“Hakimiyyət hansısa jurnalistə görə yüksək dövlət rəsmisini zərbə altına qoymayacaq”
Gündəm / Cəmiyyət
Oxunub: 110
21 Haz 2022 | 22:41
“Hakimiyyət hansısa jurnalistə görə yüksək dövlət rəsmisini zərbə altına qoymayacaq”
capar.info Jurnalist Aytən Məmmədovaya qarşı törədilən cinayətdən 44, ictimai fəal Bəxtiyar Hacıyevin naməlum şəxslər tərəfindən girov götürülməsindən və zorakılığa məruz qalmasında 2 ay ötür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, hər iki məsələ araşdırılır və yeni bir məlumat yoxdur:

“Aytən xanımın işi ilə bağlı istintaq gedir, hələ onunla bağlı hər hansı məlumat yoxdur. Bəxtiyar Hacıyevin işi də araşdırılır. Hər hansı məlumat olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu düşünür ki, bu cinayətlərin arxasında hər hansı bir dövlət rəsmisinin sifarişi, tapşırığı və yaxud iştirakı dayanır.
O bu məsələ barədə Yeniavaz.com-la fikirlərini bölüşərkən bildirib. Ə. Oruclu Azərbaycanda bu tipli cinayətlərin heç vaxt açılmadığını deyib:
“Bəxtiyar Hacıyevə və Aytən Məmmədovaya qarşı törədilən cinayətlər təxminən 1-2 aydır araşdırılır, amma Azərbaycanda Elmar Hüseynovun qətli artıq 17 ildir araşdırılır və nəticə yoxdur. Ümumiyyətlə Azərbaycanda ictimai fəallara, siyasətçilərə, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, hüquq müdafiəçilərinə, jurnalistlərə qarşı törədilmiş cinayətlərin biri də açılmayıb. Açılmamasının yeganə səbəbi odur ki, bunun arxasında bu və ya digər şəkildə dövlətə bağlı və yaxud dövlətdə təmsil olunmuş şəxslər, fərdlər dayanır. Prosesin yeganə qeyri-adiliyi budur. Əgər Bəxtiyar Hacıyev və Aytən Məmmədova ilə bağlı törədilmiş cinayət qısa zamanda açılmadısa, deməli, bu heç vaxt açılmayacaq. Ona görə ki, istənilən cinayətin ən yüksək açılma ehtimalı onun isti-isti izinə düşülən zaman olur, yəni cinayətin izlərinin itmədiyi bir dönəmdə. Bu ümumi qəbul olunmuş bəlli bir praktikadır və statistika da təsdiqləyir. Azərbaycanda isə bu cinayətlər heç vaxt açılmır. Ona görə, mən ilk gündən nə Bəxtiyar Hacıyevə, nə də Aytən Məmmədovaya qarşı törədilmiş cinayətlərin açılacağı haqqında düşünmüşəm. Ona görə ki, onlar açılmamalıdır. Ona görə ki, onun arxasında hər hansı bir dövlət rəsmisinin sifarişi, tapşırığı və yaxud iştirakı dayanır. Bu səbəbdən də açılmır. Aytən Məmmədova araşdırdığı “Nərmin işi”nə görə o təhdidə məruz qalıb. “Nərmin işi”nin açılmamasında maraqlı olan şəxslər yüksək dövlət vəzifələri tutmuş şəxslərdir, mən bunu dəqiq bilirəm. Və təbii ki, onların təsiri ilə də bu cinayət heç zaman açılmayacaq. O törədiləndə artıq təşkilatçıları bilirdilər ki, bu cinayət açılmayacaq. Çünki hakimiyyət hansısa bir jurnalistə görə 2-3 yüksək dövlət rəsmisini zərbə altına qoyacaq deyil. Bu qədər sadə...”
“Hakimiyyət hansısa jurnalistə görə yüksək dövlət rəsmisini zərbə altına qoymayacaq”
Xatırladaq ki, aprelin 21-də isə Bəxtiyar Hacıyev bir qrup şəxs tərəfindən girov götürülüb, təhdid, təhqir və fiziki zorakılığa məruz qalıb. May ayının 8-də isə Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb. Ona qarşı törədilən cinayət Binəqədidəki 9-cu mikrorayonda, yaşadığı binanın liftində baş verib. Bəxtiyar Hacıyev isə Yasamal rayonu ərazisindəki M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində girov götürüldüyünü və başına qara torba keçirilərək naməlum istiqamətdə aparıldığını bildirib.
Aytən Məmmədova ona qarşı edilən bıçaqlı hücumun birbaşa peşə fəaliyyəti ilə bağlı olduğunu bidirib. O, Tovuzun Dondarquşçu kənd sakini Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəmə proseslərini işıqlandırdığı üçün daha əvvəl də təhdidlərlə üzləşdiyini deyib.
B. Hacıyev isə onu girov götürən şəxslərin sosial şəbəkələrdə daxili işlər naziri Vilayət Eyvazovla bağlı paylaşdığı tənqidi postları zorla sildirdiklərini deyib. O bildirib ki, nazirlə bağlı tənqidlərini davam etdirəcəyi təqdirdə onu öldürməklə hədələyiblər.
Qeyd edək ki, sosial şəbəkələrdə polisin sözügedən hadisələrin araşdırılmasına laqeyd yanaşması ilə bağlı iddialar səsləndirilir. May ayının 14-də paytaxın Fəvvarələr Meydanında bu və buna oxşar hadisələrə diqqət çəkimək məqsədilə bir qrup jurnalist, ictimai fəal və hüquq müdafiəçisi yürüş keçirib, polisin fəaliyyətini tənqid edib.//hurriyyet
10-05-2022, 12:21
Əhməd İsmayılov jurnalistə hücum edilməsindən DANIŞDI
9-05-2022, 17:39
Jurnalistə bıçaqlı hücumla bağlı cinayət işi AÇILDI
23-03-2022, 21:58
Bakıda kombini sökmək istəyən oğru kameraya düşdü
20-12-2021, 12:46
Əlif Hacıyevin qardaşı ilə bağlı MƏHKƏMƏ QƏRAR VERDİ
13-08-2021, 14:33
Metroda COVİD pasportu TƏLƏB OLUNUR? - AÇIQLAMA
6-08-2021, 11:18
Şöbə rəisi Polis İdarəsinin qarşısındakı aksiyadan danışdı
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır