"Gürcüstandakı şirkətin Talıbovlara heç bir aidiyyəti yoxdur" - AÇIQLAMA
Siyasət
Oxunub: 90
2 Mrt 2023 | 20:27
"Gürcüstandakı şirkətin Talıbovlara heç bir aidiyyəti yoxdur" - AÇIQLAMA
“İlham Əliyevin Prezident olduğu ölkədə kimsənin haqqı kimsədə qalmaz”. Capar.info xəbər verir ki, bu sözləri uzun illər Naxçıvanda fəaliyyət göstərmiş “Gəmiqaya” Holdinqin prezidenti, türkiyəli iş adamı Emin Uçar “Tns.az” saytına müsahibəsində jurnalistin “Böyük əziyyətlə yaratdığınız şirkətləri Talıbovlardan ala, hüquqlarınızı bərpa edə bildinizmi?” sualına cavabında deyib.
Xatırladaq ki, E.Uçarın adı uzun illərdir Vasif Talıbovun biznes imperiyasının başçısı kimi çəkilir. 20 ildən çoxdur Naxçıvanda fəaliyyət göstərən Uçarın adı, milliyətcə kürd olduğundan bəzən PKK mövzularında da keçib. Yerli medianın yazdığına görə, Naxçıvandakı əksər iri müəssisələrin qurulmasında, infrastruktur layihələrinin həyata keçirilməsində türkiyəli iş adamının rəhbərlik etdiyi “Gəmiqaya” Holdinq əsas pay sahibi olub. O, qazandığı böyük vəsaitləri Talıbovlarla bölüşüb.

Talıbovlar dövranını başa çatdıqdan sonra E.Uçarın Azərbaycanda biznes fəaliyyətini davam etdirməsi maraq doğurub. Dediyinə görə, perspektivə nikbin baxır…

İş adamının müsahibəsini qısa ixtisarla təqdim edirik:

- “Gəmiqaya” şirkətinin taleyi necə oldu?

- “Gəmiqaya” ləğv edildi.

- Sizin müəssisələrin aqibəti necə oldu?

- Rəhbərlik etdiyim “Arkoz” Holdinq Naxçıvanda da fəaliyyət göstərir. Vaxtilə “Gəmiqya”nın tərkibində olan Naxçıvan Daş Məhsulları Sənaye Kompleksi, Kərpic Zavodu, “Bellisa” Mebel Fabriki, Naxçıvan şəhərindəki “Dekoria” ticarət mərkəzi “Arkoz” Holdinqin müəssisələri kimi fəaliyyətini davam etdirir.

- Bəs “Gəmiqaya”nın digər müəssisələri?

- Bizim ortaqlığımızdan mənim payıma düşən bu müəssisələrdir. Digərləri məni maraqlandırmır və onlar barədə də məlumatlı deyiləm.

- Naxçıvandakı fəaliyyətinizi genişləndimək barədə düşünürsünüzmü?

- Əlbəttə. Muxtar Respublikadakı müəssisələrin fəaliyyətini genişləndirmək, Naxçıvanda aparılan quruculuq işlərində yaxından iştirak etmək, yeni istehsal və xidmət sahələri yaratmaq, yeni iş yerləri açmaq istəyirik. Uzun illərdir, Naxçıvanda çalışdığımdan bölgəni yaxşı tanıyıram. Naxçıvanın çox yaxşı potensialı var. Orada böyük istehsal müəssisələri yaratmaq, minlərlə iş yeri açmaq mümkündür. Bizə yaradılan şəraitdən istifadə edərək, Naxçıvanda sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılıması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvanda sahibkarlarla görüş keçirdi, Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmlərinin tətbiq ediləcəyini bildirdi. Artıq Naxçıvanda sahibkarlar üçün münbit şərait yaradılıb.

- Naxçıvanla bağlı yeni layihləriniz varmı?

- Hesab edirəm ki, bu barədə danışmaq hələ tezdir. İşlərimizi yeni qaydasına salırıq. Real nəticələr əldə etdikdən sonra bu barədə ətraflı danışarıq.

Emin Uçar daha sonra mediada Gürcüstanda Talıbovlarla ortaq biznesi olduğu barədə xəbərlərə aydınlıq gətirib. Vurğulayıb ki, Gürcüstandakı şirkətin Talıbovlara heç bir aidiyyəti yoxdur. Ona məxsus olan "Maqro Construction” tikinti şirkəti indiyədək Tbilisidə yaşayış kompleksləri, otellər tikib istifadəyə verib.

Emin Uçar deyib ki, Gürcüstanda 270 milyon dollar dəyərində biznesinin olduğu barədə məlumatlar da həqiqət deyil. O əlavə edib ki, bu məbləğ onun şirkətinin indiyə qədərki biznesinin dövriyyəsini təşkil edir.

“Bəs Batumidəki “Divan” otel kimindir?” sualına sahibkar belə cavab verib: “Bax, onun da bizə aidiyyəti yoxdur. Bizim Batumidə bir mebel fabrikimiz var…”
9-12-2022, 10:42
Rövnəq Abdullayev Naxçıvandakı hadisələrdən narahatdır
9-12-2022, 22:00
Naxçıvanda kişinin asılmış meyiti tapıldı
17-01-2022, 10:43
Bütün sahələrdə şəffaflıq əsas məqsədlərdəndir
29-12-2021, 11:42
Naxçıvan xanının absurd KADR SİYASƏTİ - İLGİNC FAKTLAR
23-01-2020, 15:59
Tbilisidə Gürcüstanın tanınmış azərbaycanlı jurnalistinin xatirəsi anılıb
1-12-2018, 13:03
ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır