44 günlük müddət ərzində Azərbaycan öz gücünü dünyaya göstərdi - Deputat
Siyasət
Oxunub: 233
19 Mrt 2021 | 13:52
44 günlük müddət ərzində Azərbaycan öz gücünü dünyaya göstərdi - Deputat 1995-ci ilin mart hadisələrindən 26 il ötür. Lakin həmin hadisələri törədənlərin cinayətkar əməlləri hələ də Azərbaycan xalqının yaddaşındadır. 13-17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir. 1995-ci il mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətlə yanaşı, xalq və dövlət arasında sarsılmaz birliyin nümayiş olunması ilə yadda qalmışdır. Əlbəttə ki, bu sarsılmaz birliyin əsasında Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın ona inamı dayanırdı.
Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, 1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Bu, Azərbaycan tarixinin yeni bir mərhələsi idi. Lakin, o illərdə hakimiyyətdə olan insanların səriştəsizliyi, laqeydliyi, siyasi bilik və bacarıqlarının zəif olması ucbatından yenicə müstəqil olmuş dövlətimiz yeni bir hərc-məcliyin, anarxiya və xaosun içərisinə düşdü. Tarixdən də bildiyimiz kimi, dövrün siyasi prosesləri elə bir həddə gətirib çıxardı ki, müstəqlliyimizi itimək təhlükəsi ilə üzləşdik və 1993-cü ilin iyununda isə ölkədə qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə Azərbaycan Xalqı öz xilaskarına üz tutdu və dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev xalqın təkidləri ilə yenidən hakimiyyətə qayıtdı. Və Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində qısa zaman ərzində demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın tanıdılması, eyni zamanda beynəlxalq layihələrə qoşulmaqla ölkəmizin nüfuzunun artırılması sahəsində böyük uğurlar əldə olundu. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində fəal xarici siyasət həyata keçirdi.
Onu da qeyd edim ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər olunmuşdur.
Açıqlamasında 1995-c ilin mart hadisələrini xüsusilə vurğulayan Tamam Cəfərova bildirib ki, 26 il öncə baş verən bu hadisələr silahlı qiyam kimi qiymətləndirilməlidir. Dövlət çevrilişinə cəhd edən qeyri - qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə, heç bir nəticə vermirdi. Məs belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını aldı. 15 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmişdir. Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasının əsas səbəbidir.
T.Cəfərova xüsusilə qeyd edib ki, Azərbaycanın bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin tarixi missiyasıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.
26 il əvvəl Xalq-Dövlət –Ordu həmrəyliyi nəticəsində anarxiya, xaos və qardaş qırğının qarşısı alındı. Dövlətçiliyimizin təməlləri daha da möhkəmləndirildi. 26 il sonra isə bu həmrəylik, bu sarsılmaz birlik “Vətən Müharibəsi” zamanı gücünü bir daha sübut etdi. Azərbaycan Xalqı, Prezident, Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşdi. Xalq-Dövlət-Ordu birliyinin nəticəsində Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, 1995-ci il mart hadisələrindən danışarkən, böyük, güclü, BÜTÖV AZƏRBAYCANIN tarixinə nəzər yetirmiş oluruq. Bəli bu gün Azərbaycan torpaqlarını düşmən işğalından azad etmiş, gücünü bütün dünyaya sübut etmiş və bunu 44 günlük qısa bir müddət ərzində etmişdir. Bütün bunlarla yanaşı, tariximizi unutmamalı, yaddaşımızı hər zaman oyaq saxlamalıyıq. Həmin dövrdə baş vermiş hadisələri, onların səbəb və nəticələrini yaxşı təhlil etməli və tarixdən dərs götürməliyik.
17-11-2020, 10:38
Azərbaycanda Milli Dirçəliş Günüdür
12-11-2020, 11:26
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
14-08-2020, 11:09
Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır - Afət Həsənova
4-08-2020, 17:51
İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzaladı
18-04-2020, 20:00
Azərbaycan dövləti insanlara bu çətin zamanlarda yalnız olmadıqlarını bir daha göstərdi
10-12-2018, 13:21
"Azərbaycan iqtisadi inkişafına görə bir çox ölkələr üçün nümunədir" — Deputat
Dün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Dün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Dün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Dün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Dün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Dün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Dün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Dün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Dün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Dün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Dün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
3-05-2024, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
3-05-2024, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
3-05-2024, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
3-05-2024, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
2-05-2024, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı