“Neftçi”nin prezidenti: “Futbolçuya 12 min mükafatı qaytar demişəmsə də, ərk edib demişəm”


Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanovun bir neçə gün əvvəl “Sportinfo”ya verdiyi müsahibə rezonans doğurmuşdu.
Hazırda klubsuz olan Qurbanov vaxtilə millinin İsraillə səfər qarşılaşmasında 1:1 hesablı heç-heçəyə görə aldığı 30 min manatın 12 min manatının sonradan AFFA rəsmiləri tərəfindən geri tələb olunduğunu bildirmişdi.
“Berti Foqtsun vaxtında səfərdə İsraillə oynayırdıq. Yadınızdadırsa, hesab 1:1 olmuşdu, qolu da Rahid Əmirquliyev vurmuşdu. Oynadıq, Bakıya qayıtdıq. Rövnəq Abdullayev sağ olsun, əsas heyətdə meydana çıxanlara 60 min manat mükafat ayırdı. Ehtiyatda oturduğum üçün mənə 30 min düşürdü. AFFA-ya gəlib sənədə imza atdım, pulu götürdüm, getdim Sumqayıta. O vaxt “Sumqayıt”da oynayırdım.
Üstündən iki saat keçəndən sonra AFFA-dan İslam Abbasov zəng vurdu ki, bəs, yanlışlıq olub, sənə 30 faiz düşür. 60 minin 30 faizi də 18 min edirdi deyə 12 mini qaytarmalıydım. Dedi, büdcədə çatışmazlıq var, 12 mini qaytarmalısan. Dedim, məndə pul yoxdur, aldığımın hamısını evə göndərdim. Nə isə, söhbət müvəqqəti bağlandı. Sonra “Sumqayıt”ın o vaxtkı prezidenti Kamran Quliyev gəldi ki, bəs, 12 mini qaytarmasan, səni ölkədən qovacaqlar. Dedim, qovun, pulu evə göndərmişəm”.

Kifayət qədər şübhələrə yol açan müəmmalı hadisə çoxlarına məlum olsa da, səbəbkarın təfərrüata varıb, hadisədə Kamran Quliyevin də adını çəkməsi ortaya sual çıxarır:
“Neftçi”nin hazırkı prezidentini futbolçunu ölkədən qovulmayla hədələməyə kim vadar etmişdi? Futbolçu sənədə imza atıb pulu götürmüşdüsə, niyə geri qaytarmalıydı?
Məlum olayla bağlı müəmmaya Kamran Quliyevlə söhbətdə aydınlıq gətirməyə çalışdıq:
“Belə hadisələr o qədər olub ki. Sabah bizim klubda da baş verə bilər. Mühasibatlıqda hansısa mexaniki yanlışlıq olur, bu da ümumi siyahıya təsir edir. “Excel” proqramında nəyisə silmək istəyirsən, baxırsan ki, siyahı silindi, ya da adların, rəqəmlərin yeri səhv düşdü. Belə hallar olur.
O ki qaldı ölkədən qovulması ilə bağlı dediyimə, ona qalsa Ruslanın özünə bəlkə də 100 dəfə “filan şeyi bir də etsən, səni öldürəcəyəm” demişəm. Bu o demək deyil ki, onu öldürəcəyəm. Sadəcə, belə bir ifadə var, bəzən böyük kiçiyə ərk edib deyir.
Ruslan o vaxt dəstək verdiyim, xətrini çox istədiyim futbolçulardan olub. Bəlkə də 13 yaşlı övladıma ayırmadığım diqqəti o vaxt ona ayırmışam.
Dediyiniz məsələyə gəlincə, AFFA-dan “Sumqayıt”ın mühasibatlığına zəng vurub yanlışlığın olduğunu demişdilər. Söhbət mənə çatanda Ruslanı yanıma çağırıb, “mükafat bölgüsü düz aparılmayıb, pulu qaytar” demişdim. Hətta “səni ölkədən qovacaqlar” demişəmsə də, bunu ərk edərək demişəm. Yoxsa kimsə kimisə ölkədən qovsun... İndi kim kimi qovur? Üstündən illər keçib, inanırsınız, detallı yadımda qalmayıb heç”.
31-03-2022, 12:19
Rövnəq Abdullayev Qətərdə FIFA-nın Konqresində iştirak edəcək
17-03-2022, 12:58
AFFA-ya yeni baş katib təyin olunub
2-12-2021, 15:04
AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılıb
2-03-2021, 10:28
AFFA 4 klubu cərimələdi
31-05-2020, 13:17
AFFA-nın vitse-prezidenti: “Premyer Liqa bərpa olunmalıdır”
20-01-2020, 15:00
Siqarət çəkən futbolçular Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi