İslam, şiəlik və monopoliya: İrana fərqli baxış - GƏLİŞMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 45
11 Ekm 2021 | 16:17
İslam, şiəlik və monopoliya: İrana fərqli baxış - GƏLİŞMƏ

Capar.info : - Azərbaycan da daxil olmaqla, demək olar ki, bütün ölkələrin Cinayət Məcəlləsi zəruri müdafiə hüdudlarını aşdığına görə məsuliyyət nəzərdə tutur. Bir insanın həyatı ölümcül təhlükə altında olsa belə, qırmızı xətləri aşmaq fəsadlıdır - qanun qarşısında cavab verməli olacaqsınız. Bir sözlə, hər şeydə nə vaxt dayanacağınızı bilməlisiniz.

Təəssüf ki, bu cür məsuliyyəti ictimai həyatın bütün sahələrində qabaqcadan görmək və tətbiq etmək praktiki olaraq mümkün deyil. Baxmayaraq ki, bəzi insanları hərəkətlərinə və sözlərinə daha məsuliyyətli münasibət göstərməyə məcbur edən bir növ təşkilat və ya mexanizmin olması yaxşı olardı.

Yerli medianın və sosial şəbəkələrin Azərbaycan seqmentinin ən aktual mövzularından biri hələ də Azərbaycan-İran münasibətləri, daha doğrusu, artan gərginlik mövzusudur. Biz dəfələrlə bu mövzu ilə bağlı mövqeyimizi bildirmişik, İranın Azərbaycana qarşı dost olmayan hərəkətlərindən danışmışıq. Eyni zamanda, normallaşmanın vacibliyini vurğulamışıq, çünki belə bir qarşıdurma heç bir ölkənin maraqlarına cavab vermir. Yenə də qaldırılan mövzuya qayıtmağa ehtiyac var.

Mətbuatın və vətəndaşların fikir mübadiləsində fəal iştirak etməsi və demək olar ki, yekdilliklə Azərbaycanın dövlət maraqlarını müdafiə etmək üçün çıxması sevindirməyə bilməz. Ancaq bəzilərinin bunu necə etməsi və yumşaq desək, hansı üsulu seçməsi bəzi narahatlıqlara səbəb olur. Xüsusilə, konkret bir vəziyyəti və sırf siyasi bir demarşı təhlil edərkən, niyə məsələni dini müstəviyə gətirdiyimiz aydın deyil.

Bu da bir yana. Amma bununla birlikdə, bu sahədə tam səriştəsizlik bəzən belə fikir müəlliflərini, yumşaq desək, gülünc hala salır. Bunun səbəbi həddindən artıq canfəşanlıqdır, yoxsa sadəcə cəhalət və cahillikdir? İstənilən variant ola bilər. Ancaq bu bəhanələr heç bir şəkildə media nümayəndələri üçün səslənə bilməz.

Minlərlə həmvətənimiz üçün müəyyən bir mövzunu könüllü olaraq şərh etmək fikri ilə yazı yazmazdan əvvəl mövzunu araşdırın, ən azından əsas detalları öyrənin və yalnız sonra kompüterinizin qarşısına keçin. Başa salın, kim deyib ki, İslam və şiəlik İranın monopoliyasıdır? Bəli, uzun illərdir ki, dini dəyərlərlə manipulyasiya edən qonşu ölkə özünü “Quran”ın tələblərinə və Peyğəmbərin əmrlərinə tam riayət edən yeganə həqiqət qalası və yeganə dövlət kimi təqdim etməyə çalışır. Arazın o biri tayında istədiklərini söyləyə bilərlər, ancaq bu, buna inanmaq məcburiyyətində olduğumuz demək deyil.

İranda İslam İnqilabı 1979-cu ildə baş verdi. Məhz bundan sonra qonşumuzun həm xarici, həm də daxili siyasəti kökündən dəyişdi. İslam Azərbaycana min ildən də çox əvvəl gəlib. Və burada əhalinin əksəriyyəti özünü şiə hesab edir. Müsəlman ümmətini məzhəb və təriqətlərə bölmək, kimisə daha yüksək, kimisə aşağı qoymaq istəmirik. Tamamilə! Bu, həm İslamın özünə, həm də cəmiyyətimizdə hökm sürən prinsiplərə ziddir. Lakin bu, tarixən belə olub, istər müsəlman qaydalarına əməl etsin, istərsə də yox, amma Azərbaycan əhalisinin böyük əksəriyyəti özünü şiə olaraq qəbul edir.

Məsələnin mahiyyətini araşdırsanız, yenə də bu çoxluğun əksəriyyəti sünni ilə şiə arasındakı fərqi açıq şəkildə izah edə bilməyəcək (bu arada, İslam bağına daş atan "jurnalistlər" bu qrupdandır). Və bu gün, sanki İranı qınayaraq, praktiki olaraq mədəni və tarixi irsimizə zərbə vururuq. Sual budur ki, Aşuranın bu baş verənlərlə nə əlaqəsi var? Aşuranın elə eyni gündə İranda da geniş qeyd olunması nə deməkdir ki? O zaman muğamdan da imtina edə bilərikmi? Axı, əksəriyyətinin adları sırf fars adlarıdır ("Çahargah", "Segah", "Şüştər"). Bəli, ermənilər də tarda və kamançada ifa edirlər, nə edək? İmtina edək?

Qədim zamanlardan bu torpaqların insanları Peyğəmbərin nəvəsinin və yaxınlarının Kərbalada faciəli şəkildə öldürülməsinin ildönümünü qeyd edirlər. Bu gündə əhalinin əksəriyyəti məscidlərə gedir. Dərin dini və fanatik olduqları üçün deyil, dini bir ənənədən daha çox mədəni, milli, tarixi bir ənənədir. Bu gün hətta içiki içənlər da spirtli içkilərə toxunmur - hər kəs bu günü təqvimdə öz qaydasında başa düşür. Və iki ay - Məhərrəm və Səfərdə insanlar toy etməkdən imtina edirlər (yeri gəlmişkən, hətta bir çox sünnilər də bu ənənəyə riayət edirlər).

Və beləliklə, özünü yerin göbəyi və bütün sivilizasiyanın intellektual zirvəsi təsəvvür edən bir gənc peyda olur və başlayır əsrlər boyu bəslənilən bu ənənəni təhqir etməyə. O, guya başa düşmür ki, Azərbaycanda insanlar VII əsrdə öldürülən ərəblər üçün ildə 2 ay yas saxlayırlar və ən əsası, bu yas Arazın o tayında da saxlanılır! Yaxşı, sənə aydın deyilsə, əzizim, bunu başa düşənlərdən soruşun ki, sizə nə olduğunu aydın şəkildə izah etsinlər. Heç bir Yeni Zelandiya vətəndaşı xaka rəqsində qüsur tapmağı xəyalına belə, gətirə bilməz. Bu, artıq bir rəqs yox, xalqın tarixinin, milli kimliyinin bir hissəsidir (yeri gəlmişkən, bu, adaların yerli əhalisinin, Maori xalqının rəqsidir və ölkənin bugünkü vətəndaşlarının əksəriyyəti ilə heç bir əlaqəsi yoxdur).

Şiə ənənələrinə, Aşuraya çirkab ataraq, əslində oturduğumuz budağı kəsirik. Bəli, 14 əsr əvvəl baş verən hadisələrin bu cür təfsiri ilə razılaşmaya bilməzsən, bu günü xatırlamaq üsulları haqqında mübahisə edə bilərsən, ümumiyyətlə İslamı tərk edib buddist ola bilərsən - Allah xatirinə, bu, sırf şəxsi məsələdir. Amma, yalnız şəxsi! Yoldaş Saaxovun dediyi kimi, "öz yununu dövlət yunu ilə qarışdırmamalısan". Bəyənirsən, ya bəyənmirsən, amma tarix bunu əmr edib. Buradakı insanlar tam olaraq belə bir dini, tarixi, mədəni və ideoloji zəmində formalaşıb. Hamısı bizimdir - nə İranındır, nə də farsın. Biz əlimizdə babalarımızdan qalan miras var. Və bundan imtina etsək, artıq özümüz olmayacağıq.

Şiəlik də dövlət dini səviyyəsinə hanısa fars tərəfindən deyil, Səfəvi İmperiyasının banisi, bir azərbaycanlı - Şah İsmayıl Xətai tərəfindən qaldırıldı. Bunu xatırlamaq və “dənləri samandan” ayırmaq lazımdır. Ancaq nəyi yadda saxlamalı və nələri unutmalı olduğunu bu xalq bəzi ortaya düşənlərsiz də çox yaxşı bilir. Və bu yaddaş və bu müdriklik sayəsində xalqımız yaşayır, bir çoxlarından fərqli olaraq öz dövlətçiliyinə malikdir və inşallah, düşmənlərin həsədinə və dostların sevincinə görə çiçəklənəcək və inkişaf edəcək.
6-10-2021, 12:51
Azərbaycan da cavab olaraq İrana hava məkanını bağlaya bilər - Hərbi ekspert
30-09-2021, 10:22
İrandan Azərbaycana İLK AÇIQ HƏDƏ... - NƏ BAŞ VERİR?
28-09-2021, 10:20
İranın Azərbaycana qarşı İKİÜZLÜ SİYASƏTİ - NƏ ETMƏLİ?
16-09-2021, 20:33
“Paşinyan İrana görə Azərbaycanla əlavə konfliktə girməyəcək” - GƏLİŞMƏ
6-01-2021, 10:53
ABŞ İrana qarşı sanksiya siyahısını yenidən genişləndirdi
23-10-2020, 10:31
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirdi
Dün, 23:03
Bakı Bütöv Azərbaycan ideyasını tətikləyə bilərmi? - AKTUAL
Dün, 22:44
1-ci sinif şagirdi koronavirusdan öldü - Bakıda ŞOK HADİSƏ
Dün, 22:42
Keçmiş nazir raketlərdən nə qədər “otkat” alıb?
Dün, 10:31
Həkim uşaqlarla bağlı iddianı təkzib etdi: - "Olsaydı, məlumatım olardı”
Dün, 10:24
İran İlham Əliyevə cavab verdi, əks-cavabını isə Hindistandan aldı: - Dehli də İranla tranzit əlaqələrini dayandırdı
Dün, 10:13
Yoxsa, cənab Putin “əhmədlərin hamısını” çağırıb ki, məsələni biryolluq həll etsin..? - NƏ BAŞ VERİR?
15-10-2021, 11:51
Zaxarovanın dili ilə Rusiya təxribatları: axmaqlıq, ya düşnülmüş siyasət? - NƏ BAŞ VERİR?
15-10-2021, 11:45
Rus və erməni mediasından ABSURD İDDİA - “Xocavənddə bir rus əsgəri öldürülüb, biri isə yaralanıb”
15-10-2021, 11:21
"İran Azərbaycanla heç məhdud toqquşmaya da cəsarət etməz..." - SINIQ-SALXAQ ORDU İLƏ TƏHDİDLƏR İŞƏ YARAMIR
15-10-2021, 11:17
İLGİNC: Dünən gecə Qarabağda nə baş verib? - TƏFƏRRÜAT Tarix: Bu gün, 10:09 | Çap et
15-10-2021, 10:46
MTN generalının yeni cinayətləri: Bir ailə məhv edildi... - İLGİNC FAKTLAR
15-10-2021, 10:39
DEPUTAT ÖZÜNÜ FİRON SAYIR - FOTOFAKT
15-10-2021, 10:33
Bəlkə o sülhməramlı dəbilqəsini başına qoyan İvan deyil, Arturdur? - HƏQİQƏTƏN DƏ...
15-10-2021, 10:29
Başçı sarıdan bəxti gətirməyən YASAMAL... - NARAZILIQ!
15-10-2021, 10:22
“Rusiya hakimiyyəti ermənilərin Qarabağdan köçündən çox narahatdır...” - Ermənistan KİV
15-10-2021, 10:04
Hamilə arvadını 18 bıçaq zərbəsi ilə öldürdü, həbs cəzası verilmədi - MƏHKƏMƏ
15-10-2021, 09:52
Nazirlik “Sovetski”də vətəndaşın 2 mərtəbəli evini “yoxa çıxarıb” - Belə də olurmuş... Tarix: Bu gün, 08:37 | Çap et
15-10-2021, 09:18
Putinin Cənubi Qafqaz təlaşı: “ayıq-sayıq olun” xəbərdarlığının izi ilə - NƏ BAŞ VERİR?
14-10-2021, 16:17
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO
14-10-2021, 15:26
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsi təxirə salınıb
14-10-2021, 15:22
“Saxlanılan iranlı sürücülərin qaranlıq işləri ilə bağlı dəqiq bilgilər veriləcək” - deputat
14-10-2021, 15:18
“MTN əməkdaşları məndən 315 min dollar aldılar” - Polkovnik
14-10-2021, 15:13
Pasport varsa, dərs də var: - Neçə tələbə universitetlərə buraxılmır?
14-10-2021, 15:05
Azərbaycan tarixi qərar ərəfəsində: Bunu İran istədi - GƏLİŞMƏ
14-10-2021, 14:35
“Nə Paşinyan, nə də Rusiya Qarabağda gərginlik istəmir” – Bəs atəşkəs niyə pozulur?
14-10-2021, 14:30
İranın qlobal qorxusu, İrəvanın qlobal səhvi - TƏHLİL
14-10-2021, 14:23
Şeyx yerinə oğlunu hazırlayır? - İDDİA
14-10-2021, 14:18
Ermənistan müharibə cinayətlərinə görə mütləq mühakimə olunmalıdır - ÇAĞIRIŞ
14-10-2021, 14:15
AZƏRBAYCANDA İRAN BAZARLARI – Siyasi qarşıdurma fonunda ticarət necə gedir?
14-10-2021, 14:07
Texniki Universitetin REKTOR BƏLASI... - Bəxti gətirmir ki, gətirmir...
14-10-2021, 13:46
Milli Məclis xeyriyyəçiliklə bağlı sənəd HAZIRLAYIR
14-10-2021, 13:42
"Kafedralarda yeniliyi qəbul etməyən diktator professorlar oturub" - ETİRAZ
14-10-2021, 13:30
Deputatlar nəyi və kimi oxuyur? - SORĞU
14-10-2021, 11:52
Bakıda “Zəfər” Yarmarkası keçiriləcək - VİDEO
14-10-2021, 11:49
Yumurta bahalaşdısa, narahat olmağa dəyər? - Bazarımızın "indikatoru"
14-10-2021, 11:34
Bələdiyyədə işləyən qadını əri öldürdü: "Maşında tutdum..." - TƏFƏRRÜAT
14-10-2021, 10:43
"“YAŞAT” Fondundan yararlana bilmirik, deyirlər, siz varis sayılmırsız" - GİLEY
14-10-2021, 10:37
7 marşrut xəttinə sahib şirkətin adı daha bir ölüm hadisəsində keçir
14-10-2021, 10:32
Ağır xəstəliyi üzə çıxan Şeyx Əbdül DANIŞDI - “Canımla əlləşirəm, heç kəs inciməsin”