Ermənistanla əlbir olan Almaniya hökuməti Oxçuçay terrorunu ört-basdır etməyə çalışır
Siyasət
Oxunub: 152
7 Tem 2021 | 10:42
Ermənistanla əlbir olan Almaniya hökuməti Oxçuçay terrorunu ört-basdır etməyə çalışır Araz çayının sol qolu olan Oxçuçay illərdir ki, Ermənistan tərəfindən çox təhlükəli həddə çirkləndirilir. Çirklənmə səviyyəsinin ən böyük hissəsi isə bu ölkədə fəaliyyət göstərən Almaniyanın "Cronimet Holding" şirkətinin payına düşür. Şirkətin əsas səhmdarı Qacaran mədənini işlədən "Zəngəzur Mis Molibden Zavodu" ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradaraq Oxçuçayı təhlükəli həddə çirkləndirməkdə davam edir.
Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb. Aparılan monitorinqlər nəticəsində çay suyunda müxtəlif vaxtlarda - bolsulu və az sulu dövrlərdə ümumilikdə ağır metallar ilin bütün fəsillərində normadan dəfələrlə artıq olub.
Məhz bu səbəbdən Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans doğurub və ictimai narazılığa gətirib çıxarıb.
Bütün bunları nəzərə alaraq, Azərbaycan mediası Almaniya səfirliyinə müraciət edib. Səfir bu müraciətə cavabında məsələni ört-basdır etməyə və diqqəti şirkətin üzərindən yayındırmağa çalışıb. Almaniyanın Yaşıllar partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını qeyd edib.
Təbii ki, Almaniyanın Azərbaycana qarşı belə münasibəti yeni deyil. Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi Almaniyanı hər zaman narahat edib və bu da ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının əsasını təşkil edib. Özü də Almaniyadan təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir.
Bu, Oxçuçay məsələsində bir daha öz təsdiqini tapdı. Belə ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən dərhal sonra Almaniya hökuməti sözügedən problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil etdi. Bunu həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdi kimi qiymətləndirmək olar.
Beləliklə, özünü dünyaya ətraf mühitin mühafizəsi üzrə "cəfakeş" kimi təqdim etməyə çalışan Almaniya hökuməti Oxçuçay fəlakətinə susur və hətta bu cinayət əməlinin törədilməsində Ermənistanla əl birliyi edir.
Bu arada, qeyd edək ki, transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ – mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.
Məlumdur ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı Trend-ə bildirib ki, Oxçuçayın ekoloji deqradasiyası barədə və Ermənistanın belə davamlı çirkləndirmə fəaliyyətinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələbi ilə UNECE-nin Konvensiya katiblərinə - Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Katib cənab Sonja Koeppelə, eləcə də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiyanın Katibi xanım Tea Aulavuoya da müvafiq müraciətlər edilib.
Eyni zamanda, İran İslam Respublikası Ətraf Mühit İdarəsinin Rəhbəri, cənab İsa Kalantariyə hər iki ölkənin ətraf mühitinə təsir edən bu mənfi transsərhəd təsirin qarşısının alınması üçün ortaq hərəkətlərin zəruriliyini əks etdirən məktub göndərilib. Eyni zamanda bu problemin birlikdə həll olunmasına xidmət edəcək ortaq işçi qrupun yaradılması təklif edilib.
Beynəlxalq təşkilatlarla yanaşı, ETSN Alman Bundestaqına, Yaşıllar Fraksiyası nümayəndələrinə müraciət edərək Almaniyanın "Kronimet Holding" şirkətinin əsas səhmdarı olduğu Qacaran mədənini işlədən "Zəngəzur Mis Molibden Zavodu"nun ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə törədən fəaliyyətinə diqqəti yönəltməyə dəvət edib.
Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin sədri, xanım Sylvia Kotting-Uhl-a, Almaniya Bundestaqının Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinin spikeri xanim Steffi Lemkeye və Alman Bundestaqında Yaşıllar Fraksiyasının Ətraf Mühit Siyasəti üzrə sözçüsü Dr. Bettina Hoffmanna müvafiq müraciətlər və məktublar ünvanlanıb.
Məktublarda ETSN tərəfindən Alman hökuməti, vətəndaş cəmiyyəti və ictimaiyyətinin bu məsələyə tezliklə münasibət bildirməsinə dair gözləntilər ifadə edilib. Bununla yanaşı, məktublarda Ermənistandakı çoxsaylı ekoloji təşkilatların da Oxçuçayın Ermənistan ərazisində ciddi çirklənməyə məruz qalması ilə əlaqədar qaldırdıqları narahatlıqlar, erməni media mənbələrindən faktlar da təqdim edilib.
Bütün bunlara baxmayaraq, Ermənistan və Almaniya hökumətləri bu ekoloji terrora göz yummaqda davam edirlər.
Ermənistanla əlbir olan Almaniya hökuməti Oxçuçay terrorunu ört-basdır etməyə çalışır
26-04-2021, 10:16
XİN beynəlxalq təşkilatları Metsamor AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırıb
12-01-2021, 10:32
Azərbaycan BTQ ilə ilk ixrac yönümlü yüklərin nəqlinə start verib
7-12-2020, 10:46
Ermənistandan növbəti ekoloji terror: Azərbaycan çaylarına zəhər axıdır
26-11-2020, 10:30
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq
25-09-2020, 14:35
Fransanın dövlət borcu rekord həddə çatıb
22-06-2020, 12:42
Bir uşağın çayda boğulması daha 7 uşağın batmasına səbəb olub
Bugün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Bugün, 15:04
Harri Kasparov həbs olundu
Bugün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Bugün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Bugün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Bugün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Bugün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Bugün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Bugün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Bugün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir