Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
Siyasət
Oxunub: 225
18 Tem 2020 | 16:00
Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib. Videoqəbulda millət vəkili seçicilərin Çinarlı qəsəbə ərazisində kabelləşmənin həyata keçirilməsi, rayonun dağ kəndləri olan Yeni Göyçə, Günəşli, Varlı Həyat, Qaraqoyunlu, Dağ Cəyir, Aşağı Çaykənd, Yuxarı Çaykənd kəndlərinə rayon mərkəzindən marşrut xəttinin açılması, Çinarlı qəsəbə ərazisində içməli su probleminin həlli, Varlı Həyat, Qaraqoyunlu, Aşağı Çaykənd, Yuxarı Çaykənd kəndlərinə internet xəttinin çəkilməsi, işlə təmin olunmaya köməklik göstərilməsi, əlillik müavinətinin bərpası və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qeyd olunub ki, bugünkü görüş Sahibə Qafarovanın bu formatda sayca beşinci görüşüdür. Bundan öncə keçirilən videoqəbullarda seçicilər tərəfindən qaldırılan bir sıra məsələlər artıq həllini tapıb. Bəzi məsələlərin aradan qaldırılması ilə bağlı hazırda iş aparılır. Sahibə Qafarova qeyd edib ki, seçiciləri narahat edən bu kimi məsələlərin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir. O, son illərdə ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin reallaşdırıldığını, Şəmkir rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Sahibə Qafarova deyib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Bu siyasətin məqsədi insanlarımızın daha rahat, daha yaxşı həyat şəraitinin təmin olunmasıdır. Millət vəkili ölkəmizdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələrin əhəmiyyəti barədə də məlumat verib.
Sahibə Qafarova həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da danışaraq vətəndaşları xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, tibbi maskalardan istifadə etməyə, zəruri sosial davranış və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb.
Sahibə Qafarova videoqəbulda seçicilərə həmçinin iyulun 12-də Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribat barədə də məlumat verərək qeyd edib ki, Ermənistanın bu təxribatının qarşısı ordumuz tərəfindən qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib. Döyüşlər zamanı hərbi bölmələrimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Döyüşlər başladığı andan Azərbaycan xalqının birmənalı olaraq Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu nümayiş etdirdiyini bildirən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanın qüdrətli ordusu düşmənin bundan sonra da istənilən təxribatının qarşısını almağa hazırdır.
Qeyd edək ki, görüşdə Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.
27-06-2020, 21:38
Milli Məclisin Spikeri Sahibə Qafarova millət vəkili seçildiyi dairənin seçiciləri ilə videokonfrans formatında qəbul keçirib
13-06-2020, 19:27
Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib
11-06-2020, 16:08
İlk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirilib
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
27-05-2020, 16:26
Millət vəkili İltizam Yusifov Şirvan şəhəri vətəndaşları ilə növbəti qəbul keçirib
5-05-2020, 12:59
Sahibə Qafarova: Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı