“Həbsxanalarda virusa yoluxma sırf oradakı vəziyyətin pis olması ilə yox, ümumi şəraitlə bağlı ola bilər” - NƏ BAŞ VERİR?
Gündəm / Siyasət
Oxunub: 172
30 Eyl 2021 | 23:18
“Həbsxanalarda virusa yoluxma sırf oradakı vəziyyətin pis olması ilə yox, ümumi şəraitlə bağlı ola bilər” - NƏ BAŞ VERİR?

capar.info : - Bu gün sabiq deputat, dələduzluğa görə məhkum olunan Rafael Cəbrayılov dünyasını dəyişib. Onun ölümü ilə bağlı təzadlı xəbərlər yayılır. İlk açıqlamada bildirildi ki, 62 yaşlı sabiq deputat Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib. Sonra isə qeyd edildi ki, sabiq deputat Yeni Klinikaya köçürülübmüş və ağır vəziyyətdə olduğundan, ona yardım etmək mümkün olmayıb və orada da dünyasını dəyişib.

Penitensiar Xidmətdən verilən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan Rafael Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınmışdı:

“Bundan sonra Rafael Cəbrayılovdan COVID-19 infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb.

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina edən 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən Rafael Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq, sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün “Yeni Klinika” xəstəxanasına yerləşdirilib.
Aparılan müalicə tədbirlərinə baxmayaraq, R.Cəbrayılov vəfat edib”.

Xatırladaq ki, bundan öncə Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev türmədə vəfat etmişdi. Həbs edilən digər iki icra başçısı – Mahir Quliyev və Vilyam Hacıyev isə ağır vəziyyətdədir. Koronavirus pandemiyası çox məşhurların vaxtsız vəfatına səbəb olub. Ona görə “içəridə” olan tanınmışların da bu bəladan vəfat etməsini anlamaq mümkündür. Ancaq bir müddət öncə Penitensiar Xidmət bütün məhbusların koronavirus əleyhinə peyvənd olunduğunu açıqlayıb, amma təcridxanada ölüm və yolxuma halları da qeydə alınır.

Məsələ ilə bağlı “Sherg.az”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin fikrincə, həbsxanalarda koronavirusla bağlı vəziyyət ciddi deyil, əksinə orada qorunma imkanları daha böyükdür. Çünki məhbuslar ətraf mühitdən təcrid olunublar, əlaqə imkanları isə yox səviyyəsindədir:

“Hansısa əlaqələr yaradılsa da, ciddi müayinələrdən keçirlər. Görüş baş tutduqda fiziki təmas olmur, adətən şüşə arxasında keçirilir. Həbsxanada olan hər hansı bir şəxs özünü pis hiss edərsə, dərhal həkim müayinəsindən keçir. Bildiyim qədər həbsxanalarda çalışan bütün şəxslər vaksinasiyadan keçiblər. Digər tərəfdən xəstəlikdən qorunmaq üçün lazım olan bütün tədbirlər görülür. Məsələn, sosial məsəfənin saxlanılması, dezinfeksiya vasitələrindən istifadə və s. Daimi olaraq həbsxanalara qoruyucu vasitələr gətirilir. Ancaq təcridxanalarda vəziyyət fərqlidir. Çünki orada fiziki təmas imkanı olur.

Digər bir məsələ budur ki, həbsxanada olan məhkumlar məhkəməyə gedirlər. Düzdür, çox vaxt onlayn sistemdən istifadə olunur.

Lakin elə məqam ola bilər ki, şahidlərin gəlməsi və canlı iştirakı vacib sayılır. Həbsxanalar da cəmiyyətin bir tərkib hissəsidir. Ona görə də məhbusların koronavirusa yoluxması mümkündür. Lakin cəzaçəkmə müəssisələrində COVİD-19-a yoluxma və ölüm halları daha aşağı faizi təşkil edir. Həbsxanalarda virusa yoluxma sırf oradakı vəziyyətin pis olması ilə yox, ümumi şəraitlə bağlı ola bilər”.
11-09-2021, 14:22
Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam veriləcəkmi? - VƏKİLDƏN AÇIQLAMA
19-08-2021, 11:44
Gürcüstanda son sutkada koronavirusdan 58 nəfər ölüb
7-01-2021, 10:02
“Neftçi”nin sabiq futbolçusu qəflətən vəfat etdi
22-12-2020, 13:57
Azərbaycanın xalq artisti dünyasını dəyişib
10-04-2020, 10:45
Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb
5-11-2018, 14:32
İbrahim Tatlisəsə soyadını verən sənətkar dünyasını dəyişib...
Dün, 15:30
Körpə yeməkdən sonra qusub öldü
Dün, 15:19
Bu peşələr demensiya riskini artırır
Dün, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Dün, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
Dün, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
Dün, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
Dün, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
Dün, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
Dün, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu