AXC dövründə mədəni quruculuğun inkişafı
Siyasət
Oxunub: 186
27 May 2021 | 19:05
AXC dövründə mədəni quruculuğun inkişafı Aynur Babayeva
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı


Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına və tərəqqisinə böyük töhfələr verib.
Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb olmuşdur. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi.
Əsası 1873-cü ildə qoyulmuş peşəkar Azərbaycan teatr sənəti XX əsrin əvvəlində milli mədəniyyətin ən sürətlə irəliləyən sahələrindən idi. Lakin 1918-ci il mart soyqırımı zamanı Bakıda olan teatr və aktyor truppaları pərakəndə hala düşmüş, demək olar ki, fəaliyyətlərini dayandırmışdılar. Yalnız Xalq Cümhuriyyəti qurulduqdan sonra Bakıda teatr truppalarının yenidən təşkil olunmasına şərait yarandı. Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa "Hacıbəyli qardaşları" olmuşdur.
Azərbaycanın digər şəhər və qəzalarında da teatr truppaları təşkil olunmuşdur. Şuşada Hacıbəyli qardaşlarının teatr müdiriyyətinin filialı yaradılmışdır.
Cümhuriyyət Hökumətinin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən teatr işi maarif nazirliyinin sərəncamına verildi. Oktyabrın 18-də isə Hökumət Dövlət Teatrının təşkili haqqında xalq maarifi nazirinin məruzəsini dinləyərək, Mayılov qardaşları teatrının binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) həmin teatr üçün almaq barədə qərar qəbul etdi.
Azərbaycan Dövlət Teatrının açılışı və fəaliyyəti Xalq Cümhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi.
Azərbaycan Hökuməti müsəlman teatr truppasını öz himayəsinə götürməyi qərara almışdı. Nazirlər Şurası 1919-cu il 17 noyabr tarixli iclasında maarif nazirinin türk opera-dram teatrının təşkili haqqında məruzəsini dinləyərək, Dövlət Türk Opera-Dram Teatrının yaradılmasını nəzərdə tutan qanun layihəsini bəyəndi və dövlət teatrının bərpası üçün 300 min manat vəsait ayırdı. Beləliklə, Azərbaycan türk teatrı milliləşdirildi və dövlətin himayəsinə verildi.
Xeyriyyə tamaşalarının təşkili teatrın fəaliyyətində bir növ, ənənəyə çevrilirdi. "Azərbaycan" qəzetində həlak olmuş döyüşçü ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində tez-tez elanlar verilirdi.
Azərbaycan teatrının repertuarında müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş dram əsərləri mühüm yer tuturdu. Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə", İsa bəy Aşurbəyovun "Azərbaycan", Cəfər Cabbarlının "Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı.
Azərbaycan teatrının qonşu ölkələrin incəsənət xadimləri ilə tarixi əlaqələri davam edir və genişlənirdi. "Hacıbəyli qardaşları" teatr truppası Qafqazın bir çox şəhərində, İranda qastrolda olmuş, Rəşt və Ənzəli şəhərlərində teatr tamaşaları göstərmişdi. 1920-ci ilin yazında Bakıdan Təbrizə teatr xadimləri qrupu göndərilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən istiqlal hərəkatı fədailəri, ziyalılar milli mənlik şüurunun, milli ruhun və ideologiyanın dirçəldilməsi sahəsində, tarixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli rol oynadılar. 1918-ci ilin sonlarında Bakıda "Türk gecələri" konsertlərinin təşkili də bununla əlaqədar idi.
Xalq Cümhuriyyəti dövründə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xalq xanəndələri və el aşıqları müstəsna rol oynayırdılar.
Milli rəssamlıq sənətinin inkişafına xüsusi əhəmiyyət verilirdi. 1919-cu ildə nəşr olunan "Zənbur" jurnalında Azərbaycan satirik qrafıkasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olunurdu.
Memarlıq və heykəltəraşlıq sənəti sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Bakı Texniki Məktəbinin nəzdində heykəltəraşlıq sinfinin açılması nəzərdə tutulmuşdu.
1918-ci ildə Bakı şəhərinin daşnaklar və eser-menşeviklərdən azad edilməsi zamanı şəhid olmuş azərbaycanlı türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çənbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) Zivər bəy Əhmədbəyovun layihəsi əsasında ucaldılacaq abidə kompleksinin inşasına başlanılmışdı.
Xalq Cümhuriyyəti hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər görmüşdü. Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan «İstiqlal» muzeyi o dövrün yadigarıdır. Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyidir. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılmışdı və parlamentin nəzdində fəaliyyət göstərirdi. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamentinin Rəyasət Heyəti hesabına idi. Burada tariximizi, dinimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar, əlyazmalar toplanmışdı.
Muzeyin açılışına hazırlıq görülərkən 1919-cu il noyabrın 6-da tərtib olunmuş bir sənəddə (onu həm muzeyin yaradıcıları olan sənətşünaslar Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, həm də Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə və Parlamentin rəyasət heyətinin digər məsul əməkdaşları imzalamışlar) muzeyin əsasnaməsi, uçot-mühafizə üzrə təlimat, fond-satınalma komissiyası haqqında müddəalar yığcam şəkildə əks olunmuşdu. Sənəddə göstərilirdi ki, muzeyə verilən hər bir əşya milli sərvətdir, əşya sahiblərinin ailə üzvləri gələcəkdə onlan tələb edə bilməzlər. Muzeyə hədiyyə olunmuş əşyalar geri qaytarılmır. Sənədin 3-cü bəndində deyilirdi: "İstiqlal muzeyi milli bir müəssisə olduğu üçün muzeydə mövcud bütün əşya milli mal hesab edilir. Heç kəs və heç bir müəssisə o şeylərə sahib ola bilməz".
Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamenti rəyasət heyətinin hesabına idi. Aprel işğalından (1920) sonra "İstiqlal" muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal bəyannaməsi"nin əsli, Azərbaycan Parlamentinin materiallan və s.) Moskvadakı İnqilab muzeyinə aparıldı.
Hökumət ölkədə kinematoqrafiyanın inkişafına da xüsusi diqqət verirdi. 1919-cu ildə Bakıda 16 kinematoqraf fəaliyyət göstərirdi. 1919-cu ildə ilk rəssamlıq studiyası yaradılmışdı. Studiyanın üzvü Bəhruz Kəngərli öz tablolarında əsasən erməni təcavüzü zamanı yurd-yuvalarından qaçqın düşmüş qadın və uşaqların ağır vəziyyətini təsvir edirdi. O, qaçqınlar mövzusuna aid böyük rəsm qalereyası yaratmışdı.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə mədəni-maarif işinin yüksəlişinə böyük qayğı ilə yanaşılmış və bu yöndə tarixi əhəmiyyətli işlər görülmüşdür.
Milli sərvətlərimizin qoruyucusu, ölkəmizin aparıcı muzeyi olan AMEA Milli Azərbaycan Tarixi Muzeyi Cümhuriyyət dövrünü əhatə edən kolleksiya ilə zəngindir. Bunların arasında AXC dövründə mədəniyyət sahəsini əks etdirən eksponatlar xüsusi yer. Bu eksponatlar ekspozisiyada qorunur və fondlarda mühafizə olunur. Bunlar Muzeyin Sənədli Mənbələr Fondunda qorunan Üzeyir və Zülfüqar Hacıbəyli qardaşları truppasının aktyorlarının fotoşəkilləri, Azərbaycan Dövlət Teatr Cəmiyyətinin tunc möhürü (1919), səhnələşdirilimiş teatr afişaları, proqramlar, fotoaçıqçalar və s. ibarətdir.
31-03-2021, 16:56
31 mart soyqırımı - Azərbaycanlıların qanlı tarixi
22-12-2020, 13:57
Azərbaycanın xalq artisti dünyasını dəyişib
17-11-2020, 10:38
Azərbaycanda Milli Dirçəliş Günüdür
28-05-2020, 12:05
Azərbaycan Respublika Gününü qeyd edir
8-12-2018, 14:26
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edilib
23-11-2018, 13:07
Elçin Əzizov: İki azərbaycanlının Rusiya Böyük Teatrının səhnəsinə çıxması çox böyük nailiyyətdir
Bugün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Bugün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Bugün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir
21-04-2024, 15:00
Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT
21-04-2024, 14:58
Ən çox qumar oynayan BÜRCLƏR
21-04-2024, 14:55
İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü
21-04-2024, 14:52
13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı
21-04-2024, 14:51
Tayvanda güclü zəlzələ oldu
21-04-2024, 14:49
8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21-04-2024, 14:47
Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapıldı