Amma fikirlərini dinlədikdə aydın olur ki, adam sadə düşüncəli (oxu: sıradan və sadəlövh) insanları təsir altına salmaq üçün özündən “qəhrəman” obrazı düzəltməyə çalışır (qəhrəmanlıq edə bilməsə də).

Gah özünə qarşı cinayət əməli və ya qəsdin törədilməsindən danışır, gah da kimlərisə “nokaut”a salmasından. Bu, təbii ki, sosial şəbəkə istifadəçiləri, hətta jurnalistlər, blogerlər tərəfindən gülüş doğuran hal adlandırılır və tənqid edilir. Qeyd edilir ki, biznes imperiyasının iflasında günahkar axtaran gəmiqayırma maqnatının özünü “Azərbaycanın Rembosu” kimi təsvir və təqdim etməsi hər-hansı bir psixi pozuntudan və ya ruh halından irəli gəlmir. Bu, onun, ətrafındakı şəxslərin, “piar menecer”lərinin dırnaqarası ideyaları ilə aparılan bəsit kampaniyanın tərkib hissəsidir - Mənsimovun “mübariz” obrazı yaradılır.

O necə dindardır və Fətullah Gülənin ətrafında nə axtarırdı?

Diqqəti çəkən nüanslardan biri Mənsimovun dindar və millətçi qiyafəsinə bürünməsidir. Faktlar isə reallığın onun dediklərindən və göstərməyə çalışdığından fərqli olduğunu söyləyir. Diqqət yetirək:

Məlumdur ki, İstanbul Regional Ədliyyə Məhkəməsi Üçüncü Cəza Dairəsi Mübariz Mənsimova yerli məhkəmə tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində “iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək” cinayətinə görə verilən beş illik həbs qərarını qanunauyğun sayıb. FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar həbs edilən M.Mənsimova beş il azadlıqdan məhrumetmə cəzası verilib və cəzası şərti hesab edilib. Bundan başqa, onun ölkədən çıxışına qadağa qoyulub. Maraqlıdır ki, ona ünvanlanan bütün ittihamlar və iddiaları rədd edən - qəbul etməyən bu şəxs FETÖ fərarisi kimi axtarışda olan iş adamı ilə münasibətinə hələ də aydınlıq gətirə bilməyib.

İnformasiya resurslarında geniş yayılan sözləri də Mənsimovun iddia etdiyi kimi dindar olmadığını göstərməklə yanaşı, FETÖ məsələsində mənzərəni bulanıqlaşdırır. Məsələn, o qeyd edir ki, içkili halda FETÖ-çülərin iftar məclisinə gedib, Fətullah Güləndən aldığı təsbehi 1000 ABŞ dollarına satıb. Sual olunur: o necə dindardır və Gülənin ətrafında nə axtarırdı?

Erməni şəriklə çirkli fəaliyyət vətənpərvərlik nümunəsidir, yoxsa xəyanət?!

Faktlar biznesmenin “millətçi” imicini (!) də darmadağın edir. Məsələn, “Palmali” rəhbərinin “Yeni inşa edəcəyimiz gəmilərə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adlarını verəcəyik” desə də, daha sonra 21 yaşlı və neft qaçaqmalçılığında istifadə edilən (bir çox ölkələrin qara siyahısında olan) bir gəmisinin adını dəyişdirib “Rəsulzadə” adlandırması inkaredilməz həqiqətdir. Daha dəqiq desək, 2015-ci ildə Ukrayna parlamentində ciddi müzakirələrə səbəb olmuş, həmçinin Ukrayna Prokurorluğu tərəfindən neft qaçaqmalçılığı etdiyi üçün cinayət işi açılan “ADRIATIC MARINER” gəmisinə Liberiya bayrağı çəkərək “MAMMAD AMIN RESULZADEH” adının verilməsi vətənpərvərlik, dövlətçilik nümunəsi deyil, məsuliyyətsizlik və sayğısızlıq idi.

Hər halda, müsahibəsində Qarabağa investisiya yatırmaq fikrində olmadığını deyən, “Azərbaycanda məni sevməyən qüvvələr var” söyləyən iş adamının okeanın o tayında erməni şəriklə çalışması da vətənpərvərlik nümunəsi deyil. Söhbət çirkli pulların yuyulmasında iştirakı ilə tanınan erməni əsilli mafiya lideri Levon Termedzyandan gedir.

Rəsmi sənədlərdə göstərilir ki, bu iki şəxs Palmali USA LLC (2016-2019) şirkətinə ortaq rəhbərlik edib.

“Şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir”, - deyən Mübariz Mənsimovun şəriki Termedzyanla 1 noyabr 2016-cı il tarixində lentə alınan fotosu onun necə “azərbaycanlı” olduğunu təsdiqləyir.

ABŞ-da yaşayan Ukrayna əsilli Lev Parnasın “Levon Termedzyan ilə Mübariz Mənsimov vasitəsilə tanış olmuşam” sözləri də faktdır. Bununla yanaşı, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) 2020-ci il tarixli hesabatında Mübariz Mənsimovun ABŞ-da Türkiyə əleyhinə lobbi fəaliyyəti ilə məşğul olması da əks olunub. Hər halda, od olmayan yerdən tüstü çıxmaz!

Azərbaycan əleyhinə...

Digər tərəfdən, “Palmali” rəhbərinin maliyyələşdirdiyi deyilən blogerlərin Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yazılar hazırlaması, süjetlər verməsi də hər halda təsadüfi deyil. “Pulu verən havanı sifariş edər” deyirlər. Hər halda, sponsor olan Mənsimovun anti-Azərbaycan mövzularında sifarişçi olmaması real - inandırıcı görünmür. Həmin blogerlərdən birinin çexiyalı parlamentari Yaromir Ştetina ilə hələ o zaman işğal altında olan Qarabağdakı qondarma rejimin “parlament”indəki görüşünü əks etdirən foto da mənzərəni aydın təsvir edir.

Dostunu göstər, deyim, kimsən

Təsadüfi deyil ki, Mübariz Mənsimovu fəal müdafiə edənlər sırasında ermənilərin dostları da canfəşanlıqları ilə fərqlənirlər. Məsələn, həbsdə olarkən Mübariz üçün mübarizəyə başlayan jurnalistlərdən biri qatı erməni tərəfdarı olan Amberin Zaman idi. “Al-Monitor”da çalışan, bir müddət İrəvanda yaşamış bu şəxs Türkiyə əleyhinə təbliğat aparmaqla, qondarma “erməni soyqırımı”nı həqiqət kimi təqdim etməklə məşhur idi.

Faktlar istənilən qədərdir. Amma təkcə bu nəzər yetirdiklərimiz də Mübariz Mənsimov adlı iş adamının əslində kim olduğunu və nəyə xidmət etdiyini göstərir!
“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO“Yeni Azərbaycan” qəzeti: Mübariz Mənsimov əslində kimdir? - FOTO
10-04-2022, 23:04
Hər dörd qadından biri məişət zorakılığına məruz qalır - ARAŞDIRMA
24-11-2021, 09:03
İşıq da baha, Günəş də: Azərbaycanda alternativ enerji ilə də qızınmaq olmur - NƏ ETMƏLİ?
30-09-2021, 23:51
"Palmali" şefinin MƏİŞƏT QAYĞILARI... - VİDEO
26-09-2020, 11:31
YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib
24-09-2020, 10:48
Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər
30-04-2020, 18:55
Çox təəssüflər olsun ki, əcdadlarımızdan fərqli olaraq, bizdə bir çox müsbət keyfiyyətlərlə yanaşı, cılızlaşma getmişdir
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir
21-04-2024, 15:00
Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT
21-04-2024, 14:58
Ən çox qumar oynayan BÜRCLƏR
21-04-2024, 14:55
İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü
21-04-2024, 14:52
13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı
21-04-2024, 14:51
Tayvanda güclü zəlzələ oldu
21-04-2024, 14:49
8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21-04-2024, 14:47
Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapıldı
21-04-2024, 14:45
Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA
19-04-2024, 14:28
İsrail İrana raket zərbəsi endirdi
19-04-2024, 14:20
Meksikada güclü zəlzələ