Deputatdan dövlət qulluğuna qəbulla bağlı mühüm TƏKLİFLƏR
Siyasət
Oxunub: 241
14 Haz 2020 | 12:32
Deputatdan dövlət qulluğuna qəbulla bağlı mühüm TƏKLİFLƏR Milli Məclisin deputatı Fatma Yıldırım dövlət qulluğuna qəbul prosedurunun sadələşdirilməsi üçün təkliflər verib.
F.Yıldırım deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmiz demokratik dövlət quruculuğu və sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə dövlət qulluğu sahəsində normativ-hüquqi baza yaradılıb, vakant vəzifələrin tutulmasının mexanizmləri formalaşdırılıb.
O, Milli Məclisin iyunun 12-də keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin dövlət qulluğuna qəbulla bağlı çıxış etdiyini xatırladıb.
Millət vəkili hesab edir ki, dövlət orqanlarının səmərəli fəaliyyətinin təmin edilməsi üçün onların strukturu təkmilləşdirilməli, uzun müddət mövcud vakant vəzifələri bağlanmayan qurumlarda ştatların ixtisarı və optimallaşdırılması məsələləri aktuallaşdırılmalıdır.
"Dövlət orqanlarında rəhbər vəzifələrin tutulması mexanizmləri sadələşdirilməli, orqanların rəhbərlərinin bu vəzifələrə kadr seçimində səlahiyyətləri genişləndirilməlidir. Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsində bilik, müsahibələrin aparılmasında isə peşəkarlıq tələbləri və kompetensiyaları müəyyən edən mexanizmlar yaradılmalıdır. Hazırda hər iki mərhələ bir növ bir-birini təkrarlamaqdadır. Yeni tətbiq olunan qəbul sistemi son illər özünü tam doğrultmur”, - deyə F.Yıldırım əlavə edib.
O bildirib ki, statistik məlumatlara baxsaq, müsabiqənin hər iki mərhələsindən uğurla keçərək təyinat alanların sayının çox aşağı olduğunu görərik.
Bu da ümumilikdə dövlət qulluğunda çalışmaq istəyən vətəndaşlarımızda bu qəbul sisteminə inamsızlığı formalaşdırır, gənc, yaradıcı və potensiallı kadrların daha cox özəl sektora yönələrək orada çalışmağa sövq edir. Ona görə hazırda bu məsələ çox aktualdır vəyeni yanaşma tələb edir.
F.Yıldırım qeyd edib ki, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında inzibati vəzifələrin dövlət qulluğu qanunvericiliyinin tələblərinə uyğun olaraq tutulması üçün zəruri tədbirlər görülməlidir:
"Çünki bəzi dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarının kadr siyasətində hələ də subyektiv amillərin və dostluq, qohumluq əlaqələrinin güclü təsiri vardır.
Dövlət orqanlarında rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması qaydaları təkmilləşdirilməli, daha işlək mexanizmə çevrilməlidir. Maliyyə, vaxt və digər resurslara qənaət etmək üçün dövlət orqanlarında vakant vəzifələrə müsabiqə keçirilmədən ilk növbədə uyğun olan daxili kadrlardan səmərəli istifadə olunmalıdır. Sonra isə ümumi vahid ehtiyat kadrlar bankından kadrlar təyin edilməlidir. Bu, həm dövlət qulluğunda karyera yüksəlişinə olan inamın, həm də ümumiyyətlə dövlət qulluğunda çalışmaq istəyənlərin sayının artmasına səbəb olacaq”.
Milli Məclis üzvü dövlət qulluqçularının fəaliyyətində səmərəliliyinin artırılması, onların qulluqdaqalma motivasiyasının, həmçinin, dövlət qulluğunun cəlbediciliyinin artırılması istiqamətində də fikirlərini böıüşüb.
"Bu məqsədlə onların əməkhaqqı, sosial müdafiə və sosial təminat sistemi gücləndirilməlidir. Özü və ailə üzvləri tam paket sağlamlıq sığortası ilə təmin olumalıdırlar. Dövlət qulluqçularının layiqli həyat səviyyəsinin təmin edilməsi üçün özəl sektorla müqayisədə rəqabət qabiliyyətli əməkhaqqı sistemi yaradılmalıdır. Dövlət qulluqçularına və xüsusilə də aşağı təsnifat vəzifələrdə qulluq keçən dövlət qulluqçularının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial təminat mexanizmləri işlənib hazırlanmalıdır.
İctimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularından asılıdır. Bu səbəbdən ümidvaram ki, səsləndirdiyim təkliflər dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək peşəkarlığı olan, vətənpərvər, məsuliyyətli, mənəvi və etik dəyərləri əsas tutan dövlət qulluqçuları korpusunu formalaşdırması üçün faydalı olacaq”.
12-06-2020, 13:59
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi
8-06-2020, 13:50
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
5-12-2018, 15:51
AŞPA-nın komitə iclasında Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülən işlərdən danışılıb
1-12-2018, 13:06
Dövlət başçısı sərəncam imzaladı
18-11-2018, 13:28
Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır