BMT İlham Əliyevin qlobal təşəbbüslərini təqdir edir
Siyasət
Oxunub: 232
5 Eyl 2020 | 11:53
BMT İlham Əliyevin qlobal təşəbbüslərini təqdir edir Prezidentin pandemiya ilə mübarizədə xüsusi sessiyanın keçirilməsi təklifi ümumi öhdəliyi səfərbər etmək baxımından etibarlı platforma hesab olunur
"Biz Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana bu çox mühüm sessiyanın keçirilməsinə təkid etdiyi üçün, BMT Baş Assambleyasına isə sessiyanın keçirilməsinə razılıq verdiyi üçün minnətdarıq. Baş Assambleyanın pandemiyaya həsr olunan xüsusi sessiya keçirməsi ilə bağlı təklif COVID-19-a qarşı qlobal öhdəliyi səfərbər etmək baxımından etibarlı platformadır”.
Bu sözləri BMT Baş Assambleyasının sədri Ticcani Məhəmməd-Bande Baş Assambleyanın COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş 31-ci xüsusi sessiyasının təfərrüatları üzrə qətnamə layihəsi ilə əlaqədar keçirilən ilk qeyri-rəsmi məsləhətləşmə zamanı bildirib.

İlham Əliyevin həmrəylik çağırışı

Ticcani Məhəmməd-Bandenin sözlərinə görə, təşkilatın koordinatorları bəzi üzv dövlətlərin əməkdaşlığı və dəstəyi ilə danışıqlar üçün möhkəm zəmin yaradan mühüm layihə hazırlayıblar. Ona görə də hesab edilir ki, xüsusi sessiya daha çox sayda dünya liderlərinin pandemiyaya nəticəyönümlü reaksiya verməsinə şərait yaradacaq. Bu isə, öz növbəsində, pandemiyaya və onun insanların həyatına və həyat şəraitinə mənfi təsirlərinin azaldılmasına qarşı mübarizədə Baş Assambleyanın qlobal bir tərəfdaş kimi rolunu daha da gücləndirəcək. Həmçinin xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün gözəl imkan olacaq. Ticcani Məhəmməd-Bande vurğulayıb ki, mövcud vəziyyət COVID-19 virusuna qalib gəlmək üçün birlikdə işləməyi və çoxtərəfli əməkdaşlığı gücləndirməyi zəruri edir.
Əlbəttə ki, BMT Baş Assambleyasının sədri Ticcani Məhəmməd-Bandenin minnətdar olduğu siyasətçilər sırasında Azərbaycan Prezidenti cənab İlham Əliyev də var. Çünki cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi hələ aylar öncə bu təşəbbüslə çıxış etmişdi.
Öncə onu vurğulayaq ki, məhz dünyanın yeni çağırışlarla üz-üzə qaldığı dönəmdə cənab İlham Əliyev çox əhəmiyyətli təşəbbüslər və ideyalarla çıxış edib, mühüm praktik addımlar atıb. Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də təşkilatın Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak ediblər.
Cənab İlham Əliyev zirvə görüşündə xüsusi əhəmiyyət daşıyan çağırışlar etdi və mesajlar verdi. Qeyd etdi ki, belə çətin gündə özünə qapanmaq lazım deyil, cəsarət toplayaraq irəli baxmaq, vəziyyətdən çıxış yolları axtarmaq lazımdır.
Dövlət başçısı çəkinmədən şəxsi nümunə göstərərək, səyləri birləşdirməyə çağırdı. Bildirdi ki, ağır durumda olan ölkələrə humanitar yardım göstərilməlidir və həmin humanitar yardım göstərildi də. Respublikamız pandemiya ilə mübarizədə qlobal həmrəylik nümayiş etdirərək ÜST-ə 10 milyon dollar həcmində könüllü ianə ayırdı və üstəlik, 30-dan artıq dövlətə humanitar yardım göndərdi.
Cənab İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Bundan sonra təklif Nyu Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırıldı. Tezliklə BMT üzvü olan 130 dövlət də bu təşəbbüsü alqışladı. Xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlandı. Heç şübhəsiz, BMT-nin 130-dək üzv dövləti tərəfindən bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir. Ən mühüm məqamlardan biri odur ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə etdi.

Azərbaycana olan etimadın daha bir bariz nümunəsi

Prezident İlham Əliyevin bu təklifinin öncə BMT-nin Baş Katibi Antonio Quterreş, sonra isə Baş Assambleyanın sədri Ticcani Məhəmməd-Bande tərəfindən təqdir olunması əlbəttə ki, qürurvericidir. Çünki koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlarda Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər ortaya qoyulub, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu mütərəqqi ideya və təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir.
Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınması ölkəmizin nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib.
Azərbaycan Prezidenti təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 17 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və cənab İlham Əliyevin qlobal miqyasda nüfuzunun göstəricisidir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”


3-09-2020, 13:59
NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin video konfrans formatında iclası keçirilib
3-09-2020, 11:50
BMT Baş Assambleyasının prezidenti Azərbaycana bir daha təşəkkür edib
8-07-2020, 12:19
İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub
28-06-2020, 14:03
"Dünya müharibəsi ilə müqayisə olunan şəraitdə həmrəyliyə ehtiyac var" - Prezidentin köməkçisi
7-05-2020, 14:00
Azərbaycan BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etdi
5-05-2020, 12:59
Sahibə Qafarova: Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır
Bugün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Bugün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir
21-04-2024, 15:00
Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT
21-04-2024, 14:58
Ən çox qumar oynayan BÜRCLƏR
21-04-2024, 14:55
İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü
21-04-2024, 14:52
13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı
21-04-2024, 14:51
Tayvanda güclü zəlzələ oldu
21-04-2024, 14:49
8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21-04-2024, 14:47
Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapıldı
21-04-2024, 14:45
Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA