Dünya mətbuatı Azərbaycan Ordusunun Qələbəsini işıqlandırır - İsrafil Kərimovun yazısı
Gündəm / Siyasət / İqtisadiyyat / Müsahibə
Oxunub: 275
27 Eyl 2021 | 09:09
Dünya mətbuatı Azərbaycan Ordusunun Qələbəsini işıqlandırır - İsrafil Kərimovun yazısı

capar.info : - Sentyabr ayının 24–də Rusiya Federasiyasının nüfuzlu “Nasionalnaya oborona” jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalın baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko ilə müsahibəsi çap edilib. Bu müsahibə nəinki Pusiya, eləcə də dünyanın bir sıra ölkələrinin mətbuatında geniş şəkildə işıqlandırılıb, bütün aparıcı mətbuat orqanları Azərbaycan Liderinin müsahibəsindən mühüm məqamları ön səhifələrə çıxarıblar. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişinin, aparılan danışıqların, üçtərəfli Bəyanatın imzalanmasının detalları, azad olunmuş ərazilərdə quruculuq işləri barədə fikirləri rusiyalı və xarici ölkələrin rusdilli oxucularına təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya jurnalına verdiyi müsahibədə əsas tezislər bundan ibarətdir ki, Azərbaycan müharibədə çox böyük qələbə qazandı, işğalçını cəzalandırdı, işğalçı böyük itgilər verdi və yenə də əgər təxribat haqqında düşünərlərsə, Azərbaycan “Dəmir Yumruq” əməliyyatını dayandığı yerdən davam etdirməyə hazırdır.

Müsahibəsində cənab Prezidentin Ermənistana başqa ismarıcları da açıqladı. Bu da ondan ibarət idi ki, əsas şərtlərimiz bəllidir, sülh danışıqları başlamalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin müəyyənləşməsi istiqamətində danışıqlar başlamalı və Zəngəzur dəhlizi açılmalıdır. Hansı ki, bunlar edilməsə yenə də Ermənistanın vəziyyəti ağır olacaq, müharibə riski bölgədə yenə də artacaqdır.

Ölkə başçısı cənab İlham Əliyev müsahibəsində qeyd etmişdir ki, 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Ilk gün qazanılan uğurlardan sonra ordumuz yalnız irəli getdi. Müharibə günlərində qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz idi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilir, birgə qərarlar qəbul edilirdi.

Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdı. Önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gün oldu. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

Cənab Prezident müharibənin gedişində bir neçə uğurlu əməliyyatı xüsusi qeyr etdi. Düşmənin gözləmədiyi Hadrut əməliyyatı, daha sonra Cəbrayıl şəhərinin, oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır. Zəngilan şəhərinin alınması,

Qubadlının azad edilməsi və Laçın rayonunun cənubuna çıxmağımız da xüsusi qeyd edilməlidir. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatı idi. Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu.

Ölkə başçısı İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının qələbədəki rolunu xüsusi qeyd etmişdir. Bu aparatlar ilk olaraq 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq edildi. Daha sonra Azərbaycan İsraildə istehsal edilmiş “Sky Striker”, “Orbiter” PUA-ları da almışdır. Daha sonra Türkiyədən “Bayraktar TB2”lər alındı. Bu da döyüşlərdə ən geniş və uğurla istifadə edilən PUA-lar oldu və Erməni ordusunun kabusuna çevrildilər. 10 noyabr tarixində imzalanmış Bəyanat 44 günlük müharibəyə son qoyaraq Azərbaycanın Şanlı Qələbəsini rəsmiləşdirdi.

Prezident İlham Əliyev müsahibəsində bildirmişdir: “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev müsahibədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin münaqişənin həllində fəal rolunu yüksək qiymətləndirib. Azərbaycan Liderinin iki prezident arasında çox böyük etimada əsaslanan münasibətlərin olması barədə söylədiklərini gündəmə gətirən Rusiya KİV-ləri oxucularının diqqətini Prezident İlham Əliyevin “siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür” fikirlərinə cəlb edib.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
2-08-2021, 16:04
"Təxribatlar törədən Ermənistan destruktiv siyasətini davam etdirir" - Rusiyalı ekspert
3-05-2021, 10:15
Bu baxımdan ABŞ və İsrail Azərbaycanla müqayisə oluna bilməz - HƏRBİ EKSPERT
1-03-2021, 13:42
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
12-01-2021, 09:46
Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti bəyanat imzalayıblar
7-01-2021, 10:32
Prezident İlham Əliyevin Nizami Gəncəvi irsinin təbliği ilə bağlı təşəbbüsü bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir - Xorvatiyanın sabiq prezidenti
22-11-2018, 13:37
Prezident Türkmənistanda danışıqlardadır + YENİLƏNİB
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır