“Azərbaycanla gərginlik İran daxilindəki qruplararası çəkişmənin təzahürüdür” - TƏHLİL
Gündəm / Siyasət / Hadisə
Oxunub: 159
4 Ekm 2021 | 13:54
“Azərbaycanla gərginlik İran daxilindəki qruplararası çəkişmənin təzahürüdür” - TƏHLİL

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində Azərbaycanla bağlı söylədiklərinin şərh edilməsi ilə bağlı yerli KİV-in sualını cavablandırıb.
capar.info XİN-in mətbuat xidmətinə istinadən bildirir ki, L.Abdullayeva 44 günlük müjharibədə Azərbaycan tərəfdən terrorçuların döyüşməsi barədə fikirləri şərh edərkən deyib:”Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi. O zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib. Beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir. Məlumdur ki, məhz Azərbaycan, ərazilərinin bir hissəsinin hərbi işğalından və beynəlxalq sərhədlərinin pozulmasından onilliklər ərzində əziyyət çəkib. O cümlədən, bizim İran ilə sərhədimizin 130 km. dən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub. Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik”.

XİN sözçüsü vurğulayıb ki, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır: “Kənar qüvvələrin Azərbaycana müdaxiləsi fikrinə gəldikdə vurğulamaq istərdik ki, Azərbaycan Respublikası hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib və 30 il ərzində atdığı konkret addımları ilə bunu dəfələrlə sübut edib. Qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi xarici siyasətimizin əsas prioritet məsələlərindəndir və tərəfimizdən bu istiqamətdə davamlı addımlar atılmaqdadır”.

L.Abdullayeva əlavə edib ki, Azərbaycan İslam həmrəyliyi məsələsinə böyük həssaslıqla yanaşır və İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal mövqeyi ilə seçilir: “Hesab edirik ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması, həmin bölgədə Ermənistanın qanunsuz əməllərinə, o cümlədən böyük həcmdə silah-sursat cəmləşdirməsi, qeyri-qanuni iqtisadi və digər əməllər, narkotik qaçaqmalçılığı, terrorçuların hazırlanması, İslam dini və mədəniyyət abidələrinin təhqir və məhv edilməsi hallarının dayandırılması və 30 illik həsrətdən sonra azərbaycanlı məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması İran İslam Respublikasının maraqlarına cavab verən şərait olmalıdır”.

Yaranmış vəziyyəti Bizimyol.info saytına şərh edən politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan-İran münasibətlərinin normal saxlanması və həmçinin İranın xarici siyasət maraqları​ nöqteyi-nəzərindən, rəsmi Tehranın daha praqmatik yanaşmasını gözləyirdi: “Açığı, bu münasibətlərin gərginləşməsi nə Bakının, nə də Tehranın maraqlarına cavab vermir. Lakin ritorika və gərginlik davam edir. Bunun da bir sıra səbəbləri var. Əslində, Azərbaycana qarşı səsləndirilən bütün ittihamlar bəhanədir. Prezident İlham Əliyevin də dediyi kimi, 25 min nəfərlik bir bazara görə İranın bu qədər sərt reaksiya göstərməsi məntiqli deyil. O ki qaldı İsrailə, Suriyada İran əsgərləri, SEPAH birlikləri var. Suriya da İsraillə həmsərhəddir, amma İsrailə bir güllə də atmırlar. Amma bizim sərhədlərdə “siyonist rejim” axtarırlar. Yəni, İsraillə bağlı ittihamlar da bəhanədir. Bəli, regionda geopolitik vəziyyət dəyişir, Azərbaycanın Türkiyə və Pakistanla yaxınlaşması da Tehranda müəyyən narahatlıq yaradır. Digər tərəfdən, İrandakı bəzi dairələrin illərlə Ermənistana qoyduqları yatırımlar batır və Zəngəzur dəhlizi açılsa, onlar üçün önəmli bir bazar əldən çıxmış olacaq. Amma bundan da mühüm, pərdəarxasında qalan səbəblər var”.

Politoloq qeyd edib ki, uzun illər boyu, sanksiyalar səbəbilə, İrandan neft ixracatı və maliyyə resursları SEPAH-ın əlində cəmləşib: “Onlar bu işlərdən külli miqdarda mənfəət götürüb və öz dayaqlarını möhkəmlədiblər. Yaxınlarda, Vyana görüşü gözlənilir. Əgər razılıq əldə olunsa, İran artıq dünya bazarına leqal şəkildə çıxa biləcək, yəni, sanksiyalar aradan qalxacaq. Digər tərəfdən, Tehran qarşısında şərtlər də qoyulacaq. Məsələn, MAQATE-nin yenidən yoxlamaları olacaq, nüvə zənginləşdirilməsi birbaşa beynəlxalq təşkilatların nəzarətilə həyata keçiriləcək. Hazırda isə müxtəlif məlumatlar dolaşır ki, İran artıq nüvə silahını əldə etməyə hazırdır. Bu istiqamətdə İranın daxilindəki radikal dairələr “suyu bulandırır” və müəyyən qədər zaman qazanmağa çalışırlar. Təbii ki, onlarla razı olmayanlar da var. Azərbaycanla olan gərginlik də, məhz İran daxilindəki qruplararası çəkişmələrin təzahürüdür. Heç düşünmürəm ki, İran xalqı da hadisələrin bu cür inkişafını dəstəkləyəcək. Sadəcə müəyyən qruplar “xarici düşmən” və “siyonist rejim” bəhanəsi ilə İrandakı inanclı insanların dəstəyini qazanmağa çalışırlar”.

T.Zülfüqarov əlavə edib ki, Azərbaycan daxilində radikal qrupların aktivləşməsi və hər hansı ciddi dəyişikliklərin olacağı perspektivli görünmür: “Azərbaycanda dünyəvi dövlət modeli artıq oturuşub və cəmiyyət bütövlükdə hər hansı dini təmayüllü dəyişiklikləri dəstəkləməyəcək. Siyasi müxalifətin də bu proseslərə qoşulmayacağını düşünürəm. Azərbaycanda bütün dini icmalar üçün azadlıqlar təmin olunub”.
6-07-2021, 11:26
Azərbaycan beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır - XİN
21-04-2021, 10:04
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
11-03-2021, 17:21
Hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur - Leyla Abdullayeva
5-10-2020, 13:04
İran XİN: Ermənistan hərbçiləri işğal olunmuş şəhərlərdən çıxmalıdır
5-10-2020, 12:52
Leyla Abdullayeva: 24 mülki şəxs ermənilərin atəşi nəticəsində qətlə yetirilib
2-09-2020, 12:20
XİN: Ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın kənar qüvvəyə ehtiyacı yoxdur
Dün, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
Dün, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
Dün, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
Dün, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
Dün, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
Dün, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
Dün, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
Dün, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
Dün, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
Dün, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16-04-2024, 10:29
Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var
16-04-2024, 10:28
Cəbrayılda minalar aşkarlanıb
16-04-2024, 10:26
Ələt-Astara magistralında təhlükəli vəziyyət - FOTO
16-04-2024, 10:23
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
16-04-2024, 10:20
Bakıda 10 yaşlı oğlan itkin düşüb
16-04-2024, 10:19
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
16-04-2024, 10:16
Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb
16-04-2024, 09:51
Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
16-04-2024, 09:31
Rusiyada böyük bir şəhərin sakinləri təcili təxliyə edilir