Kreml Brüsseli oyundan çıxara biləcəkmi? - AKTUAL
Gündəm / Siyasət / Dünya
Oxunub: 125
20 Nis 2022 | 20:34
Kreml Brüsseli oyundan çıxara biləcəkmi? - AKTUAL
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla Moskvada keçirdiyi görüş yekunlaşıb. Gözlənildiyi kimi, görüş gərgin atmosferdə keçib. Məsələ ondadır ki, hazırda istər Qərb, istərsə də Kreml öz maraqlarını Azərbaycanın strateji həmlələri ilə uzlaşdırır.

Lakin Ermənistan faktiki olaraq həm Qərblə Kreml arasında qalıb, həm də hər iki tərəfin təzyiqlərini hiss edir. Bu baxımdan Moskvadakı görüşün Paşinyan üçün çətin keçəcəyi bəlli idi.

Görüşdən sonra mətbuata açıqlanan detallardan, verilən yekun bəyanatdan aydın olur ki, tərəflər üç məsələdə razılığa gəlib:

Birincisi, tərəflər Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə birgə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığlaşıblar. Bu, Azərbaycan üçün müsbət hadisədir. Çünki sərhədlərin delimitasiyası ilə bağlı Avropa ilə Rusiya arasında fikir ayrılığı yoxdur. Bu isə öz növbəsində prosesin həllini sürətləndirə bilər. Belə ki, Brüssel görüşündə də tərəflər aprel ayının sonuna qədər birgə komissiyanın yaradılması barədə razılığa gəlmişdi. Onu da qeyd edim ki, həmin razılaşma 26 noyabr Soçi bəyanatındakı “Birgə komissiyanın yaradılmasına” əsaslanır.

Amma sərhədlərin delimitasiyası üçün Avropa ilə Rusiya arasında fikir ayrılığının olmaması Bakı və İrəvan arasında sərhədlə bağlı ziddiyyətləri aradan qaldırmır. Məsələ ondadır ki, Ermənistan Baş naziri Nikol Paşinyan delimitasiyanın SSRİ dağılandan sonrakı mövcud sərhədlər üzrə aparılması iddiasını irəli sürüb. Azərbaycan isə delimitasiya prosesində həm anklavların, həm də vaxtilə otlaq və əkin sahəsi adı ilə Ermənistana verilən ərazilərin nəzərə alınmasını istəyir.

Bu günə qədər Ermənistan bu məsələdə inadlı mövqe sərgiləyirdisə, hesab edirəm, indi Qərbin Azərbaycanla uzlaşmaya dair təzyiqləri və sərhədin delimitasiyasının aparılacağı xəritələrin Rusiya Baş Qərargahında olması İrəvanı geri addım atmağa vadar edə bilər.

Düzdür, delimitasiyasının aparılacağı xəritələrin Rusiya Baş Qərargahında olması prosesdə Rusiyanın əlini gücləndirsə də Brüssel faktoru Kremlin əvvəlki kimi dominant mövqedən çıxış etməsini məhdudlaşdıracaq.

İkincisi, tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirməyi qərara alıb. Bu məsələdə də Qərb və Rusiya arasında ciddi fikir ayrılığı yoxdur. Hətta əlaqələrin bərpası, yolların açılmasında Rusiya əsas maraqlı tərəfdir.

Rusiyanın Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bərpasında maraqlı olmasından rəsmi Bakı istifadə edə bilər. Söhbət 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasından gedir. Rəsmi Bakı prosesin uğurla davam etməsi üçün hər şeydən öncə Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını tələb edə bilər. Bu baş verərsə iki ölkə arasında əlaqələrin bərpası, yaxud sərhədin müəyyən edilməsinə dair etimad mühitinin yaranmasına gətirib çıxara bilər. Hesab edirəm, Azərbaycan qarşıdakı görüşlərdə bu məsələdə konkret mövqeyini ortaya qoyacaq. Çünki Brüssel görüşündən sonra növbəti bir Soçi görüşünün keçirilmə ehtimalı yüksəkdir. Paşinyan-Putin görüşündə “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşlərinin keçirilməsi” haqda fikrin irəli sürülməsi də bunu təsdiqləyir.

Üçüncüsü, Putin-Paşinyan görüşünün bizim üçün ən əhəmiyyətli detallarından biri də şübhəsiz ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi və Azərbaycan prezidenti İlham Əliyevin də dəstəklədiyi “3+3 formatı”nın həm Rusiya, həm də Ermənistan tərəfindən artıq əsas Regional Əməkdaşlıq Platforması kimi qəbul edildiyinin dilə gətirilməsidir. Yekun bəyanatda bu haqda deyilir:

“Tərəflər bütün region ölkələri arasında dialoqu və çoxplanlı əməkdaşlığı inkişaf etdirmək üçün əlavə imkanlar yaradan "3+3" Regional Əməkdaşlıq Platformasının uğurla fəaliyyətə başlamasını qeyd ediblər”.

Bu o deməkdir ki, bundan sonrakı mərhələdə regiondakı problemlər həm də bu formatla həll edilə bilər.

Nəticə etibarilə, görüşün nəticələri bizim üçün ümumi mənada müsbət olsa da, Rusiyanın Qərbin Cənubi Qafqazdakı siyasi proseslərə müdaxiləsindən narahat olduğunu da göstərir. Kreml maksimum dərəcədə Brüsselin proseslərdəki rolunu azaltmaq istəyir. Brüsselin Cənubi Qafqazdakı proseslərə müdaxiləsi bizim üçün Kremlə qarşı “blef kartı”na çevrilə bilər. Brüssel-Kreml rəqabətindən rəsmi Bakının öz maraqlarını təmin etmək üçün yararlanmaq imkanı var.

Turan RZAYEV //reytinq//
11-04-2022, 12:01
Rusiyanın Azərbaycanla bağlı planı NƏDİR? - "Prosesləri sabotaj etməyə çalışır"
29-12-2021, 15:49
Bayden və Putin arasında kritik görüş: - Gözləntilər nələrdir?
2-12-2021, 16:37
Moskvada gərgin görüş: İrəvan niyə dirənir? - ŞƏRH
7-10-2021, 11:17
Mina xəritələri əvəzinə diversantlar, delimitasiya və... - Əliyev-Paşinyan görüşündən gözləntilər
20-08-2021, 10:27
Üçtərəfli görüş olacaq: Nə müzakirə ediləcək? - GƏLİŞMƏ
10-10-2020, 10:43
Azərbaycan və Ermənistan arasında bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunur
Bugün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Bugün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Bugün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Bugün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Bugün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Bugün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Bugün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Bugün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Bugün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Bugün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Bugün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
Dün, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
Dün, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
Dün, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
Dün, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
Dün, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
Dün, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
Dün, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
Dün, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
Dün, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
Dün, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
2-05-2024, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı