Əmrullayevin YERƏ DÜŞƏN TƏKLİFİ... - Dəstək qazanmadı.
Gündəm / Siyasət / Hadisə
Oxunub: 198
6 Ekm 2021 | 10:18
Əmrullayevin YERƏ DÜŞƏN TƏKLİFİ... - Dəstək qazanmadı.

capar.info : - Təhsil naziri Emin Əmrullayevin uşaqların ibtidai sinfə başlama yaşının azaldılması ilə bağlı fikirləri hələ də ciddi müzakirə predmetidir. Nazir olanda da beləsindən olasan! Bir təklifin üzərində günlərlə danışılsın. Neyləsin valideynlər? Nazir yaralı yerindən “sancıb” onları. 6 yaşından məktəbə gedən uşaqla valideyn min-bir əziyyət çəkir. Metroda, avtobusda ağır məktəbli çantalarını daşımaqdan beli bükülən anaları görəndə adamın ürəyi ağrıyır. Övladlarına yazıqları gəlir, alırlar çantaları onlardan. Kənardan baxanlar da dərdli-dərdli düşünür: nə doldururlar bu çantalara?! İndi təsəvvür edək ki, 5 yaşlı kövrək balalar ağır çantaları 1 il də tez öz zərif çiyinlərinə alacaq. Bu qədərmi vacibdir? Nazirin açıqlamasını da xatırladaq. E.Əmrullayev bildirib ki, qarşıda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır: "Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq. Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar” - deyən nazirin təklifinə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər.

Sosioloq Lalə Mehralı isə nazirin təklifi ilə razılaşmadığını söylədi:

- Emin Əmrullayev cənablarının dediyindən belə çıxır ki, 5 yaşında getməlidir uşaq məktəbə. Məktəbəqədərə yox ha, 1-ci sinfə. Onda belə çıxır ki, 4 yaşından da məktəbəqədərə göndərməliyik uşağı. Partanın arxasından görünməyəcək yaşda yəni. Biz 6 yaşdan belə narahatıq, nazir deyir gecdi 6 yaş. Ötən il qızımın 6 yaşı tamam olanda tanışlar çox təkid etdi ki, ver məktəbə, gecikdirmə. Mən qıymadım. Uşaq hələ oyuncaqlarından ayrılmayıb, necə oxuyacaq? Amma yenə də pedaqoq rəyi alaq dedik. Feysbukda Təhsil Forumu adlı böyük bir qrup var, ora yazdım, müəllimlərdən soruşdum ki, öz övladlarınızı neçə yaşında məktəbə vermisiniz? Əksər pedaqoq yazdı ki, 7. İbtidai metodistlər siniflərindəki 6 və 7 yaşlı uşaqların müqayisəsini etdi, 7 yaşlıların dərsi daha yaxşı mənimsədiyini yazdılar, həmçinin onu da yazdılar ki, 6 yaşında bəzi uşaqların fərdi inkişafı, qavraması, adaptasiya yaxşı ola bilər, bu, bütün uşaqların 6 yaşında məktəbə tam hazır olması demək deyil. Tanıdığım valideynlərdən biri şikayət edir ki, 5 yaslı qızı məktəbəqədər hazırlığa başlayıb. Gedib-gəlmək əziyyəti bir yandan, bir yandan da iki seir, əlavə kitab tapşırığı da verilir, uşaq yorulur, yorğun olur, oyuna vaxt qoyulmur indidən.

L.Mehralı dünya praktikasından nümunələr gətirdi:

- Müqayisə üçün deyim ki, Fransa və Belçikada uşaqlar 6 yaşında başlayır məktəbə. Kanada, Yaponiya, Çin, Almaniya, İtaliya, Hollandiya, Danimarka, İsveçrə, İsveç, Norveç və Finlandiyada məktəb yaşı 6-dır. Rusiyada ibtidai sinfə qəbul üçün uşağın minimum 6 yaş 6 ayı tamam olmalıdır, bu yaşa çatan uşaqların əvvəlcə şifahi imtahanı aparılır, məktəbə hazır olub-olmaması yoxlanır. Moldova, Qazaxıstan, Qırğızıstan və Latviyada birinci sinfə qəbul 6-7 yaşından aparılır. Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan və Ermənistanda uşaqlar məktəbə 6 yaşın tamamında gedir. Litvada və Estoniyada isə ibtidai təhsilə başlama yaşı dəyişməyib, sovet dövründə olduğu kimi uşağın 7 yaşı tamam olmalıdır. Amerikalı uşaqlar ibtidai sinfə 5 yaşı tamam olanda gedir, Türkiyə, Almaniya və Böyük Britaniyada 1-ci sinfə qəbul 6 yaşdadır. İranda da on iki illik ümumi təhsil 6 yaşından başlanır. Macarıstanda və Rumuniyada uşaqlar 6-7 yaşında məktəbə gedir. Məktəbəqədər hazırlıq bu ölkələrdə məcburidir. Dünya üzrə yalnız 11 ölkədə uşaqlar ibtidai sinfə 5 yaşında gedir - İngiltərə, İrlandiya, Avstraliya, Yeni Zellandiya, Malta, Dominik, Nepal, Pakistan, Şri Lanka, Myanmar və Qrenada. Yəni göründüyü kimi əksər ölkələrdə uşaqların məktəb yaşı 6-7 yaş aralığında qəbul edilib.

Qeyd edək ki, nazirin məlum açıqlamasına bəzi şərhlərdə ibtidai təhsilin deyil, məktəbəqədər hazırlığın 5 yaşından başlanmasının nəzərdə tutulduğuni iddia edənlər də oldu. Amma zatən, uşaqlar 5 yaşından hazırlıq qruplarına gedir, 6 yaşdan da orta məktəbin birinci sinfinə. Lakin hazırlıq qruplarında uşaqlara demək olar ibtidai sinfin proqramı keçilir. 5 yaşdan ibtidai təhsil başlayacaqsa, elə doğum evindən birbaşa məktəbə getsinlər gərək. Yəqin bu ideya da hansısa ölkədən “kopyalama”dır. Kurikulumu elə “yaxşı” köçürmüşük ki, hələ də təhsil işçiləri baş aça bilmir. İndi də orta təhsil pilləsi 5 yaşdan başlasın. Hara tələsirik və niyə?
Pediatr Vaqid Qarayev uşaqları erkən yaşda yükləməyin xeyrindən çox ziyanı olacağını dedi:
- Mən köhnə sovet adamı olduğuma görə uşaqların heç 6 yaşında da məktəbə getməsilə barışa bilmirdim. Hamıdan vunderkind düzəltməyə çalışmamalıyıq. Uşaqlıq dövrü deyilən bir nəsnə var. Hazırkı uşaqlar kitabın “üstündə” niyə otura bilmirlər? Bütün valideynlər şikayətçidi bu məsələdə. Bunu hiperaktivliklə əlaqələndirmək doğru deyil. Bütün uşaqlar hiperaktiv deyil. Sadəcə, hərəkətliliyi sevirlər. Qadağanı, məhdudiyyəti sevmirlər və s. Yəni təhsil-tədris məsələsini önə çəkdikdə psixoloji amilləri də düşünsək yaxşı olar. Məncə, uşaqların üstünə çox gedilir.

Aşırı yükləmələr, lüzumsuz qadağalarla. Ondansa, tədris proqramı yüngülləşdirilməlidir. Uşaqları əlavə yüklərdən azad etmək lazımdır.
28-09-2021, 12:43
Şəhid adına pul yığan müəllim CƏZALANDIRILDI – Rəsmi AÇIQLAMA
23-02-2021, 11:22
Qubada vaxtından əvvəl doğulan əkiz uşaqların həyatı xilas edilib
2-11-2020, 14:40
Ermənilərin Ağdama atdığı mərmi məktəbə düşdü
28-08-2020, 11:51
Sentyabrın 15-də ibtidai sinif şagirdləri dərsə gedəcək
28-11-2018, 13:21
Baş nazirin müavini: "Təhsil sahəsində hələ də neqativ hallar var"
5-11-2018, 18:38
"Qəbələ" - "Qarabağ" matçının başlama vaxtı bilindi
Dün, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
Dün, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
Dün, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
Dün, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
Dün, 21:21
“Barselona”ya qayıtmaq istəyir
Dün, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
Dün, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
Dün, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
Dün, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı