Avropa həyəcan təbili çalır: - Putin öz “şeytan”larından istifadə edəcəkmi?
Gündəm / Siyasət / Dünya
Oxunub: 164
1 Mrt 2022 | 15:46
Avropa həyəcan təbili çalır: - Putin öz “şeytan”larından istifadə edəcəkmi?
Rusiyanın Ukraynaya müdaxiləsinin beşinci günündə, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdən sonra Rusiya Nüvə Qarşıdurma Qüvvələrinə yüksək döyüş hazırlığı əmri verib. capar.info bizimyol.info-ya istinadla xəbər verir ki, aradan qaldırıldığı güman edilən “nüvə təhlükəsi” Putinin eyhamlarından sonra yenidən gündəmə gəlib. Rusiya liderinin getdikcə “gözlənilməz” olması ilə dünyanın ən böyük nüvə silahından istifadə təhlükəsi xüsusilə ABŞ və NATO müttəfiqləri üçün son dərəcə narahatedici həddə çatıb. Britaniya mediası iddia edirdi ki, Putinin Ukraynaya müdaxiləsi zamanı üzləşdiyi müqavimət onu daha çıxılmaz və qorxulu tədbirlər görməyə sövq edə bilər. Yəni bu şayiələr doğru ola bilərmi? Avropanı hansı kabus gözləyir?

Britaniya mətbuatına görə, Putin tamamilə hər bir ssenariyə hazırdır. Britaniyanın “The Sun” qəzeti yazır ki, Putinin sərəncamında orta hesabla 5977 nüvə başlığı var, onlardan 1600-ü yerləşdirilməyə hazırdır və bu başlıqlar qurudan, sualtı qayıqlardan və təyyarələrdən buraxıla bilər.

Bundan əlavə olaraq qəzet yazır ki, Rusiyanın güclü uzaqmənzilli raketlərə döyüş başlığı kimi buraxıla bilən strateji nüvə silahları var. Onların arasında İngiltərəyə cəmi 20 dəqiqəyə, ABŞ-a isə 30 dəqiqəyə çata bilən qitələrarası ballistik raketlər var. "Şeytan" kimi qəsdən qorxunc adları olan bu strateji silahlar bütün şəhərləri məhv etmək üçün nəzərdə tutulub. Lakin bu cür silahlardan istifadə Putin üçün böyük risk deməkdir. Çünki ABŞ, İngiltərə və Fransanın ümumilikdə 5428 döyüş başlığı olduğu məlumdur. NATO qüvvələrinin də eyni dərəcədə ölümcül ehtiyata malik olduğu düşünülür.

Müstəqil “Novaya qazeta”nın əməkdaşı Pavel Felgenhauer isə Putinin öz silahlarından istifadə edə biləcəyi qənaətindədir.

"Onun üçün bir seçim Avropaya qazın kəsilməsidir. Başqa bir variant isə Şimali dəniz üzərində, İngiltərə ilə Danimarka arasında bir yerdə nüvə silahını partlatmaq və nə baş verdiyini görməkdir”, -deyə Felgenhauer bildirir.

Böyük Britaniyanın mühafizəkar deputatı Tom Tugendhat da Putinin nüvə silahından istifadə edə biləcəyini düşünənlər sırasındadır. O, “The Sun”a açıqlaması zamanı deyib: "Rusiya ordusuna nüvə silahından istifadə etmək əmri verilməsi həyəcan verici, lakin qeyri-mümkün deyil".

Bəzi mütəxəssislər isə bunun hiylə ola biləcəyinə inanırlar. Məsələn, Böyük Britaniyanın köklü təhsil müəssisələrindən biri olan UCL-dən professor Endryu Vilson mövzu ilə bağlı açıqlamasında “Putin bir az dəli rolunu oynayır. Nəzəri olaraq o, düşünür ki, əgər insanlar mənim onlardan istifadə edəcək qədər dəli olduğumu düşünürsə, bu mənim xeyrimədir”,-deyə bildirib.
1-03-2022, 15:44
Rusiya nüvə silahından istifadə etməyə məcbur olacaq - ŞƏRH
29-12-2021, 15:49
Bayden və Putin arasında kritik görüş: - Gözləntilər nələrdir?
19-11-2021, 05:53
“Putin Qərblə müharibəyə hazırlaşır” – Böyük Britaniya mətbuatı
18-10-2021, 09:27
Putin meydan oxuyur - III Dünya savaşı qorxusu
13-08-2021, 10:39
Rusiya cəmi 36 saata üç keçmiş sovet respublikasını tuta bilər - HÜCUMUN QARŞISINI ALMAĞA TAKTİKİ NÜVƏ SİLAHI DA KÖMƏK ETMƏYƏCƏK...
17-01-2019, 13:18
Putin yenidən evlənir
Dün, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
Dün, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
Dün, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
Dün, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
Dün, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
Dün, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
Dün, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
Dün, 18:53
“Qarabağ”da yeni müqavilə
Dün, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
Dün, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
4-05-2024, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
4-05-2024, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
4-05-2024, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
4-05-2024, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
4-05-2024, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
4-05-2024, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
4-05-2024, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
4-05-2024, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
4-05-2024, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
4-05-2024, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
4-05-2024, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
3-05-2024, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
3-05-2024, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
3-05-2024, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
3-05-2024, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü