Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz - Leyla Abdullayeva
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz.Bunu Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasında çıxışına dair açıqlaması barədə şərhində deyib.
L.Abdullayeva bildirib ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir:
"İki il bundan öncə Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən, hazırkı hakimiyyət də bundan öncəki kriminal xunta rejiminin siyasətini davam etdirir. İnsan hüquqlarının geniş pozulduğu, hakimlərin təzyiqə məruz qaldığı, müxalifət fəalları və siyasi opponentlərin həbs edildiyi Ermənistanda diktatura rejimi qurulub. Xalqın mandatını aldığını bəyan edən hakimiyyət elə bu xalqın maraqlarını təmin etməkdən çox uzaqdır.
Əgər Ermənistanın bundan öncəki Prezidentinin əlləri Azərbaycana qarşı aparılan müharibə çərçivəsində törədilən cinayətlər, xüsusilə də Xocalıda amansız qəddarlıqla öldürülən qadın, uşaq və yaşlıların qanına boyanıbsa, hazırkı rəhbərliyin vicdanında bu ilin 14 iyul tarixində Tovuz rayonunda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var.
Yalan, saxtakarlıq, riyakarlıq, təxribat və nəhayət, müharibə cinayətləri – budur Ermənistanın hazırkı rəhbərliyini xarakterizə edən əsas cəhətlər. Hakimiyyətə gələrkən xalqına verdiyi vədlərin heç birini yetinə yetirmək bacarığında olmayan, ölkəni tənəzzülə sürükləyən, siyasi lider və hökumət başçısı kimi iflasa uğrayan bir şəxsin rəhbərlik etdiyi ölkə XİN-in, xalqının milli maraqları əsasında müstəqil və uğurlu siyasət həyata keçirən, dünya səviyyəsində nüfuza sahib olan Azərbaycan Respublikasının Prezidenti haqqında cəfəng açıqlama ilə çıxış etməsi yalnız gülüş doğura bilər. Anlayırıq ki, Azərbaycanın əldə etdiyi inkişaf, nailiyyətlər və tərəqqini kənardan qısqanclıqla izləyən Ermənistanın bu kimi sərsəm açıqlamalar verməkdən başqa çarəsi yoxdur.
Xalqının mandatı əsasında hakimiyyətə gəldiyini bəyan edən Ermənistanın hazırkı rəhbərliyi, həmin bu xalqın böhran vəziyyətindən çıxarılması üçün boşboğazlıqla məşğul olmaq yerinə, konkret fəaliyyət nümayiş etdirməli, ilk növbədə isə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçı siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, Ermənistan xalqı inkişaf perspektivlərindən məhrum qalacaqdır".
21-08-2020, 16:06
AZƏRBAYCAN HƏQİQƏTLƏRİ ALMANİYADA GENİŞ İCTİMAİYYƏTƏ ÇATDIRILDI
19-08-2020, 12:12
XİN: Azərbaycan Türkiyənin beynəlxalq hüquqa söykənən bütün addımlarını qətiyyətlə dəstəkləyir
16-08-2020, 11:52
“Paşinyanın BBC-yə müsahibəsində ədalətli jurnalistika gördük" - Prezidentin köməkçisi
26-07-2020, 14:28
Ukrayna muzdlularının Azərbaycan tərəfindən vuruşduqları barədə xəbərlər yalandır - XİN
24-07-2020, 11:40
Paşinyanın fikirləri həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlara zərbədir - XİN
4-06-2020, 22:33
Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb
Bugün, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
Bugün, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
Bugün, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
Bugün, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
Bugün, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
Bugün, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
Bugün, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
Bugün, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
Bugün, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi