Rusiya üçün beynəlxalq tribunal qurulur, bəs Ermənistan? - HƏQİQƏTƏN DƏ...
Gündəm / Siyasət / Dünya
Oxunub: 224
9 Tem 2022 | 09:41
Rusiya üçün beynəlxalq tribunal qurulur, bəs Ermənistan? - HƏQİQƏTƏN DƏ...
“Bu il Rusiyanın Ukraynaya hücumu ilə bağlı beynəlxalq tribunal öz işinə başlayacaq”.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Andrey Smirnov “Forbes” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna Baş Prokurorluğu tribunalın yerini, hansı ölkələrin ora daxil olacağını və prosesin kimə həvalə ediləcəyini razılaşdırır: “Tribunala qoşulacaq ölkələrin sayı hələ ki məlum deyil. Avropa Parlamenti artıq xüsusi beynəlxalq tribunalın yaradılmasının zəruriliyini qəbul edib”.

A.Smirnov bildirib ki, tribunalın mandatı Rusiyanın cinayətlərini araşdırmaqdan ibarət olacaq.

Mayın 19-da Avropa Parlamenti Rusiya və onun müttəfiqlərinin Ukraynaya qarşı hərbi cinayətlərini araşdırmaq üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını dəstəkləyib. AŞ PA da qurumun yaradılmasına dəstək verib. Çox güman ki, İrpen və Buçada, o cümlədən Mariupolda törədilmiş hərbi və müharibə cinayətləri araşdırılacaq. Necə ki, Hitlerin fürerləri üçün hərbi tribunal qurulmuşdu və mühakimə edilimişdilər, analoji hal Rusiya üçün də təşkil edilə bilər. Lakin Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev özündənrazı və müştəbeh şəkildə deyib ki, ən böyük nüvə potensialına malik olan ölkənin cəzalandırılması ideyası özlüyündə absurddur: “Bu, potensial olaraq bəşəriyyətin varlığını təhdid edir. Mən Rusiyanın hərəkətlərinin qondarma təhqiqatı üçün tribunallar və ya məhkəmələr yaratmaq cəhdlərini axmaqlıq adlandırıram”.

Medvedyev İkinci Dünya müharibəsindən sonra ABŞ-ın apardığı hərbi əməliyyatları və müharibələri xatırladaraq qeyd edib: “Vyetnam, Koreya, Yuqoslaviya, İraq, Kuba, Əfqanıstan və Suriya bu cür işğalların nə qədər fəlakətli nəticələrinin olduğunu yaxşı bilirlər. Siyahı uzundur və daim yenilənir. ”Global Research"də dərc olunan araşdırmaya görə, Amerika İkinci Dünya müharibəsi bitdikdən sonra 37 ölkədə 20 milyondan çox insanı öldürüb. Fikir verin - 20 milyondan çox! Bu məqalənin müəllifi Ceyms A Lukas ədalətli sual verir: ABŞ digər ölkələrdə nə qədər “11 sentyabr” nümayiş etdirib? Cavab on minə yaxındır. Beləliklə, bizim üçün həmin məhkəmə şousunu kim aparacaq? Cəzalandırılmadan insanları öldürən, hərbi cinayətlər törədənlər, lakin onların maliyyələşdirdiyi beynəlxalq strukturlarda əsl qınaqla qarşılaşmayanlar? Onların müstəsnalığına və cəzasızlığına bu qədər inananlar? Başqalarını mühakimə etmək hüququna sahib olduqlarına inananlar? Bütün bunlar Rusiya ilə işləməyəcək".

Lakin burada başqa bir məsələ də var. Niyə Ermənistan və onun xalqımıza qarşı törətdiyi cinayətlər, soyqırımlara görə tribunal işinə başlamır? Axı bu ölkə, üstəlik, Azərbaycana qarşı işğalçı niyyətindən əl çəkməyib, hələ də ərazi iddiası ilə yaşayır. Ermənilərin cani generalları, Köçəryan və Sərkisyan kimi əli günahsız uşaqların qanına batmış qatilləri cəzalandırmaq lazımdır.

Görünür ki, Qərb təşkilatları Ukrayna ilə Azərbaycanın ərazilərinin işğalına fərq qoyurlar. Onu da demək lazımdır ki, indiyədək ölkə rəhbərləri barədə beynəlxalq tribunallar qurulub. Belə ki, İkinci Dünya müharibəsindən sonra Nürnberq və Tokioda tribunallar, yaxın dövrdə xüsusi məhkəmələr olub. Bosniya, Kamboca, Ruandada törədilən hərbi cinayətlərə görə aparıcı liderlər mühakimə ediliblər. Dağılmış Yuqoslaviyanın keçmiş lideri Slobodan Miloşeviç 1990-cı illərin əvvəllərində ölkədə qanlı münaqişələri qızışdırmağa görə Haaqada BMT tribunalına çıxarılıb. Amma məhkəmə hökm çıxarmamış öz kamerasında vəfat edib. Onun Bosniya serbi olan müttəfiqi Radovan Karaciç, Bosniya serblərinin komandiri General Ratko Mladiç mühakimə olunublar, hazırda ömürlük həbs cəzası çəkirlər. Liberiyanın keçmiş prezidenti Çarlz Teylor qonşu Siera Leonedə vəhşilikləri himayə etdiyi üçün 50 illik həbsə məhkum edilib. Çadın keçmiş diktatoru Hisen Habri də bəşəriyyətə qarşı cinayətlərə görə Afrika məhkəməsində mühakimə olunmuş ilk keçmiş dövlət başçısı olub, ömürlük həbsə məhkum edilib. Yəni presedentlər var, o zaman Rusiya ilə yanaşı, Ermənistan üçün də belə bir tribunal qurulması perspektivi görünürmü? Dia.az-ın məlumatına görə, hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a qeyd etdi ki, 1-ci Qarabağ müharibəsindən sonra beynəlxalq tribunalın qurulması tələbi irəli sürmək mümkün ola bilərdi: “Ancaq o zaman Azərbaycanın beynəlxalq aləmdə böyük dayağı yox idi ki, beynəlxalq tribunal qurulsun. Üstəlik, o dövrdə atəşkəs əldə olundu və bu da beynəlxalq məhkəmənin qurulması imkanının qarşısını aldı. Yəni həm atəşkəs bağlayırsan, həm beynəlxalq tribunal istəyirsən, bax, bu baş tutmayacaqdı. Bundan əlavə də, o illərdə Ermənistanın beynəlxalq dəstəyi var idi. Ancaq 2-ci Qarabağ müharibəsində vəziyyət fərqlidir. Əvvəla, qalib gəlmişik, üstəgəl, əks-hücum edən tərəf də biz olmuşuq. Ona görə burada da beynəlxalq tribunal mümkün deyil. Sadəcə, ayrı-ayrı epizodlar üzrə BMT və Avropa məhkəmələrində iddialar qaldırmaq olar. Məncə, Avropa Məhkəməsinə üstünlük vermək lazımdır”.

Hüquqşünas bildirdi ki, hadisələrdən uzun illər ötsə də, ermənilərin törətdiyi bəşəri cinayətlərlə bağlı Avropa Məhkəməsi müstəvisində iddia qaldıra bilərik: “Çünki Avropa Məhkəməsində müddət yoxdur. Eyni zamanda Ermənistanın vurduğu zərərlə bağlı təzminat tələbi qaldıra bilərik. Yəni çalışmaq lazımdır ki, əlçatan imkanlardan istifadə edək, uzun çəkən proses üçün enerji sərf etməyə ehtiyac yoxdur. Həmçinin Xocalı soyqırımı ilə bağlı materialları Avropa Məhkəməsinə təqdim edə bilərik, BMT-nin insan haqları komitəsinə də müraciət etmək olar. Eləcə də qiyabi proses keçirib onların tutulması üçün beynəlxalq qurumlara müraciət edə bilərik. Birinci özümüz addım atmalıyıq, çünki bu cinayətlər bizim ərazilərimizdə olub. Ona görə öz məhkəməmizi keçirmək yaxşı olardı. Azərbaycan ərazilərində törədilmiş müharibə cinayətləri ilə bağlı məhkəmə hökm çıxarır, sonra qərarlar beynəlxalq təşkilatlara göndərilərək məsələ qaldırılır. Ümumiyyətlə, özümüz başlamalıyıq, hərəkət etməliyik”.
17-05-2022, 20:07
Mixail Podolyak: “Rusiya ilə danışıqlar dayandırılıb”
11-05-2022, 22:51
Ukrayna müsadirə edilmiş Rusiya aktivlərindən necə istifadə edəcəyini açıqladı
24-03-2022, 00:24
Belarus artıq Ukraynaya qarşı döyüşür - NATO
15-03-2022, 21:59
Azərbaycanlı ailələr Mariupolda mühasirədən ÇIXARILDI
2-03-2022, 19:33
Ukrayna Rusiya ilə növbəti danışığa RAZILAŞDI
1-03-2022, 22:07
Avropa Parlamenti Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyən qətnaməni yekdilliklə təsdiqləyib
Dün, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
Dün, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
Dün, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
Dün, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
Dün, 21:21
“Barselona”ya qayıtmaq istəyir
Dün, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
Dün, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
Dün, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
Dün, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı