Kəlbəcərin bu kəndindəki hər erməni arvad orta hesabla 8-12 uşaq doğub… - FOTO
Gündəm / Siyasət / Hadisə
Oxunub: 170
23 Kas 2021 | 16:23
Kəlbəcərin bu kəndindəki hər erməni arvad orta hesabla 8-12 uşaq doğub… - FOTO

capar.info : - Azərbaycan Respublikası Kəlbəcər rayonunun 44 günlük savaşdakı uğurlarımıza və 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun heç bir güllə atılmadan ordumuzun nəzarətinə keçməsinə rəğmən rayonun hələ də Rusiyanın “sülhməramlı” hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin nəzarətində qalan 23 kəndindən biri də “Vaquas” adlandırılmış Qozlu kəndidir. Belə kəndlərimizə Azərbaycan dövlətinin hərbçi və ya rəsmi şəxsləri ayaq basa bilmədiyindən onlar haqqında xalqımıza məlumatları erməni, rus mənbələrindən, o cümlədən Rusiya Müdafiə Nazirliyinin rəsmi saytından, yaxud bu torpaqlarımıza icazəsiz gələn əcnəbi media mənsublarının yazı və reportajlarından öyrənməyə məcburuq. Dövlətimizin hər hansı qurumu, yaxud müstəqil araşdırmaçılarımız belə məlumatlara yeni tutarlı faktlar, foto və video-görüntülərlə təkzib verərsə, onları dərhal təqdim etməyə hazırıq...

Moderator.az-ın növbəti araşdırmasından bəlli olur ki, Xankəndindəki separatçı nəşrlər və Ermənistan mediasında yayılan məlumata görə, Kəlbəcərin Qozlu kəndinin 650 sakininin 230-u uşaqdır və 44 günlük müharibədən sonra “kənddə həyat davam edir”...

“Vətənə məhəbbət yalnız döyüşlərdə döyüşçülərin qorxmazlığı ilə deyil, həm də çoxlu uşaq dünyaya gətirən qadınların şücaəti ilə özünü göstərir. Birinci Qarabağ müharibəsi zamanı ən çox əziyyət çəkən kəndlərdən biri də Vaquasdır. Amma bu gün kənd çiçəklənir: hər ailədə orta hesabla 8-12 uşaq var, kəndin 650 sakininin 230-u uşaqdır…” –faktiki Rusiya-Ermənistan saytı olan "Sputnik-Armenia"nın təqdim etdiyi materialda belə deyilir.

Və daha sonra hay, yaxud erməni uşaqlarının Azərbaycanın bu hüquqi-tarixi kəndində icra etməkdə olduğu bizim "qanunsuz" dediyimiz layihələrdən bəhs edilir.

“Vaquasın uşaqları təəccüblü dərəcədə ağıllı və təşəbbüskardırlar. 44 günlük müharibədən sonra uşaqlar müəllimləri Nara Balayanla birlikdə “Liderlik kursu” proqramı çərçivəsində kəndləri üçün layihələr hazırlamağa başlayıblar. Komanda işi 7 layihə ilə nəticələnib. Onlardan biri – interaktiv park həm də “Liderlik kursu”nun birbaşa təşkilatçısı olan “Teach for Armenia” (“Ermənistan üçün öyrət”) qurumu tərəfindən maliyyələşdiriləcək…

Ancaq kənd məktəbində bütün təşəbbüslərə böyük diqqət yetiriblər və digər uşaqları məyus etməmək üçün müxtəlif fondlara müraciət edərək başqa layihələrin həyata keçirilməsi variantlarını axtarmağa başlayıblar. Belə ki, bu ilin avqustunda “reArmenia” platforması layihələrdən birini öz saytında yerləşdirməyi və ümumerməni vəsait yığımı təşkil etməyi təklif edib. Məktəb iki layihəni birləşdirmək qərarına gəlib - uşaq meydançasının yaradılması və kitabxananın açılışı. Və artıq oktyabr ayında “reArmenia” platformasında "Oxu və oyna" layihəsi peyda olub. Həmin layihənin həyata keçirilməsi üçün 7,7 mln. dram (16 min dollar) lazımdır. Bu günə qədər artıq lazımi vəsaitin yarıdan çoxu - 4,6 milyon dram (10 min dollar) toplanıb…

...Oyun meydançası 12-14 yaşlı məktəblilərin ideyası idi. Əvvəlcə həyətdə yalnız skamyalar qurulmasını təklif ediblər. Lakin daha sonra bu məkan 230 erməni uşağının oynaya biləcəyi, tədbirlər təşkil edə biləcəyi, inkişaf edə biləcəyi oyun meydançasına çevrilib…”
Zəruri arayış:

Qozlu (əvvəlki adı "Vaquas") — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənddir.

Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Vaquas olub.

Tarixi

Qozlu kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Və Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biri olub.

1992-ci ilin payızında Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Qozlu kəndi Ermənistan işğalçı qüvvələrindən təmizlənib. Lakin 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən yenidən işğal edilib. Kənd uğrunda neçə-neçə şəhiqimiz və yaralımız olub...

Kənd Qarabağ silsiləsinin yamacında, Sərsəng su anbarının cənub-qərbində, Umudlu çayının yaxınlığındadır. XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ilin dekabrında əsl, keçmiş adi bərpa edilib.

Oykonim “qoz ağacları ilə zəngin” mənasındadır...

P.S. Materialdan digər lazımı nəticələr çıxarmağı oxucuların ixtiyarına buraxırıq…
Kəlbəcərin bu kəndindəki hər erməni arvad orta hesabla 8-12 uşaq doğub… - FOTO
10-11-2021, 12:22
Xankəndindəki separatçı “parlament”in növbəti təxribatçı bəyanatı və dünya gücləri... - NƏ BAŞ VERİR?
27-09-2021, 15:55
Ermənilər Ağdərə ətrafında partlayış səsləri eşidilməsini belə izah etdi... - Həmin ərazidəki erməni postları öz yerindədir?..
24-09-2021, 10:25
Qarabağdakı erməni ordusuna güclü axın... - 800 dollara yaxın maaş... Amma...
20-08-2021, 10:34
Ermənilər Laçın, Kəlbəcər, Şuşa və Tovuzu ATƏŞƏ TUTDULAR - Müdafiə Nazirliyi
1-08-2021, 14:58
Kəlbəcərin Cəmilli kəndindən görüntülər – VİDEO
24-10-2020, 11:29
Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək - RƏSMİ
Dün, 20:30
Hansı yazıçı daha çox kitab yazıb? 4000-ə yaxın roman
Dün, 20:17
Bakıda evdən meyit tapıldı
Dün, 20:13
Dünyada ən təhlükəli nəqliyyat növü budur
Dün, 20:11
Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
Dün, 20:09
Braziliyalı ulduzdan depressiya və intihar etirafı
Dün, 20:07
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
Dün, 20:03
"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq
Dün, 20:01
Qan damarlarının divarlarını məhv edən məhsullar
Dün, 19:56
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
Dün, 19:54
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
Dün, 19:52
Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır
Dün, 19:49
Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ
27-03-2024, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
27-03-2024, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
27-03-2024, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
27-03-2024, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
27-03-2024, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
27-03-2024, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
27-03-2024, 17:10
Abşeronda QƏZA: Ölən var
27-03-2024, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
27-03-2024, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
27-03-2024, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu