Bilgəh “Qocalar Evi”ndə TƏHLÜKƏLİ MƏNZƏRƏ... - Ahıllar koronavirus TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ...
Gündəm / Sosial
Oxunub: 241
31 Ağu 2021 | 12:37
Bilgəh “Qocalar Evi”ndə TƏHLÜKƏLİ MƏNZƏRƏ... - Ahıllar koronavirus TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ...

capar.info: - El dili ilə “Qocalar Evi” kimi tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda baş verən haqsızlıqlar barədə saytımızda gedən silsilə yazılar az qala maraqlı bir serial kimi oxucular tərəfindən izlənilir. Bu məqaləni oxuculara bir şad xəbər verməklə başlayırıq: Pansionatın sakini, uzun müddət ən adi hüquqları uğrunda mübarizə aparmış 70 yaşlı Hüseynağa Nuriyev pansion direktoru Samirə Mehtiyevanın ona dəli damğası vurmağa çalışaraq Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası üzərindən saxta nevrasteniya diaqnozu ilə göndərdiyi Gəncədəki eyni profilli müəssisədən geri dönməyə nail olmuşdur. Əlbəttə ki, ilk növbədə Hüseynağa kişinin öz prinsipiallığının və onun problemini ictimailəşdirən KİV-in dəstəyi ilə.

Amma S.Mehtiyevanın hegemonluq etdiyi pansionda ədalətsizliklər hələ bitməyib. Əvvəla, haqsızlığa məruz qalan digər sakinlərin heç də hamısında Hüseynağa kişidə olan təpər yoxdur. Zatən Hüseynağa kişinin özünə geri qayıtması münasibətilə telefonla zəng edib gözaydınlığı verdiyimizdə də hiss elədik ki, yəqin basqı altında olduğundan daha “artıq-əskik” danışmaq istəmir, təəccüblü də olsa, ona göstərilən hazırki münasibətdən razılıq edir. Təki o dediyi kimi olsun. Digərlərini isə passivliyə görə qınamaq olmaz, çünki o yaşları deyil, o enerjiləri də qalmayıb ki mübarizə aparsınlar. Yəqin elə bu tendensiyanı müşahidə edən S.Mehtiyeva pansiona 70-dən aşağı yaşda adamların yerləşdirilməsini istəmir. Belə ki, bu günlərdə “Yeni İctimai Nəzarət” təşkilatı yaşı 60 civarında olan kasıb, kimsəsiz bir şəxsi sözügedən pansiona yerləşdirmək üçün S.Mehtiyevadan köməklik göstərməsini xahiş edib. Lakin pansion direktoru təşkilat nümayəndələrinə deyib ki, onun rəhbərlik etdiyi müəssisəyə yaşı 70-dən az olan şəxslər qəbul edilmir. Bunu hansı qanuna, qaydaya, təlimata istinadən dediyini bildirməyib. Aşkar görünür ki, o, qol qoyduğu qanunsuzluqlarla mübarizə aparmaq gücündə olan adamlardan uzaq durmağa çalışır, taqətsiz qocalarla işləməyə üstünlük verir.

Son vaxtlar koronavirusun üçüncü dalğasının başladığı müşahidə olunur. S.Mehtiyeva və əlaltılarının “qayçıladıqları” yemək payından doymayan sakinlər fürsət düşdükcə pansionu tərk etməyə, ətraf mağazalardan alış-veriş etməyə meyllidirlər və bu səbəbdən üz tutduqları kənar ünvanlarda Covid-19 virusuna yoluxurlar. Pansionun 5-ci mərtbəsində yataq xəstələrinin izolyasiyası üçün yer ayrılıb. Özlərinin gəzmək, öz pullarını (pensiyalarını) özləri xərcləmək iqtidarında olmayan belə sakinlərin bankomat kartlarını müdiriyyət əllərindən alıb özündə saxlayıb. İlk baxışda bu, təəccüblü görünməyə bilər. Amma etibarlı mənbədən bildirilir ki, kartlarından çıxarılan məbləğlərlə xəstələrə alınan ərzaq və digər malların qiyməti arasında böyük fərq var. Direktor ehtiyatlanıb ki, əgər xəstələr bir yerdə qalsalar, onlara baş çəkən hər hansı iqtidarlı şəxs, məsələn, Nazirlikdən göndərilmiş təftişçi, komissiya üzvü onlara bir-iki sual verməklə bu faktın üstüna aça bilər, xəstələrin də biri digərinin sözünü təsdiqləyər. Buna görə də 5-ci mərtəbədəki həmin izolyatoru təmir adı altında bağlatdıraraq xəstələri ayrı-ayrı otaqlara, yəni, sağlam sakinlərlə eyni otaqlara yerləşdirib ki, bu da yoluxucu xəstəliyin yayılmasına qəsdən şərait yaratmaq deməkdir. Direktorun rəvac verdiyi bu cinayət ucbatından, habelə lazımi dərman preparatları ilə təmin olunmamamaq səbəbindən ahıl sakinlərdən koronavirus xəstəsi Süleyman kişi bu yaxınlarda dünyasını dəyişib, onunla təmasda olmuş tibb bacısı Ziba və sanitar Bibixanım da yoluxublar.

Bildirilir ki, S.Mehtiyeva keçən ay məzuniyyətə çıxanda onun tapşırığına əsasən pansionun baş mühasibi Akif və direktorun rəfiqəsi Nurlana xəstə sakinlərin əllərindən alınmış plastik kartları daha pansionatın bayır tərəfindəki bankomata deyil, başqa ünvanlardakı bankomatlara daxil etməklə pul çıxarıblar və nağd şəkildə direktora verib istirahətə yola salıblar. Bu ehtiyat tədbiri də onun üçündür ki, iş bərkə düşərsə, ilk növbədə ən yaxınlıqdakı bankomatın qeydə aldığı video-görüntülər araşdırılacaq və kartlardan məhz kimin istifadə etdiyi aşkarlanacaq.

P.S. Aldığımız son məlumatlara görə pansionatda dünyasını dəyişən bir ahılın öldükdən sonra ağzında olan 10 ədəd qızıl dişini çıxardıblar. Faktı dəqiqləşdirə bilmədiyimizdən geniş yazmaq istəmədik. Jurnalist araşdırması aparıb növbəti sayımızda geniş məlumat verəcəyik.

Mövzuya qayıdacağıq.

Deryaz.az
26-01-2021, 12:34
Ölkə başçısının imzaladığı Sərəncamla Vətən müharibəsi əlilləri və şəhid ailələri 5 il ərzində mərhələlərlə mənzillə təmin olunması nəzərdə tutulub
30-05-2020, 11:02
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
18-04-2020, 20:28
"Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur"
17-04-2020, 14:50
Əmək müqavilələrinin sayı artır
7-04-2020, 19:38
Qərargah: Bəzi KİV xüsusi karantin rejimi qaydalarını pozaraq saxta vəsiqələr verir
7-01-2019, 15:05
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin veb-saytı yeni dizayn və domenlə istifadəyə verilib
Dün, 15:13
Artıq “Tiktok”da bir saatlıq videolar yüklənə biləcək
Dün, 15:10
Boşanmaya səbəb olan QADIN VƏRDİŞLƏRİ
Dün, 15:03
Xavi "Barselona"dan göndərildi: Qərar verildi
Dün, 15:00
Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır
Dün, 14:58
Gəncədə kişi qazdan boğulub öldü
Dün, 14:56
İlin ən çox qazanan futbolçusu bəlli oldu
Dün, 14:53
İlham Əliyev Lukaşenko ilə Şuşaya gedib
Dün, 14:49
Xiyar toxumlarını isladın - Məhsulunuz 30 faiz artacaq
Dün, 14:47
Bakıda 2 il əvvəl yoxa çıxan kişi TAPILDI
Dün, 14:46
Müğənnini sevgilisi döyüb öldürdü
Dün, 14:42
Kişi arvadının sevgilisinin qulağını dişlədi
16-05-2024, 21:26
Slovakiyanın baş nazirinə sui-qəsd: 2003-cü ildən bəri Avropada ilk HADİSƏDİR
16-05-2024, 21:25
Xarkov məscidinin imamı da döyüşdə həlak oldu
16-05-2024, 21:23
İsmayıllıda narkotik çəkən sürücü cərimələndi
16-05-2024, 21:18
“Qarabağ”ın qapıçısı Moskvanın bu komandasına keçə bilər
16-05-2024, 21:09
Səhnədə gənc müğənninin üst geyimi açıldı
16-05-2024, 21:03
Bu şəxslərin Qazaxıstana girişi QADAĞAN EDİLİR
16-05-2024, 20:57
MMA döyüşçüsü GÜLLƏLƏNDİ
16-05-2024, 20:48
Basketbol ulduzları Kim Kardaşyanın seksual kampaniyasına qoşuldular
16-05-2024, 20:43
Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı
16-05-2024, 20:39
SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız özünü binadan atdı
15-05-2024, 16:28
"Real" 37 il sonra rekordunu yenilədi
15-05-2024, 16:23
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
15-05-2024, 16:16
Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
15-05-2024, 16:14
Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
15-05-2024, 16:05
"Mançester Siti" "Tottenhem"ə QALİB GƏLDİ
15-05-2024, 16:01
"Real Madrid" Luka Modriçlə yollarını ayırır
15-05-2024, 15:57
Süd satan qadın xəyanət edən ərini öldürdü
15-05-2024, 15:46
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
15-05-2024, 15:44
"Torqovı"da ofisiantlar bıçaqlandı
14-05-2024, 19:40
Arkadi Qukasyanın həbs müddəti uzadıldı
14-05-2024, 19:37
Dünyanın ən çətin dilləri: İlk 5-lik
14-05-2024, 19:34
“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq
14-05-2024, 19:32
"Mançester Yunayted"dən getməyə hazırdır
14-05-2024, 19:26
"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD
14-05-2024, 19:22
Daha çox yaşamağa kömək edən QİDALAR
14-05-2024, 19:19
İtlərin stressdə olduğunu göstərən əlamətlər
14-05-2024, 19:15
Serxio Ramos tezliklə ABŞ klubuna keçə bilər
14-05-2024, 18:52
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı