Ermənistan İsrailin silah satmasını haqsız olaraq tənqid edir - Hikmət Hacıyev
Siyasət
Oxunub: 226
9 Ekm 2020 | 13:30
Ermənistan İsrailin silah satmasını haqsız olaraq tənqid edir - Hikmət Hacıyev “Ermənistan Azərbaycan ilə İsrail arasında sıx münasibətləri bilərəkdən və qərəzli şəkildə “zəiflətmək və korlamaq” üçün İsrail ilə Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığı və əməkdaşlığı həddən artıq şişirdir”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikri İsraildə çıxan ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinə müsahibəsində söyləyib.
Qeyd etmək lazımdır ki, Ermənistan İsraildən Azərbaycana silahlar, o cümlədən Azərbaycan hərbiçiləri tərəfindən Dağlıq Qarabağ uğrunda döyüşlərdə istifadə edilən pilotsuz uçuş aparatları satılmasına etiraz əlaməti olaraq ötən həftə özünün İsraildəki səfiri Armen Smbatyanı məsləhətləşmələr üçün geri çağırıb.
Erməni diplomatı Smbatyan bu həftə “The Jerusalem Post” nəşrinə müsahibəsində bildirib ki, onun fikrincə, İsrail tezliklə bu cür satışları dayandıracaq, lakin bu günə qədər belə addım atılacağı barədə heç bir göstəriş yoxdur.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz müsahibəsində deyib ki, Azərbaycanın müdafiə portfeli “kifayət qədər geniş və çox müxtəlifdir”.
Hikmət Hacıyev ritorik sual verir: “Mənim ölkəm döyüş meydanında Türkiyədən alınmış pilotsuz uçuş aparatlarından istifadə edib, onun hərbi texnikasının çox hissəsi isə Rusiyadan daxil olur. Bəs nəyə görə onlar (Ermənistan) bu müharibədə təkcə İsraili fərqləndirirlər?”
Azərbaycan Prezidentinin köməkçisinin fikrincə, İsrail Azərbaycanın çox mühüm strateji tərəfdaşıdır və onun ölkəsi bu əməkdaşlığı yaxın illər və aylar ərzində daha da dərinləşdirmək və möhkəmlətmək istəyir.
Hikmət Hacıyev deyib: “Biz həqiqətən hesab edirik ki, Ermənistanın İsrail ilə Azərbaycanın münasibətlərinə necəsə təsir etmək üçün bütün cəhdləri tamamilə uğursuz olacaq”.
Hikmət Hacıyev İsraildə çıxan ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinə müsahibəsində vurğulayıb: “İsrail ilə Azərbaycan arasında münasibətlər təkcə bugünkü məsələ deyil, bu, yəhudi xalqı ilə Azərbaycan xalqı arasında minillik tərəfdaşlıq və dostluq məsələsidir. Bu münasibətlərin dərin kökləri iki ölkə arasında əməkdaşlığın bütün sahələrində müasir əlaqələrin təməl daşına çevrilib”.
İsrail qəzeti yazır ki, beynəlxalq hüquqa görə Dağlıq Qarabağ regionu müstəqil Azərbaycanın tərkib hissəsidir, lakin 1991-1994-cü illər müharibəsi nəticəsində bu region zorla işğal edilib, müharibədə 30 minə yaxın insan həlak olub. Hazırda regionda etnik ermənilər məskunlaşıb.
“The Jerusalem Post” qəzeti yazır: “2020-ci il sentyabrın 27-də iki ölkə arasında döyüş əməliyyatlarının yenidən başlanması ilə əlaqədar, Azərbaycanın yaxın müttəfiqi olan Türkiyənin və Ermənistanla müdafiə müqaviləsi olan Rusiyanın həmin münaqişəyə cəlb edilməsi və onun regional münaqişəyə çevrilməsi qorxusu var. Toqquşmalar nəticəsində Azərbaycandan Avropaya təbii qaz və neft nəql edilən strateji boru kəmərlərinin təhlükəsizliyi barədə narahatlıq da artıb. Qeyd etmək lazımdır ki, İsrail dövləti istehlak etdiyi neftin 40 faizi Azərbaycandan alır”.
Azərbaycan Prezidentinin köməkçisi Ermənistanı bu münaqişəni beynəlmilləşdirmək cəhdində ittiham edir.
“Azərbaycan sadəcə öz torpaqlarının işğalına son qoymağa çalışır. Biz hər hansı üçüncü tərəfin müdaxiləsinin əleyhinəyik”, - deyən Hikmət Hacıyev daha sonra vurğulayıb: “Mənim Prezidentim “telefon diplomatiyası” ilə məşğul olur və mənim ölkəm Ermənistan tərəfindən Rusiyanı hərbi müdaxiləyə sövq edən tədbirlər görülməsi üçün hər hansı siyasi və hərbi təxribatlardan qacınmağa çalışır”.
H.Hacıyevin sözlərinə görə, Ermənistanın ciddi təxribatları arasında Ermənistan ərazisindən Azərbaycanın şəhərlərinə hücumlar və hərbi zərbələr də olub. Azərbaycan tərəfi bildirib ki, onun ərazisinin dərinliklərində yerləşən Gəncə şəhəri atəşə tutulub.
Azərbaycan Prezidentinin köməkçisi İsraildə çıxan ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinə müsahibəsində vurğulayıb: “Dağlıq Qarabağ regionu hüdudlarında kənarda Azərbaycan tərəfindən Ermənistanın suverenliyin pozulması Rusiyanın hərbi müdaxiləsi üçün bəhanə ola bilər. Biz beynəlxalq birliyi bu münaqişəyə son qoymağa, işğala son qoyulmasını, Dağlıq Qarabağın və Ermənistan tərəfindən işğal edilmiş daha yeddi rayonun ərazisinin Azərbaycana qaytarılmasını təmin etməyə çağırırıq”.
7-10-2020, 10:26
Hikmət Hacıyev: “Ermənistanın atdığı raket BTC-nin 10 metrliyinə düşüb”
5-10-2020, 12:55
Hikmət Hacıyev: Bu Ermənistanın barbarlıq və vandalizminin göstəricisidir
16-08-2020, 11:52
“Paşinyanın BBC-yə müsahibəsində ədalətli jurnalistika gördük" - Prezidentin köməkçisi
15-08-2020, 14:13
Hikmət Hacıyev: Biz Paşinyanın özünü komik vəziyyətə salmasının Münhendə Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq
21-07-2020, 13:50
“Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu” - Hikmət Hacıyev
24-01-2019, 13:03
“The Jerusalem Post”: İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir
6-05-2024, 20:57
Dostunu diri-diri yandırdı: 20 dollara görə
6-05-2024, 20:46
Bakıda kişi özünü turnikdən asdı
6-05-2024, 20:42
Sərnişinin xuliqanlığına görə metroda qatarların hərəkəti yubandı
6-05-2024, 20:35
"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib
6-05-2024, 20:30
Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı
6-05-2024, 20:25
Dörd bürcü uğursuzluq və məyusluq gözləyir – XƏBƏRDARLIQ
6-05-2024, 15:03
Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert verdi
6-05-2024, 15:00
“Bayer” “Benfika”nın rekordunu təkrarladı
6-05-2024, 14:59
Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü
6-05-2024, 14:50
“6 ay ayaqlayın gəzmişəm”- Çingiz Mustafayev
6-05-2024, 14:47
Qar, leysan, güclü külək - Sabahın HAVASI
6-05-2024, 14:42
Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
5-05-2024, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
5-05-2024, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
5-05-2024, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
5-05-2024, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
5-05-2024, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
5-05-2024, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
5-05-2024, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
5-05-2024, 18:53
“Qarabağ”da yeni müqavilə
5-05-2024, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
5-05-2024, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
4-05-2024, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
4-05-2024, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
4-05-2024, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
4-05-2024, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
4-05-2024, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
4-05-2024, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
4-05-2024, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
4-05-2024, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
4-05-2024, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
4-05-2024, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
4-05-2024, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi