Arxeoloqlarımız yeni kəşfə imza atdı
Mədəniyyət
Oxunub: 236
5 Ock 2021 | 10:28
Arxeoloqlarımız yeni kəşfə imza atdı Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2020-ci il sərəncamı ilə yaradılmış “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhəd və mühafizə zonasının müəyyən olunması, qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin və turistlər tərəfindən ziyarət olunan əsas mədəni irs obyektlərinin elmi-arxeoloji cəhətdən tədqiq olunması üçün Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən qoruq ərazisində ilkin arxeoloji kəşfiyyat işlərinə və elmi tədqiqatlara başlanılıb və bir sıra vacib elmi nəticələr əldə edilib.
AMEA-nın elmi işçisi Sevinc Hüseynovanın rəhbərlik etdiyi “Beşbarmaq” arxeoloji ekspedisiyası tərəfindən qoruq ərazisində ilk dəfə aparılmış elmi tədqiqatların əsas məqsədi tarixi Beşbarmaq qalasının, onun yaxınlığında yerləşən tarixi qəbirstanlığın, orta əsrlərə aid karvansarayın, Sasani dövrünə aid müdafiə səddinin, digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirmək, bölgənin gələcəkdə mədəni turizm perspektivləri üçün abidələri tədqiq edərək təkliflər hazırlamaq olub.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, ilkin tədqiqatlar nəticəsində Beşbarmaq qala tikililərinin və mənbələrdə adıçəkilən 4 qala bürcündən ikisinin yeri tapılaraq müəyyən olunub, narınqalanın daxilindəki tikililərin ikisi açılaraq yeri və təyinatı haqqında bəzi elmi nəticələr əldə edilib.
“Beşbarmaq” Qoruğu ərazisində aparılmış arxeoloji tədqiqatlar ərazinin mədəni irs dəyərinin gələcəkdə yerli və xarici turistlərə daha yaxşı izah edilməsi, müvafiq mədəni turizm məhsullarının hazırlanması, həm də Beşbarmaq ərazisinin elmi-arxeoloji nöqteyi-nəzərindən tədqiq edilməsi üçün bir mərhələ kimi qarşıya çıxıb.
Narınqalanın daxilindəki dördkünc planda olan tikililər sal qaya parçaları ilə hörülüb. 3x4 m ölçülərində olan tikililərin alt hissəsində, 4 qatdan sonra antiseysmik tədbir kimi divarın perimetri boyu seysmik qurşaq adlandırılan kətillər, taxta materialdan tirlər düzülüb. Otağın şərq divarında oval formada kürsü qurulub. Kürsünün içərisi istinin təsirindən qızarmış və hisdən qaralıb. Otaqlardan XIV-XV əsrlərə aid keramika qalıqları aşkar olunub. Tikililərdən aşağı təbəqədə divar qalıqlarının aşkar edilməsi qalanın daha erkən dövrlərə aid olduğunu söyləməyə əsas verir.
Orta əsrlərə aid mənbələrdə təsvir edilən 4 qala bürcündən biri və bürcə bitişik qala divarının bir hissəsi qazılaraq tədqiq edilib. 8 m diametrində olan iri daşlardan qurulmuş narınqala bürcü və qala divarlarının qalıqları burada qala şəhərin mövcudluğundan xəbər verir.
Qalanın cənub şərqində dağılmış tikililərin qalıqları olan sahədə də tədqiqatlar aparılıb. Buradakı qalıqların XIX-XX əsrin əvvəllərinə aid yaşayış evlərinin dağıntıları olduğu müəyyən edilib.
Maraqlısı odur ki, evlərin tikintisi zamanı daha qədim dövrlərə aid sənduqələrdən tikinti materialı kimi istifadə edilib. Yaşayış evlərinin divarlarında sənduqələrdən tikinti materialı kimi geniş şəkildə istifadə olunmasına ilk dəfədir rast gəlinir. Hər bir dördkünc tikilinin divarlarında bir və ya iki sənduqənin olduğunu müşahidə etmək mümkündür. Sənduqələrin üzəri həndəsi və nəbati ornamentlərlə bəzədilib. Bəzi naxışların sonu altı guşəli ulduzla yekunlaşır.
Parallel divarlarda aparılan kəşfiyyat işləri onlardan birinin istiqamətini müəyyən etməyə imkan verib. Bu divar, Qalaşıxı kəndindən başlayaraq dənizə qədər uzanır. Səddin şimalında, iki yerdə bürc və ya müşahidə qülləsinin qalıqları aşkar edilib. Tədqiqatların sonunda abidənin xüsusiyyətləri, arxeoturizm perspektivləri haqqında təkliflər hazırlanaraq Dövlət Turizm Agentliyinə təqdim olunub.
12-11-2020, 11:23
Ermənilər maddi-mədəniyyət nümunələrini Ağdamdan çıxarıb - "Hamlet Petrosyana cinayət işi açılmalıdır"
25-09-2020, 14:44
Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı
22-09-2020, 11:26
Şəkidə yeni qədim abidə aşkarlandı
17-09-2020, 12:30
İmişlidə orta əsrə aid Gözətçi qalasının qalıqları aşkarlanıb
9-09-2020, 10:25
Şirvanşahların sonuncu iqamətgahı olan Buğurt qalasında tədqiqatlara başlanılıb
14-11-2018, 13:15
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
Dün, 20:30
Hansı yazıçı daha çox kitab yazıb? 4000-ə yaxın roman
Dün, 20:17
Bakıda evdən meyit tapıldı
Dün, 20:13
Dünyada ən təhlükəli nəqliyyat növü budur
Dün, 20:11
Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
Dün, 20:09
Braziliyalı ulduzdan depressiya və intihar etirafı
Dün, 20:07
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
Dün, 20:03
"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq
Dün, 20:01
Qan damarlarının divarlarını məhv edən məhsullar
Dün, 19:56
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
Dün, 19:54
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
Dün, 19:52
Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır
Dün, 19:49
Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ
27-03-2024, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
27-03-2024, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
27-03-2024, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
27-03-2024, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
27-03-2024, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
27-03-2024, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
27-03-2024, 17:10
Abşeronda QƏZA: Ölən var
27-03-2024, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
27-03-2024, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
27-03-2024, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu