Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib
Siyasət
Oxunub: 217
2 Kas 2020 | 14:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. İclasda Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynlı gündəliyə daxil olan 3 məsələni diqqətə çatdırıb.
Əvvəlcə, Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda məlumat verilib. Bildirilib ki, qanun layihəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 1438-VQD nömrəli qanunun icrası məqsədilə hazırlanıb.
Belə ki, Mülki Məcəlləyə əsasən girov və ipoteka eyni hüquqi yükə malik olmaqla, hər ikisi əşya hüquqlarının məhdudlaşdırılmasının formalarıdır. Lakin daşınar əşyalara münasibətdə girov, daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə isə ipoteka terminindən istifadə olunur. Bu məqsədlə Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, “Torpaq islahatı haqqında”, Torpaq bazarı haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda müvafiq dəyişiklik - “girov” sözünün “ipoteka” sözü ilə əvəz edilməsi təklif olunur.
Qeyd olunub ki, torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr hər biri daşınmaz əmlak olduğundan Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində müvafiq dəyişiklik nəzərdə tutulur.
“Torpaq bazarı haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə ipoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri “İpoteka haqqında” qanuna uyğun olaraq tənzimlənəcək.
Sonra komitə sədri “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəniikinci oxunuşda təqdim edib. Diqqətə çatdırılıb ki, sənəd “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb.
Qeyd edilib ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Bununla əlaqədar adları göstərilən qanunlara müvafiq düzəlişlər edilib. Bir sıra qanunlarda, həmçinin uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi məqsədilə bəzi dəyişikliklər təklif olunur.
İclasda komitə sədri Əli Hüseynli“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.Diqqətə çatdırılıb ki, layihədə təklif edilən dəyişikliklərin bir qismi dövlət qulluqçusuna müəyyən edilmiş tələblər nəzərə alınmadan növbəti ixtisas dərəcəsi verilməsinin, yuxarı inzibati vəzifəyə təyin edilmə hallarının, aşağı ixtisas dərəcəsinin hansı hallarda verilməsinin mümkünlüyünün əsaslarını müəyyən edir. Digər dəyişiklik dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələrinin nəzərə alınması ilə bağlıdır.
Bundan əlavə, qanunda əvvəl mövcud olmuş “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” adlı 30-1-ci maddənin təkmilləşdirilməsi təklif olunur. Belə ki, maddənin yeni redaksiyasında əvvəlkindən fərqli olaraq hansı kateqoriya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə zərurət olmadığı müəyyən edilir, qiymətləndirmə zamanı yekun qiymət verilərkən vacib olan meyarların hədləri konkretləşdirilir.
İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
10-09-2020, 11:41
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək
9-09-2020, 11:39
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək
23-06-2020, 22:43
Milli Məclisinin iyunun 25-də keçiriləcək növbədənkənar iclasının gündəliyi
17-06-2020, 11:54
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
16-06-2020, 14:50
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
Dün, 20:30
Hansı yazıçı daha çox kitab yazıb? 4000-ə yaxın roman
Dün, 20:17
Bakıda evdən meyit tapıldı
Dün, 20:13
Dünyada ən təhlükəli nəqliyyat növü budur
Dün, 20:11
Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
Dün, 20:09
Braziliyalı ulduzdan depressiya və intihar etirafı
Dün, 20:07
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
Dün, 20:03
"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq
Dün, 20:01
Qan damarlarının divarlarını məhv edən məhsullar
Dün, 19:56
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
Dün, 19:54
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
Dün, 19:52
Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır
Dün, 19:49
Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ
27-03-2024, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
27-03-2024, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
27-03-2024, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
27-03-2024, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
27-03-2024, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
27-03-2024, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
27-03-2024, 17:10
Abşeronda QƏZA: Ölən var
27-03-2024, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
27-03-2024, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
27-03-2024, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu