Bütün cəhdlərə baxmayaraq, Azərbaycan buğdaya olan tələbatı yerli istehsal hesabına - Təmin Edə Bilmir
Gündəm / Siyasət / Hadisə
Oxunub: 278
8 Eyl 2021 | 11:36
Bütün cəhdlərə baxmayaraq, Azərbaycan buğdaya olan tələbatı yerli istehsal hesabına - Təmin Edə Bilmir

capar.info : - Dünya bazarlarında buğdanın bahalaşması tendensiyası bu məhsula olan tələbatının əhəmiyyətli bir hissəsini idxal hesabına ödəyən Azərbaycanın da qlobal proseslərin təsirləri ilə üzləşməsini qacınılmaz edir. Belə ki, 2021-ci ilin yanvar ayından bəri buğdanın dünya bazar qiymətləri 240 dollardan 286 dollaradək artıb. Ötən həftənin sonu isə Rusiya buğdasının qiyməti daha da möhkəmlənərək, hər ton üçün 300 dollara ötüb.

Ərzaq balansı məlumatlarına əsasən, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır.

Azərbaycan ərzaq buğdası ilə özünütəmin etmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, başqa sözlə təlabatın təxminən 40-45 faizi idxal hesabına ödənir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr isə Rusiya, Qazaxıstan və Ukraynadır.

Ümumi mənzərə bundan ibarətdir ki, son illərdə subsidiyaların əhatəsinin genişləndirilməsi, bu sahədə şəffaflığın artırılması, digər stimullaşdırıcı addımlara baxmayaraq, ərzaq buğdasına olan tələbatı yerli istehsal hesabına təmin etmək mümkün olmur, ölkəmizin buğda üzrə idxaldan asılılığı yenə də davam etməkdədir. Belə ki, ölkənin torpaq resurslarının məhdudluğuna görə taxıl məhsulları istehsalı potensialı kifayət qədər deyil.

Hökumət tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün neçə illərdir ki, taxıl idxalçılarına müxtəlif güzəştlər və daxili bazarda qiymətlərə müdaxilə edir, buğda və un məmulatlarına tətbiq edilən ƏDV-nin ləğvi nəticəsində qiymətlərin qalxmasının ən azı 18 faiz qarşısı alınır. Nəticədə, beynəlxalq bazarlarda baş verən proseslərin daxili bazara kəskin təsirləri azaldılır.

Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarı ilə aidiyyatı dövlət orqanlarına ölkəmizdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılması barədə tapşırıqlar verilib. Həmin tapşırığın icrasına məsul olan qurumlar tərəfindən Dövlət Taxıl Fondunun fəaliyyətinin təkmilləşdirilməsi və daşıma xərclərinin optimallaşdırılması ilə bağlı təkliflər hazırlanıb və məqbul hesab edilib. Bununla yanaşı, yerli təsərrüfatlar tərəfindən istehsal olunan buğdanın keyfiyyət göstəricilərinə görə subsidiya verilməsi ilə bağlı təklif edilən mexanizmin əvəzinə Dövlət Taxıl Fondu tərəfindən yerli fermerlərin, xüsusilə də iri təsərrüfatların istehsal etdikləri buğdaya görə əlverişli tədarük qiymətlərinin tətbiq edilməsi və dövlət-özəl tərəfdaşlığı mexanizmləri hesabına ərzaqlıq buğda istehsalının artırılması tədbirlərinin görülməsi daha məqbul hesab edilir. Nəticə etibarı ilə bütün bu tədbirlər daxili bazarın etibarlı təminatına yönəlibdir.

Ancaq dövlətin bu qədər dəstək tədbirlərinin müqabilində, ortaya sual çıxır, niyə fermerlər və buğda tədarükü ilə məşğul olan sahibkarlar birgə koordinasilalı şəkildə daxili bazarın idxaldan asılılığının azaldılması istiqamətində çalışımır? Niyə Azərbaycan özünü yerli istehsal hesabına ödəyə bilmir?

Mütəxəssislərin fikrincə, bu, ilk növbədə təbii resurslarla bağlıdır. Azərbaycanın öz tələbatını ödəyəcək həcmdə buğda yetişdirmək üçün kifayət qədər ərazisi yoxdur. Məsələn, hazırda ölkədə orta hesabla 650 min ha sahədə buğda əkilir, məhsuladarlıq orta hesabla 31.4 sent./ha bərabərdir. Beləlilklə, ildə təqribən 2 milyon tona yaxın buğda istehsal olunur və hər il orta hesabla 1,3-1,4 milyon həcmində buğda idxalına ehtiyac yaranır.

Torpaq resursları kifayət qədər böyük olan Azərbaycanda taxıl əkini sahələrini genişləndirməklə buğda istehsalının həcmini artırmaq mümkündürmü? Bu barədə iqtisadçıların fikirləri necədir?

“Güzəran Sosial Araşdırmalar” İctimai Birliyinin sədri Qadir İbrahimlinin fikrincə, ölkənin yerli istehsal olan ərzaq buğdası ilə təmin edilməsi ərzaq təhlükəsizliyi ilə bağlı strateji hədəflərdən biridir. Bu sahəyə dövlətin xüsusi dəstək tədbirləri, o cümlədən subsidiyaların verilməsinə baxmayaraq, keyfiyyətli buğda yetişdirmək və daxili təlabatı təmin etmək mümkün olmur. Bunun əsas səbəblərindən biri taxıl əkini üçün torpaqların münbitliyinin az, eyni zamanda, Azərbaycanda istehsal edilən buğdanın böyük bir hissəsinin ərzaq üçün yararsız olmasıdır. Bu səbəbdən ölkə özünü taxılla tam təmin edə bilmir.

Q.İbrahimli hesab edir ki, taxıl bazarı liberal qaydalar əsasında nizamlanmalıdır: “Əslində daxili bazar qiymətlərinə dövlət tərəfindən əlavə müdaxilənin edilməsi də doğru yanaşma deyil və liberal bazarın qanunlarına ziddir. Dövlət azad, liberal qiymətlərin formalaşması üçün tənzimləmələr apara bilər, liberal bazarı dəstəkləməklə rəqabət şəraiti yaratmaq və inhisarçılığın qarşısının alınması ilə bağlı tənzimləmələr həyata keçirmək onun funksiyasıdır. Ancaq dövlətin azad bazar iqtisadiyyatı şəraitində birbaşa qiymətlərə müdaxiləsi düzgün hesab edilə bilməz, qiymətləri bazar özü müəyyənləşdirməlidir”.

Ekspertin qənaətincə, bazarda müəyyən qiymət artımı baş verirsə və bu, sosial həssas qrup əhaliyə mənfi təsir göstərirsə, təbii ki həmin qrup əhaliyə ünvanlı sosial yardım göstərilməlidir.

Hazırda buğda ilə bağlı qayğılar olsa da, hökumətin buğda təminatı ilə bağlı proqnozları da nikbindir. Ortamüddətli dövr üzrə daxili istehsal hesabına ölkəmizin buğda ilə özünütəminetmə səviyyəsinin 60-65 faizə qədər artacağı gözlənilir.

Azərbaycanın işğadan azad edilmiş əraziləri zəngin təbii sərvətlərə, iqtisadi resurslara, o cümlədən kənd təsərrüfatı təyinatlı münbit torpaqlara malikdir. 1990-cı ilə qədər Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 40 faizə yaxını Qarabağ iqtisadi rayonunun payına düşübdür. 250 min hektardan çox məhsuldar torpaqların böyük bir hissəsi taxılçılıq üçün istifadə edilirdi və həmin dövrə qədər ölkəmizdə taxıl istehsalının 14,3 faizi həmin ərazilərin payına düşmüşdür. Hazırda hökumətin həyata keçirdiyi bərpa, yenidənqurma işləri ilə bərabər, işğaldan azad edilmiş ərazilərimizin iqtisadiyyata reinteqrasiyası proseslərinə başlanılıb, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ənənəvi və müasir aqrar təsərrüfatların yaradılması işləri dayanmadan həyata keçirilməkdədir. Ermənistan vaxtilə qanunsuz olaraq həmin torpaqlarımızdan il ərzində təxminən 190 min tonadək taxıl toplayıbdır. Proqnozlara görə, hazırda hökumət tərəfindən həmin torpaqlarda kənd təsərrüfatı sahələrinin inkişafını stimullaşdıran siaysətin yürüdülməsi və təmin edilən dəstək tədbirləri, yaradılan əlverişli şərait yaxın illərdə kənd təsərrüfatında real artımın 9 faizi, o cümlədən ölkə üzrə buğda istehsalının 10-12 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əldə ediləcəkdir. //Marja.az//
17-08-2021, 13:46
Dünya taxıl qıtlığının astanasında: Azərbaycanı nə xilas edəcək? - AKTUAL
23-06-2021, 10:34
Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir - Vüsal Qasımlı
30-05-2020, 11:18
Azərbaycan bu il 435 ton ətir idxal edib
17-04-2020, 14:07
Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinin təminatına xüsusi önəm verir
18-01-2019, 16:32
Ötən il ölkəyə 240 min tonadək şəkər idxal edilib
6-01-2019, 14:33
2018-ci ildə Azərbaycan Türkiyədən müdafiə və aviasiya sənayeləri məhsullarının idxalını 86 faiz artırıb
Dün, 15:30
Körpə yeməkdən sonra qusub öldü
Dün, 15:19
Bu peşələr demensiya riskini artırır
Dün, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Dün, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
Dün, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
Dün, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
Dün, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
Dün, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
Dün, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu