Ramiz Mehdiyevin kürəkəni bu gün də MEYDAN SULAYIR... - GİLEY
Gündəm / Siyasət / Hadisə
Oxunub: 274
29 Kas 2021 | 13:55
Ramiz Mehdiyevin kürəkəni bu gün də MEYDAN SULAYIR... - GİLEY

capar.info : - “İNTERMEDSERVİS” MMC-nin sabiq icraçı direktoru Ülkər Kərimova tərəfindən Hurriyyet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev tərəfindən təqib və təzyiqlərə məruz qaldığını bildirən Ü.Kərimovanın məktubunu olduğu kimi dərc edirik:

““İNTERMEDSERVİS” MMC-nin təsisçisi, sabiq millət vəkili İlham Əliyevin göstərişi əsasınında yaşadığım mənzilə klinikanın 3 nəfər işçisi tərəfindən basqın edilərək, mənə xəsarət almağımla nəticələnmiş fiziki güc tətbiq edilib, mənə məxsus 2000 ( iki min) manat pulun və brilliant zinət dəstinin aparılması barədə Azərbaycan Respublikasının Prezidentinə və digər instansiyalara müraciət etdikdən sonra İlham Əliyev mənə qarşı təzyiq və təhdidləri daha da artırmışdır. Belə ki, 4 il müddətində rəhbərlik erdiyim klinikada işləyən həkimləri və tıbb işçilərini mənə qarşı qoymaq məqsədilə, onları mənim əleyhimə izahatlar verməyə məcbur edir.

Mənim əleyhimə izahat verməkdən imtina edən işçiləri isə işdən azad etməklə və barələrində saxta ittihamlar qaldıraraq hüquq mühafizə orqanlarına verəcəyi ilə hədələyirlər. Buna misal olaraq klinikada reanimatoloq-anestezioloq vəzifəsində işləyən həkim Nağıyev Ələkbər Gündüz oğlunu göstərə bilərəm. Hansı ki, mənim əleyhimə izahat vermədiyinə görə 15.10.2021-ci il tarixdən heç bir rəsmi əmr olmadan işdən kənarlaşdırılıb, əmək haqqı ödənilmir və klinikanın ərazisinə buraxılmır.

Klinikada müxtəlif vaxtlarda işləmiş həkimlərə hazırkı baş həkim Mahir Babayev (mənim evimə basqın edənlərdən biri) tərəfindən zəng olunaraq, vaxtilə işlədikləri dövrlərdə guya mənə rüşvət vermələri haqda klinikanın təsisçisinə rəsmi məlumat yazaraq təqdim etmələrini tələb edir( Zəng edilərək mənə guya rüşvət vermələri barədə məlumat tələb olunan işçilərin səs yazıları mətbuata və hüquq mühafizə orqanlarına təqdim olunacaqdır).

44 günlük Vətən müharibəsi dövründə mənim tərəfimdən “Yeni Gəncə” Tibb Mərkəzinin təcili tibbi yardım maşınları yaralı əsgərləri daşımaq məqsədiliə Hərbi Komissarlığın sərəncamına verilərkən və yaralı əsgərlərimizin klinikada müalicəsi təşkil olunarkən dəfələrlə ilham Əliyevin özü və qardaşı Fikrət Əliyev tərəfindən təzyiqlərə və təhqirlərə məruz qalmışam. Mənə hər ikisi - İlham və Fikrət Əliyev qardaşları telefonla zəng edərək, təcili tibbi yardım maşınlarını verdiyimə və yaralı əsgərlərin klinikada müalicələrini təşkil etdiyimə görə təhqir edirdilər. Təbii ki, həmin vəsait klınıkanın gəlirindən xərclənmişdir və mən onlara verəcəyim “haqqı” həmin ay ödəyə bilməmişdim.

Sual olunur, bəs, İlham Əliyevin və qardaşı Fikrət Əliyevin övladları Vətən müharibəsi zamanı vətənin müdafiəsi istiqamətində hansı işləri görüblər və yaxud harada gizlənmişdilər?

İlham Əliyevin gösrərişi ilə yaşadığım evə basqın olunması və mənim xəsarət almağımla nəticələnmiş hadisənin baş verməsindən 1 ay 10 gün keçməsinə baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və istintaq İdarəsinin müstəntiqi Rəşad Məmmədzadə heç bir əməli tədbir görmür, təhqiqatın gedişatı barədə mənə məlumat vermir, əksinə 17.10.2021-ci il tarixdə mənı Gəncə şəhər Baş Polis İdarəsinə dəvət edərək sorğu-sual etmədən 6 saat idarədə saxlayaraq, məni şikayətdən imtina etməyə və İlham Əliyevlə ümumi dil tapmaqla məsələnin həllinə nail olmağa çalışmışdır. Mən aldığım xəsarətlə əlaqədar Məhkəmə Tibbi Ekspertizasından keçmək üçün göndəriş tələb etdikdən sonra, mənə göndəriş təqdim olunmuşdur. Göndəriş əsasında mən Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Gəncə şəhər şobəsində ekspertizadan keçirilmişəm və mənə “az ağır” xəsarət yetirilməsinə baxmayaraq, “yüngül xəsarət” dərəcəsi verilmişdir. Mən bununla bağlı Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Gəncə şəhər şobəsinin müdiri Cavanşir Əliyevə müraciət etdikdə, o, mənə müstəntiq Rəşad Məmmədlinin ona zəng edərək “yüngül xəsarət”ə də etiraz etdiyini bildirdi. Sual oluna bilər, müstəntiqin özünün ekspert rəyi vermək səlahiyyəti var idisə, nəyə görə məni tibbi ekspertizaya göndərirdi?! Əks halda ekspert rəyinin nəticəsinə hansı əsasla müdaxilə edirdi?!

Mən hal-hazırda Gəncə şəhər Səhiyyə İdarəsinin 2 saylı Poliklinikasında “postravmatik nevrolgiya” diaqnozu ilə ambulator müalicə alıram.

Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin müstəntiqi Rəşad Məmmədzadənin mənimlə zərərçəkən kimi yox, cinayətkar kimi davrandığını, Məhkəmə Tibbi Ekspertizanın rəyinin nəticəsinə müdaxilə etdiyini nəzərə alaraq, onun apardığı təhqiqatın obyektivliyinə məndə inam qalmamışdır. Göstərilən faktlar barədə Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova 22.11.2021-ci il tarixdə müraciət olunmuşdur.

Sizdən mənim müraciətimi ictimailəşdirərək, “İNTERMEDSERVİS” MMC-nin təsisçisi, sabiq millət vəkili İlham Əliyevin mənə və digər işçilərə göstərdiyi təzyiqlərin Respublikanın Prezidenti İlham Əliyev cənablarına və Hüquq mühafizə orqanlarının rəhbərlərinə çatdırılmasında köməklik göstərmənizi xahiş edirəm”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
27-09-2021, 09:26
AMEA-nın daha bir əməkdaşı Ramiz Mehdiyevi məhkəməyə verdi - TƏFƏRRÜAT
8-09-2021, 10:00
“Prezident İlham Əliyev mənə çox böyük etimad göstərib" - Yeni nazir
2-09-2021, 11:54
Vüqar Səfərli istintaqda Ramiz Mehdiyevin adını çəkdi - "Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda..."
25-08-2020, 10:25
Ramiz Mehdiyev və kürəkəni bu hadisədən bir nəticə çıxaracaqmı? - Deputat sərt danışdı
24-08-2020, 11:10
Siyavuş Novruzov: Ramiz Mehdiyev səhv məlumat verib, bizi aldatdı
22-08-2020, 14:43
Vitse-spiker Adil Əliyevdən hadisə kimi açıqlama: "Heç kəs dövlətə meydan oxuya bilməz”
Dün, 15:30
Körpə yeməkdən sonra qusub öldü
Dün, 15:19
Bu peşələr demensiya riskini artırır
Dün, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Dün, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
Dün, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
Dün, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
Dün, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
Dün, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
Dün, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu