"Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" - İqbal Məmmədov
Siyasət
Oxunub: 222
28 Ock 2020 | 13:55
"Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" - İqbal MəmmədovBaxıram, bəzi saytlar: “Lerikin ən layiqli namizədi – İqbal Məmmədov” sərlövhəli yazılar paylaşırlar. Arzu edirəm, cənab prezidentin dəyişiklik – islahatları mətbuata da gəlsin, bu məmurların əlindən media alınsın. Bu harda görsənib ki, dövlət məmuru media saxlasın?! Səbəb, niyyət nədir?!.

Gələk, hörmətli İqbal Məmmədova yazılan “tərif yazıları”na… Mən heç vaxt inanmaram ki, öz adına, şəxsiyyətinə, peşəsinə az da olsa, hörmət edən kimsə nəyinsə müqabilində məddahlıq etsin, yalan yazsın… Hələ, yazmaq bir kənara, bunu adına “ölkənin mediası” deyən media qurumları da tirajlasın?! Heç utanmırsınızmı?!. İki gündür Lerikdə kəndləri bir-bir gəzirəm. İnsanların ah-naləsindən xəbəriniz varmı?!. Tərif yağdırdınız, hörmətli Hacıya sual etmirsiniz ki, keçirdiyi görüşlərin video görüntülərini niyə yaymır?!. O görüşlərdə iştirak edən lerikliləri mən çəkmişəm. Çox qısa zamanda yayacağam, baxarsınız, utana bilsəniz, utanarsınız…

Unutmayın, pul hər şey deyil! Bir az da bu dövləti pulsuz, mənfəətsiz sevin! Hansı ki, bu gün bəh-bəhlə nəyinsə müqabilində ictimai fikrə sırımaq istədiyiniz adamı öz yerində qəbul etmirlər. Və bu narazılıq Lerikdə ölkə miqyasında ciddi narazılığa gətirib, çıxara bilər ki, bu bizə lazım deyil! Rayon İcra Hakimiyyətinin Başçısı, müavinləri konkret insanları hədələyirlər. Hər şeyini itirən insanlar daha təhlükəli deyilmi?.. Yəni, sizlərin ortaq biznesləriniz bu ölkənin taleyindən bu qədərmi üstündür?!. Mən gözəl anlayıram, İqbal müəllimin oğlu və qohumları dövlətə əl qaldırdıqları üçün həbsdədirlər – Allah qapılarını açsın – ona görə də deputat olması vacibdir ki, martda oğlu azadlığa çıxsın. Təki, çıxsın, daha tez çıxsın. Hansısa bir gəncin bir saat belə, azadlıqdan məhrum olmasını istəmərəm. Amma… Bu işin amması bir az çox uzundur. Çünkü burda səbəb təkcə o deyil. Burda milyonluq layihələr, bizneslər və s. Hətta dövləti aldadaraq, küllü miqdarda korrupsiya halının da olduğunu dilə gətirsək, yanılmarıq!..

Əziz, dəyərli həmkarlarım deməyəcəyəm, jurnalistlər! Mən başa düşürəm, siz də yaxşı yaşamaq istəyirsiniz. Amma pula görə nahaqqı haqq kimi qələmə vermək çox ayıbdır! Hər şey bu dünya ilə bitmir. Hətta bitsə belə, yaşadığınız müddətdə vicdanınız (olmaya da bilər) sizi sızlatmasa da, mütləq hər əməlinizlə qarşılaşacaqsınız!.. Həyat bumeranqdır axı…

Dövlət başçısı və onun komandası açıq-açığına ciddi dəyişikliklərə start verib, ölkəni dəyişir. Prezident hər çıxışında da xalqa istinad edir. Amma xalqa istinad etməyən: “Sizin səsiniz rol oynamır, mandatım cibimdədir” – deyib, insanlara yuxardan aşağı baxan, onları aşağılayanların bu əməlləri insanların inamını qırır, görülən işləri ləkələyir. Hansı ki, Lerikdə görüşdüyüm hər bir vətəndaş dövlət başçısını sevdiyini, onun siyasətini dəstəklədiyini, açıq dilə gətirir. Onu da bilirlər ki, dövlət nə lazımdırsa, edir, lakin yerli icra məmurları və onlara yuxardan baxan deputatları onu xalqa göstərmir, sanki bilərəkdən insanları dövlətdən, onun başçısından narazı salmağa çalışırlar. Lakin insanlarımız da ayıqdı.

Baxın, yerlərdə bu kimi haqsızlıqlar olduğu üçün insanlar hakimiyyətdən narazı düşür. Bu adamlar yerlərə xalqla hakimiyyət arasında körpü yaratmaq üçün göndərilmələrinə baxmayaraq, çox böyük uçurum yaradıblar… Elə bir uçurum ki, dibi çox dərindi… Hər zaman bu fikirdəyəm ki, fərdlərdən öncə dövlət gəlir. Hər şey dövlət üçün, Azərbaycan üçün olmalıdır! Bir İqbal Məmmədovun və onun biznes ortaqlarının maraqlarına görə bu qədər Lerik camaatını görməzdən gəlmək olarmı?.. Bu qədər narazılığın fonunda, Yeni Azərbaycan Partiyası kimi bir partiyanın İqbal Məmmədov kimi birini namizəd etməsi nə dərəcədə düzdür?!

Hər nə isə, biz dövlətimizi, bayrağımızı qorumalıyıq. Hər bir kəsin vəzifə borcu olmalıdır ki, yerlərdəki hadisələri ictimailəşdirib, diqqətə çatdırsın. Dövlət də əsl, dəqiq informasiyanı müəyyənləşdirib, qərar verə bilsin. Çünki dedik axı, DÖVLƏT BABAnın əsas istinad nöqtəsi xalqdır, onun istəyidir!

Çox yaxında Lerikdən eksklüziv görüntüləri ReaksiyaTV-də izləyəcəksiniz…

Haqq-ədalət qalib gəlsin!

Zaur Qəriboğlu
Reaksiya.az
28-01-2020, 13:19
Azay Quliyev seçicilərin qarşısına hansı üzlə çıxır... - İTTİHAM
28-01-2019, 12:26
Ranar ayaqyolunda rəqs etdi – Video
14-01-2019, 14:15
"Bəzilərinə baxanda, adam ölmək istəyir" - Nadir
30-12-2018, 15:25
Tolik söz atdı: "İt yerinə saymırlar"
26-12-2018, 14:15
Lerikin icra başçısı onların heç bir tələbini dinləmir... - GİLEY
25-12-2018, 14:40
DGK iş adamlarına xəbərdarlıq edib
19-05-2024, 15:45
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19-05-2024, 15:38
Azərbaycanda məktəbli qız özünü öldürdü
19-05-2024, 15:31
İranda yəhudi gənc edam ediləcək
19-05-2024, 15:26
"Borussiya" artıq çəkiyə görə futbolçunu satmaq istəyir
19-05-2024, 15:23
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19-05-2024, 15:20
Yeni pivə kraliçasının adı məlum oldu
19-05-2024, 14:58
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
19-05-2024, 14:48
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19-05-2024, 14:43
Sabah leysan olacaq, qar yağacaq, çaylar daşacaq
17-05-2024, 15:13
Artıq “Tiktok”da bir saatlıq videolar yüklənə biləcək
17-05-2024, 15:10
Boşanmaya səbəb olan QADIN VƏRDİŞLƏRİ
17-05-2024, 15:03
Xavi "Barselona"dan göndərildi: Qərar verildi
17-05-2024, 15:00
Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır
17-05-2024, 14:58
Gəncədə kişi qazdan boğulub öldü
17-05-2024, 14:56
İlin ən çox qazanan futbolçusu bəlli oldu
17-05-2024, 14:53
İlham Əliyev Lukaşenko ilə Şuşaya gedib
17-05-2024, 14:49
Xiyar toxumlarını isladın - Məhsulunuz 30 faiz artacaq
17-05-2024, 14:47
Bakıda 2 il əvvəl yoxa çıxan kişi TAPILDI
17-05-2024, 14:46
Müğənnini sevgilisi döyüb öldürdü
17-05-2024, 14:42
Kişi arvadının sevgilisinin qulağını dişlədi
16-05-2024, 21:26
Slovakiyanın baş nazirinə sui-qəsd: 2003-cü ildən bəri Avropada ilk HADİSƏDİR
16-05-2024, 21:25
Xarkov məscidinin imamı da döyüşdə həlak oldu
16-05-2024, 21:23
İsmayıllıda narkotik çəkən sürücü cərimələndi
16-05-2024, 21:18
“Qarabağ”ın qapıçısı Moskvanın bu komandasına keçə bilər
16-05-2024, 21:09
Səhnədə gənc müğənninin üst geyimi açıldı
16-05-2024, 21:03
Bu şəxslərin Qazaxıstana girişi QADAĞAN EDİLİR
16-05-2024, 20:57
MMA döyüşçüsü GÜLLƏLƏNDİ
16-05-2024, 20:48
Basketbol ulduzları Kim Kardaşyanın seksual kampaniyasına qoşuldular
16-05-2024, 20:43
Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı
16-05-2024, 20:39
SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız özünü binadan atdı
15-05-2024, 16:28
"Real" 37 il sonra rekordunu yenilədi
15-05-2024, 16:23
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
15-05-2024, 16:16
Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
15-05-2024, 16:14
Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
15-05-2024, 16:05
"Mançester Siti" "Tottenhem"ə QALİB GƏLDİ
15-05-2024, 16:01
"Real Madrid" Luka Modriçlə yollarını ayırır
15-05-2024, 15:57
Süd satan qadın xəyanət edən ərini öldürdü
15-05-2024, 15:46
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
15-05-2024, 15:44
"Torqovı"da ofisiantlar bıçaqlandı