Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi nəqliyyat və logistik həllərə geniş imkanlar yaradır - Vüsal Xəlilov
Müsahibə
Oxunub: 170
21 May 2021 | 09:46
Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi nəqliyyat və logistik həllərə geniş imkanlar yaradır - Vüsal Xəlilov Mobil Logistics - Mobil Group MMC-nin direktoru Vüsal Xəlilovun müsahibəsi:
- Bir Logistika şirkətinin rəhbəri kimi ölkənin geosiyasi mövqeyini necə dəyərləndirirsiniz?
- Hazırda Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Ölkəmiz üçün geosiyasi mənzərə dəyişilmişdir və regional geosiyasi mərkəzə çevrilmişik. Xüsusən ikinci Qarabağ müharibəsi sonrası qalibiyyət bu mənzərənin dəyişməsində ciddi rol oynayıb. Bütün bunlar ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil dövlət quruculuğu kursunun nəticəsində mümkün olub. Təsadüfi deyil ki, böyük dövlətlər indi Azərbaycanla əməkdaşlığı genişləndirmək planları üzərində çalışırlar. Respublikanın daxili resursları və beynəlxalq aləmdə bir daha təsbit edilmiş mövqeyi bu yanaşmanın formalaşmasına şərait yaradıb. Beynəlxalq əməkdaşlıqlar əslində ticari əlaqəlar, yeni imkanlar deməkdir. 2020-2025-ci illər üçün hazırlanmış "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" planı ölkədə logistikanın inkişafına ciddi təkan verib, geoiqtisadi və nəqliyyat-logistika istiqamətlərində Azərbaycanı regionun mərkəzinə çevirib. Plana əsasən Azərbaycanın 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə daha cəlbedici ölkə olmaq və mühüm qovşağa çevrilməsi nəzərdə tutulub.
2025-ci ildən sonrakı dövr üçün uzunmüddətli perspektivdə Azərbaycanın hədəfi digər ölkələrlə güclü əlaqələri olan logistika və ticarət mərkəzlərini səmərəli idarə edərək, regionda mühüm qovşağa çevrilməkdir.
Ümumilikdə Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi nəqliyyat və logistik həllərə geniş imkanlar yaradır. Biz də “Mobil Logistics” olaraq xidmət imkanı və keyfiyyətimizlə bu inkişafa dəstək olmağa çalışırıq. Ölkə iqtisadiyyatına, xüsusən fəaliyyət sahəmiz üzrə respublikamızda logistikanın inkişafına töhvə vermək bizim prioritet mövzumuzdur və buna görə Azərbaycanın geosiyasi mənzərəsi daim diqqət mərkəzimizdədir.
- Qeyd etdiyiniz kimi genişlənən Logistik imkanlar şirkətinizə nə kimi təsir edib və ümumilikdə Mobil Logistics olaraq şirkətinizin fəaliyyət və istiqamətləri nədən ibarətdir?
- Perspektivdə işğaldan azad olunmuş ərazilərdə yeni yolların çəkilməsi, qonşu ölkələrlə keçmiş sərhədlərin bərpa olunması, ciddi iqtisadi və logistik əhəmiyyətə malik Zəngəzur dəhlizinin yaradılması həm ölkə daxili yükdaşımalarında həm də tranzit ölkə olaraq beynəlxalq yük daşımalarında yeni səhifə açmış olacaqdır. Təbii ki, logistika şirkəti olaraq bu bizim fəaliyyətimizə bir başa təsir edən amildir.
Mobil Logistics Beynəlxalq yük daşıma şirkətidir. Hava yolu, yerüstü, dəmiryolu və su nəqliyyatı ilə dünyanın dörd bir tərəfindən Azərbaycana, həmçinin əks istiqamətlərdə yüklərin daşınmasını təşkil edir. “Mobil Logistics” də bizim üçün əsas mövzu etibarlı və təhlükəsiz yük daşımasıdır. Mobil Logistics dünyanın aparıcı hava yolu daşıyıcıları ilə sıx əməkdaşlıq edir və beynəlxalq təşkilat olan FIATA-nın üzvüdür.
- Bilirik ki, Beynəlxalq yük daşınmasının vacib mərhələlərindən biri gömrük rəsmiləşdirilməsidir. Eyni zamanda gömrük brokeri şirkətinin sahibi olaraq prosesə necə dəstək olursunuz?
- Bəli, gömrük rəsmiləşdirilməsi idxal və ixrac əməliyyatı zəncirinin ən vacib halqasıdır. Yüklərini daşıdığımız Müşətərilərə eyni zamanda gömrük rəsmiləşdirilməsi əməliyyatlarında dəstək göstərməklə kompleks xidmət göstəririk. Bu, Müştərilər üçün böyük üstünlükdür. Bizə müraciət etmənizlə birbaşa iştirakınız olmadan yükünüzün qapıda qapıya çatdırılması üçün bütün daşınma və gömrük rəsmiləşdirilmə əməliyyatlarını icra edib yükünüzü Sizə təhvil veririk. “Mobil Broker” olaraq Tam gömrük təmsilçiliyi xidməti ilə gömrük məntəqələrinə getmədən, müştərinin adından bütün gömrük əməliyyatların həyata keçiririk. Eyni zamanda “Mobil Logistics” –də olduğu kimi ödənişsiz konsultasiya və onlayn müraciət imkanı ilə müştərilərimizi əlavə vaxt itkisi və xərclərdən azad edirik.
- Necə düşünürsünüz ? Logistika xidməti alan və ya bunu daxili imkanlar hesabına edən şirkət sahibləri əsasən hansı problemlərlə qarşılaşırlar və nələri bilməlidirlər?
- Sahibkarlarımızın bilmələrində fayda olan bəzi məqamları diqqətinizə çatdırıram. Yaxşı olardı ki, idxal və ixrac prosedurları ilə tanış olsunlar. Məhsullarının kateqoriyasına əsasən lazım olacaq sənəd və sertifikatları təyin etsinlər. Məhsullarına əsasən idxal və ya ixracını həyata keçirəcəkləri daşıma vasitəsini doğru təyin etsinlər. Daşıma xərclərini hesablayarkən yüklərinin yalnız netto çəkisi ilə deyil brutto çəkisini də nəzərə alınmalıdır. Adətən Sahibkarların qarşılaşdığı problemlərdən biri surpiz xərclər olur. Hərçənd ki, bu xərcləri öncədən müəyyənləşdirmək mümkündür.
- “Mobil Logistics” in bu problem və mövzularla bağlı təklifi nədir?
- “Mobil Logistics” olaraq bütün idxal və ixrac əməliyyatlarınızı bizə etibar edə bilərsiniz. Onlayn müraciət imkanından istifadə edərək işinizdən ayrılmadan yüklərinizin daşınmasını və gömrük rəsmiləşdirilməsini həyata keçirib yüklərinizi qapınızda təhvil veririk. Əməkdaşlığa başlamazdan öncə ödənişsiz konsultasiya xidmətimizlə bütün prosedur qaydaları ilə ətraflı tanış olursunuz və yarana biləcək problem və xərclərdən özünüzü sığortalamış olursunuz. Sizə məhsulunuzun kateqoriyasına əsasən daşınması üçün optimal logistik həllər təklif edilir. Kompleks xidmətimizdən yararlanaraq zamanınıza və xərclərinizə qənaət etmiş olacaqsınız. SAHİBKARIN DOSTU olaraq əsas məqsədimiz işlərinizi maksimum asanlaşdırmaqdır.
31-03-2021, 10:01
Azad edilmiş ərazilərdə yaradılan nəqliyyat strukturunun Azərbaycana gətirəcəyi faydalar - ŞƏRH
25-02-2021, 10:29
Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir
19-02-2021, 12:57
Regiondakı yeni reallıq Azərbaycan və Türkiyə sahibkarları üçün böyük imkanlar yaradır - Nazir
10-09-2020, 15:08
İlham Əliyev diplomatiyası Azərbaycanın geosiyasi çəkisini artırır
20-08-2020, 13:22
BNA rəhbəri Vüsal Kərimlidə koronavirus aşkarlandı
11-01-2019, 13:54
Rufiz Qonaqov: Qoşulmama Hərəkatına sədrlik Azərbaycana öz həqiqətlərini dünyada daha geniş yaymaq üçün əlavə imkanlar verəcək
Bugün, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
Bugün, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
Bugün, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
Bugün, 15:12
Polis ad günündə özünü öldürdü
Bugün, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
Bugün, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
Bugün, 14:50
Azərbaycanda zəlzələ oldu
Bugün, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
Bugün, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
Bugün, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
Dün, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
Dün, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
Dün, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
Dün, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
Dün, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
Dün, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
Dün, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
Dün, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
Dün, 13:24
İlham Əliyev Moskvaya getdi
Dün, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir
21-04-2024, 15:00
Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT
21-04-2024, 14:58
Ən çox qumar oynayan BÜRCLƏR
21-04-2024, 14:55
İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü
21-04-2024, 14:52
13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı
21-04-2024, 14:51
Tayvanda güclü zəlzələ oldu
21-04-2024, 14:49
8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21-04-2024, 14:47
Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapıldı
21-04-2024, 14:45
Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA
19-04-2024, 14:28
İsrail İrana raket zərbəsi endirdi
19-04-2024, 14:20
Meksikada güclü zəlzələ