Paşinyan “futbol topu” olmaq istəmirsə, gerçək dialoqun yolu bəlli - GƏLİŞMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 138
22 Eyl 2021 | 10:01
Paşinyan “futbol topu” olmaq istəmirsə, gerçək dialoqun yolu bəlli - GƏLİŞMƏ

capar.info : - Ermənistan hökumətinin mətbuat katibi baş nazir Nikol Paşinyanın Türkiyə rəhbəri ilə yüksək səviyyəli görüşə hazır olduğunu bildirib. Ancaq aydındır ki, nə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, nə də Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanla görüş xətrinə görüşə razı olmayacaqlar. Ən azından bunu ötən 27-28 ilin acı təcrübəsi diktə edir.

Bu təcrübədən bəllidir ki, rəsmi İrəvan yüksək səviyyəli təmaslardan bir qayda olaraq, vaxt udmaq və özünün əsassız ambisiyalarını irəli aparmaq üçün istifadə edir. Hətta Türkiyə və Ermənistanın keçmiş prezidentləri - Abdullla Gül və Serj Sərkisyan arasında 2009-cu ildə baş tutmuş “futbol diplomatiyası”ndan da İrəvan qonşuluq münasibətlərini normallaşdırmaq üçün deyil, öz şərtlərini qardaş ölkəyə qəbul etdirmək, Azərbaycan torpaqlarının işğalını uzatmaq üçün faydalanmağa cəhd göstərmişdi.

Odur ki, məkrli ermənilərin bu qəbildən növbəti avantürasına rəvac verilməsi istisnadır və yüzdə yüz verilməyəcək də. Həm də o səbəbə ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə tam yeni geosiyasi reallıq formalaşıb; Azərbaycan artıq məğlub, diktə olunan tərəf yox, diktə edən qalib tərəf, həlledici söz sahibidir. Demək, bundan sonra xoş niyyətli olmayan erməni rəhbərlərini rahatca futbol topu kimi təpiklə vurub kənara atmaq olar.

Qoy, yaxşı-yaxşı düşünsünlər. Onsuz da zaman məğlub ölkənin əleyhinə işləyir. Yox, möcüzə baş versə, yəni Ərdoğanın tələb elədiyi kimi, Paşinyan yüksək səviyyəli görüşə konkret ilkin pozitiv addım atandan, tutaq ki, Zəngəzur dəhlizinin açılmasına razı olandan sonra gəlmək istəsə, yol açıqdır.

*****

Politoloq Elxan Şahinoğlu da Ərdoğanın görüş xətrinə Paşinyanla görüşməyəcəyinə əmindir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Minval.az-a açıqlamasında söyləyib.

“Ərdoğan o liderlərdən deyil ki, vaxtını və qüvvəsini boş yerə xərcləsin. Türkiyə prezidenti haqlıdır. Nikol Paşinyan onunla görüşmək istəyirsə, müəyyən addımlar atmalıdır. Əgər Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını dayandırmırsa, 10 noyabr üçtərəfli sazişinə zidd olaraq, Zəngəzur dəhlizinin açılmasına razı olmursa, bundan sonra necə görüş təklif edə bilər? Ərdoğan bununla həm də böyük bir dövlətin lideri olduğunu xatırladır. Yəni danışıqlar nəticə verməlidir. Paşinyan isə görüş görünüşünü yaratmağa çalışır ki, sonra desin: bax, mən Ərdoğanla görüşdüm” , - politoloq bildirib.

Analitik ardınca Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiasının əks olunduğunu xatırladıb: “Bundan başqa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. İrəvan bu məsələlərdə mövqeyini dəyişməyincə, belə bir görüş çətin ki, reallaşsın”.

Onun sözlərinə görə, ola bilsin ki, Paşinyan müəyyən addımlara getmək istəyir, lakin ona mane olan qüvvələr var. Bunlar erməni lobbisi və Rusiyadır: “Zəngəzur dəhlizinin açılmasına cavab olaraq Bakı və Ankara da müəyyən cavab addımları atacaq. Hansı addımları? Bu, ikinci dərəcəli məsələdir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, rəsmi Bakıdan da oxşar addım gözləmək olar. Məsələn, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyarsa, buna cavab olaraq biz də Zəngəzura heç bir ərazi iddiamızın olmadığını, yalnız nəqliyyat dəhlizində maraqlı olduğumuzu bəyan edə bilərik. Öz növbəsində Türkiyə o halda Ermənistanla sərhədi açacaq, diplomatik əlaqələrin qurulması yönündə addımlar atılacaq. Gündəliyə Ermənistanın regional layihələrdə iştirakı məsələsi də daxil ola bilər. Ən yaxşı halda Ermənistanın investisiyaları ilə bağlı məsələ qaldırıla bilər”.

Politoloq mümkün görüşlə bağlı bir mühüm detala da toxunub. Onun fikrincə, görüş Moskvada keçirilə bilməz: “Çünki o halda onun effektivliyinə ümid etmək olmaz. Görüş üçün ən yaxşı yer Tiflisdir. Üstəlik, Paşinyan Gürcüstanın vasitəçiliyi ilə Ərdoğanla görüş istəyib. Paşinyan Əliyevlə də görüşmək istəyirsə, rəsmi Tiflis yenə bu məsələdə vasitəçi ola bilər. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır və Tiflisin Ermənistanla yaxşı münasibətləri var. Üstəgəl, Rusiyadan fərqli olaraq Gürcüstan bölgədə sülhdə maraqlıdır”.

*****

Məsələyə Rusiyadan ekspert baxışı da maraqlıdır. Misal üçün, proseslərə obyektiv yanaşması ilə tanınan rusiyalı hərbi-siyasi analitik İqor Korotçenko hesab edir ki, Nikol Paşinyan etibarlı adam deyil: “Ondan nə desən, gözləmək olar. Paşinyan Türkiyəyə Rusiyaya qarşı blok yaratmaq da təklif edə bilər”.

Bu barədə o, telegram kanalında yazıb. “Demişəm, bir daha təkrarlayram: Paşinyan ilk fürsətdəcə Rusiyaya ”atacaq". Rusiya isə tamamilə praqmatik və milli yönlü bir xarici siyasət yürütməli, bunun da qayəsində yalnız Rusiyanın milli maraqları dayanmalıdır. Cürbəcür “kiçik qardaşlar” və “qardaş xristian xalqları” qoy meşə yolu getsinlər! Qoy hər şeyin də pulunu ödəsinlər, əks halda, Rusiya vətəndaşları hesabına onları doyurmaq yetər. Rusiyanın ondan dilənməyən, ona bərabər münasibətlər təklif edən özünə güvənli, özünü təmin edən tərəfdaşlara ehtiyacı var", - deyə ekspert qeyd edib.

Korotçenko Ermənistanı “bəsləməyin” mənasız olduğunu da yazıb: “Moskva kreditlə Ermənistana silah verməzdən əvvəl (əslində pulsuz, yəni havayı, çünki İrəvan sanki heç kimə borclu deyilmiş kimi bu kreditləri heç vaxt geri qaytarmayacaq) İrəvan öncə ABŞ-ın Ermənistandakı səfirliyinin sayını 100 nəfərə endirsin. Yoxsa ki, onlar orada təxminən 1500 nəfərdir, onun da 30 faizi MKİ-nın diplomatik örtüyü altında olan əməkdaşlarıdır”.

Azərbaycana gəlincə, analitik ölkəmizi etibarlı strateji tərəfdaşı sayır və bildirir ki, hazırda ən vacib məsələ Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə möhkəmlənməsi və inkişafıdır: “Azərbaycan həmişə beynəlmiləlçiliyi ilə məşhurdur və arxasında erməni lobbisinin durduğu təxribatçıların mövcud reallığı dəyişməsinə imkan verməməliyik. Azərbaycan Rusiyaya dost ölkədir. İki ölkə liderləri - Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı şəxsi münasibətlər strateji tərəfdaşlıq, qarşılıqlı mehribançılıq və bir-birinə hörmət münasibətləridir. Rusiya prezident Putinin müəyyənləşdirdiyi kimi, Azərbaycana münasibətdə biz dəqiq mövqe tuturuq və tutmalıyıq: biz Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Buradan çıxan nəticə odur ki, Qarabağ Azərbaycandır və başqa heç bir interpretasiya ola bilməz” - Kototçenko fikrini tamamlayıb.

*****

Beləliklə, müharibə sonrası sərt reallıqlar da, Bakı və Ankaranın kritik şərti və ən sərfəli barışıq təklifi də ortada. Paşinyanı həqiqətən də öz xalqının taleyi düşündürürsə və danışıqlarda “futbol topu” olmaq istəmirsə, onda son seçkilərdə öz xalqından aldığı mandatı əsas götürərək, yeganə doğru qərarını versin...
“Yeni Müsavat”
30-08-2021, 15:12
Türkiyə-Ermənistan münasibətləri normallaşır? - ŞƏRH
25-02-2021, 10:55
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
8-11-2020, 15:20
Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər
14-09-2020, 14:50
TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: “TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞU ƏBƏDİDİR”
6-11-2018, 17:02
Rəcəb Tayyib Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyaları dünya balansını pozur"
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir
21-04-2024, 15:00
Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT
21-04-2024, 14:58
Ən çox qumar oynayan BÜRCLƏR
21-04-2024, 14:55
İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü
21-04-2024, 14:52
13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı
21-04-2024, 14:51
Tayvanda güclü zəlzələ oldu
21-04-2024, 14:49
8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21-04-2024, 14:47
Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapıldı
21-04-2024, 14:45
Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA
19-04-2024, 14:28
İsrail İrana raket zərbəsi endirdi
19-04-2024, 14:20
Meksikada güclü zəlzələ