"Azərbaycanın bu missiyasının qarşısını almaq mümkün deyil" - deputat
Gündəm / Siyasət / İqtisadiyyat
Oxunub: 289
20 Ağu 2021 | 10:15
"Azərbaycanın bu missiyasının qarşısını almaq mümkün deyil" - deputat

capar.info : - Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, “CNN Türk” kanalına müsahibənin ardınca dövlət başçısı Kəlbəcər və Laçından mühüm mesajlar verdi. Zaman etibarı ilə belə bir mövqenin sərgilənməsi hansı mətləbləri ehtiva edir?

- Bu iki mühüm hadisənin bir-biri ilə məntiqi bağlılığı var. “CNN Türk” kanalına müsahibəsində, Kəlbəcər və Laçından cənab Prezident tərəfindən verilmiş açıqlamalar region üçün taktiki inkişaf və gələcəkdə görüləcək işlər haqqında yol xəritəsi idi. Dövlət başçısının bu çıxışlarında bir sıra mühüm məsələlər yer alıb. Çünki son zamanlar ermənilər elə bir ab-hava yaratmağa çalışırdılar ki, guya Böyük Qayıdış planı hər hansı bir formada səngiyib, görülən işlər dayandırılıb, başqa məsələlər gündəmə gəlib, sərhədlərdə gərginlik var və.s. Eyni zamanda delimitasiya məsələlərinin müəyyən olunmasında ciddi problemlər yaranıb kimi provakativ gərgin bir fon yaratmağa çalışılırdı. Dövlət başçısının “CNN Türk”ə müsahibəsi Kəlbəcər və Laçına etdiyi tarixi səfərlər ermənilərin bu yanaşmalarını növbəti dəfə alt-üst etdi. Böyük Qayıdışın ardıcıllıqla, məntiqlə həyata keçirilməsi əyani şəkildə nümayiş olundu. Hər kəs azad olunmuş ərazilərdə tikilən su elektrik stansiyasını, elektrik xətlərini, yolları, tunelləri, heyvandarlığın, arıçılığın inkişafını, o ərazilərdə həyatın bərpasını əyani şəkildə gördü. Bunu yalnız Azərbaycan ictimaiyyəti deyil, bütün dünya seyr etdi. Azərbaycan sülh, əmin-amanlıq istiqamətində bütün lazım olan addımları atır mesajı hamıya çatdırıldı. Nümayiş olundu ki, Azərbaycanın bu missiyasının qarşısını almaq mümkün deyil.

- Beynəlxalq ictimaiyyətə ötürülən mesajın əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Bu yanaşmalarla beynəlxalq ictimaiyyətə çatdırıldı ki, Azərbaycan sülh yolundadır. Ölkəmiz sülh müqaviləsi bağlamağa hazırdır. Hazırda dövlətimiz öz sərhədlərinin delimitasiya və demarkasiya məsələlərini gündəmində saxlayıb. Azərbaycan azad etdiyi torpaqlarında yenidən həyatın bərpa olunması əsas məsələlərdəndir. Ölkəmiz eyni zamanda bütün qüvvələri də bu prosesdə iştiraka dəvət edir. Təbii ki, dostlar, dost kimi bu prosesdə iştirak edəcək. Düşmən qüvvələr isə prosesləri dərk etməyə dəvət olunur. Çünki bu məsələlərin başqa cür həll yolu yoxdur.

- Azərbaycanın siyasi güc müstəvisində sərgilədiyi mövqe hansı prizmalarda qəbul olunur?

- Sözsüz ki, dövlət başçısı tərəfindən müsahibələrdə, aparılan söhbətlərdə sərgilənən mövqe Azərbaycanın qüdrətinin göstəricisidir. 44 günlük müharibədə Azərbaycan hərbi güc sərgiləyib torpaqlarını işğaldan azad etmişdisə, bu gün də həmin ərazilərin bərpası, inkişafı ilə bağlı siyasi iradə nümayiş etdirir. Azərbaycanın bu məsələləri reallaşdırmağa hər cür imkanı çatır. Çünki bu məsələlərin bir-birinin ardınca reallaşması olduqca vacib idi.

- Ermənistan tərəfindən Azərbaycanı dostları, qonşuları, tərəfdaşları ilə üz-üzə qoymaq cəhdləri vardı. Məqsəd nə idi?

- Prezident bütün bunlarla bağlı da öz fikirlərini bildirdi. Qeyd olundu ki, Azərbaycanla Türkiyə qardaşlığı əbədidir. Gələcək nəsillər də bu əlaqələrin, qardaşlığın real nəticələrini gərəcək. Eyni zamanda Rusiya ilə əlaqələrin iki qonşu dövlət və daha sıx münasibətlər müstəvisində inkişafı dilə gətirildi. Həmçinin İranla da Azərbaycanın mehriban qonşuluq və dostluq əlaqələri inkişaf edir. Bu baxımdan belə məsələləri gündəmə gətirənlər bir daha yanıldılar.

- Moskvada üçtərəfli görüş baş tutdu. Ermənistanın sülh sazişinə qədər masada müzakirələri davam etdirəcəyi məntiqinə nə qədər inanmaq olar?

- Ermənilər nə qədər provakasiyalar, gərginlik yaratmağa çalışsalar da, Nikol Paşinyan nümayəndəsini Moskvaya üçtərəfli danışıqlara göndərdi. Çünki artıq onların başqa yolu yoxdur. Nə qədər sağa-sola, Avropaya, Amerikaya, Moskvaya, Avropa Birliyinə, Avropa Şurasına ağız açsalar da, onlar üçün heç bir işıq yolu görünmədi. Çünki reallıq elə bir situasiya yaradıb ki, masada oturub Azərbaycanla məsələləri həll etməkdən başqa seçim qalmayıb. Bunun başqa alternativi də yoxdur. Səbr, məntiq və dəmir iradə ilə qarşı tərəfə də cənab Prezident tərəfindən məhz bu mesajlar çatdırılmışdı.
22-06-2021, 10:51
Səməd Seyidov AŞPA-nı sərt tənqid etdi
3-03-2021, 17:50
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
2-03-2021, 10:25
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
18-11-2020, 10:35
Kəlbəcərə yol hansı istiqamətdən olacaq? - Təkliflər
17-11-2020, 10:33
Deputat: Türk əsgərinin Qarabağa gəlişi bizim üçün mühüm məsələdir
5-12-2018, 15:51
AŞPA-nın komitə iclasında Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülən işlərdən danışılıb
Dün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Dün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Dün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Dün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Dün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Dün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Dün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Dün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Dün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Dün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Dün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
3-05-2024, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
3-05-2024, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
3-05-2024, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
3-05-2024, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
2-05-2024, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı