Rusiya Qarabağda yavaş-yavaş əndazəni aşır - NƏ ETMƏLİ?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 189
19 Ağu 2021 | 08:24
Rusiya Qarabağda yavaş-yavaş əndazəni aşır - NƏ ETMƏLİ?

capar.info : - Rusiya-Azərbaycan münasibətlərində son günlər qarşılıqlı narazılıq müşahidə olunur. Rusiya Müdafiə Nazirliyinin məlumatlarında, xarici işlər naziri Sergey Lavrovun çıxışlarında Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdrilir.

Məsələn, avqustun 17-də S.Lavrov daşımaçılıqla məşğul olan Rusiya avtonəqliyyatçılarını Qarabağda aparılan infrastruktur, yol tikintisi işlərində iştirak etməyə çağırıb. Lavrov hansı tərəfin həyata keçirdiyi işlərdən söhbət getdiyi barədə dəqiqləşdirmə aparmayıb. Əgər Azərbaycanın apardığı tikintilərdən söhbət gedirsə, onda Rusiya şirkətlərini ora yalnız Azərbaycan özü dəvət edə bilər. Separatçıların Qarabağda hansısa layihələri nəzərdə tutulursa, onda bu da Azərbaycanın suverenlik hüquqlarının pozulmasıdır. Dünyanın quru hissəsinin üçdə birinə nəzarət edən Rusiyanın öz hüdudlarından kənardakı kiçik bir ərazi haqqında “böyük çağırış”da bulunması əlbəttə, Bakıya təzyiq elementlərindən biridir. Rusiya avtonəqliyyatçıları balaca bir yerdə nə qazana bilər ki?..

İki gün öncə Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilən video da diqqəti cəlb edir. Videoda Laçın dəhlizindəki postdan Ermənistana aid olduğu ehtimal edən hərbi yük avtomobilinin buraxılması göstərilir. Nazirliyin informasiya bülletenində “Dağlıq Qarabağın Laçın dəhlizi” ifadəsi işlədilir ki, bu da Azərbaycana qarşı hörmətsizliyin təzahürüdür. Rusiya MN burada qəsdən Azərbaycanın adını çəkmir, sözügedən dəhlizin məhz ayrıca subyekt kimi təqdim etdiyi “Dağlıq Qarabağ”a aid olduğunu nəzərə çatdırır.

Sülhməramlıların Qarabağ ermənilərinin bütün problemlərini həll etmək üçün çaba göstərməsi də ayrı tragikomediyadır. Göstərilən kadrlarda rus əsgərləri su problemləri olan ermənilərə su daşıyır, onlarla birgə qanvermə aksiyası təşkil edir, yeni yaşayış binaları tikir, uşaqları, yeniyetmələri müxtəlif hərbi oyunlara cəlb edir və s… Dünən isə sülhməramlılar növbəti döyüş hazırlığı təlimlərinə başlayıblar. Rusiya Müdafiə Nazirliyinin yaydığı kadrlarda hərbçilər müxtəlif hücum, müdafiə və digər döyüş tapşırıqlarını icra edirlər. Rusiyalı hərbçi İvan Zolotaryov “biz hardayıqsa, orda sülh var” deyir. Amma onun dediklərinin əksinə, bölgədə sülh yoxdur, atəşkəsin pozulması intensiv hala gəlib, Qarabağda, və sərhədlər boyunca hər gün güllə səsləri eşidilir.

Prezident İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz, bu məsələ 10 noyabr üçtərəfli Bəyanatına ziddir:

“Təəssüf ki, bugünə qədər bu, davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq nəticəsi olmadı, ona görə rəsmi qaydada bunu bildirdik. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlayıb. Bu, çox narahatedici bir məsələdir. Biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın”.

Yaranmış situasiyanı “Press Klub”a dəyərləndirən təhlükəsizlik ürə ekspert İlham İsmayıl bildirdi ki, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları bizə ciddi maneə olaraq qalır:

“Azərbaycan prezidentinin sərrast şəkildə ifadə etdiyi “Rusiya Azərbaycanın qonşusu və Ermənistanın müttəfiqidir” sözləri məsələnin mahiyyətini bütün dünya üçün bir daha sübut etdi ki, hakim rolunda çıxış edən qüvvə tərəf tutur və onun sülhməramlı adı ilə fəaliyyəti də birtərəflidir. Prezidentin sözləri qarşı tərəfə diplomatik, mədəni və ehtiyatla deyilmiş ciddi iraddır”.

İ. İsmayılın fikrincə, məhz bu cür tərəf tutmanın nəticəsidir ki, 10 noyabr Bəyanatının ən əhəmiyyətli maddələri yerinə yetirilmir. Söhbət ilk növbədə erməni silahlı birləşmələrinin çıxarılması maddəsindən gedir ki, bu, hələ də icra olunmur:

“Sergey Lavrov 28 iyunda BMT-nin qaçqınlarla iş üzrə ali komissarı ilə “Dağlıq Qarabağ qaçqınlarının qaytarılması” məsələsini müzakirə edir, amma yenə birtərəfli qaydada – erməni qaçqınlarının qayıdışı əsas xətt kimi aparılır”.

Ekspert hesab edir ki, Rusiyanı bu maddələrin yerinə yetirilməsinə vadar etmək lazımdır, çünki Rusiya heç vaxt öz xoşu ilə bu vacib məsələləri həll etməyəcək:

“Azərbaycan cəmiyyətini narahat edən məsələ Qarabağın hələ də işğalda qalan hissəsinin nə vaxt azad ediləcəyidir. Rusiya Xankəndinə Azərbaycanın nəzarət etməsini istəmir, buna mane olur. Yalnız Xankəndinə deyil, Laçın rayon mərkəzinə və Kəlbəcər istiqamətində olan Laçın rayonunun kəndlərinə də nəzarət edə bilmirik. Məğlub etdiyimiz ölkə heç vaxt bizim dövlət sərhədimizi tanımayacaq və sülh müqaviləsi imzalamayacaq. Biz düşmənin pozitiv addımını gözləsək, əsrlər keçəcək. Biz sərhədlərimizi özümüz müəyyən edib, orada mühəndis qurğuları yerləşdirməliyik”.

İ.İsmayıl hesab edir ki, ən əsas məsələ Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarəti bərpa etməkdir. Ekspert qeyd edir ki, bu məsələni daha çox qabartmalı, siyasi gündəmə gətirməliyik, nəinki Zəngəzur dəhlizini:

“Bizə heç öz ərazimizdə, konkret olaraq, Tərtər-Kəlbəcər, Ağdam-Şuşa yolu ilə hərəkət edə bilmirik, sülhməramlılar təhlükəsizliyimizi təmin etmirlər, o zaman Ermənistan ərazisində hərəkət etməyimizə Rusiya tezliklə şərait yardacaqmı? Hətta öz mənafeyi naminə bunu etsə belə, bizim Xankəndinə nəzarətimiz bərpa olunacaqmı? Xankəndinə nə qədər insanın, nə qədər texnikanın giriş-çıxış etməsini bilməyimiz, o yerlərdə nə qədər erməni yaşamasını dəqiq öyrənməyimiz hələ problemi həll edəcəyimizə şərait yaratmır. Problemin həlli o maşınların, insanların giriş-çıxışına birbaşa nəzarət etməkdən keçir ki, onun da həlli Laçın dəhlizi istiqamətindəki dövlət sərhədinə nəzarətimizlə bağlıdır”.

İlham İsmayıl deyir ki, postmüharibə dövrünün problemləri hər gün dərinləşir. Onun sözlərinə görə, bizim keçmiş Dağlıq Qarabağa nəzarətimiz olmadıqca, azad edilmiş torpaqlarda məskunlaşma da problem olaraq uzun müddət davam edəcək:

“Qarşımızda məğlub olmuş düşmən deyil, artıq onu silahlandıran və müdafiə edən müttəfiqi – Rusiya dayanıb. Narahatlığımız bundandır. Rusiya sürətlə Ermənistanı silahlandırır. Kimə qarşı? Təbii ki, Azərbaycana. Rusiya vaxt udmaq üçün çox bəhanələr gətirəcək. Yeri gələndə Talibanı, Dumaya seçkiləri, Zelenskinin ABŞ-a səfərini də bəhanə gətirib, bizim Xankəndinə nəzarətimizi illərlə yubadacaq və növbəti beşillik müddət Qarabağda qalmaq üçün qarantiya alacaq. Bu, tanıdığımız Rusiyadır”.
18-08-2021, 11:54
Rusiya Dağlıq Qarabağda pasport paylamağa hazırlaşır? - BU QƏRAR SAVAŞA SƏBƏB OLA BİLƏR...
19-05-2021, 09:56
Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib
6-05-2021, 13:33
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
23-10-2020, 10:26
Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır - AÇIQLAMA
10-10-2020, 10:43
Azərbaycan və Ermənistan arasında bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunur
1-10-2020, 10:19
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub
Bugün, 17:10
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü
Bugün, 17:05
Fələstinin yeni hökumətində erməni nazir
Bugün, 16:58
İsmayıl Tamoyev Bakı həbsxanasında öldü
Dün, 20:30
Hansı yazıçı daha çox kitab yazıb? 4000-ə yaxın roman
Dün, 20:17
Bakıda evdən meyit tapıldı
Dün, 20:13
Dünyada ən təhlükəli nəqliyyat növü budur
Dün, 20:11
Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
Dün, 20:09
Braziliyalı ulduzdan depressiya və intihar etirafı
Dün, 20:07
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
Dün, 20:03
"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq
Dün, 20:01
Qan damarlarının divarlarını məhv edən məhsullar
Dün, 19:56
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
Dün, 19:54
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
Dün, 19:52
Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır
Dün, 19:49
Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ
27-03-2024, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
27-03-2024, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
27-03-2024, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
27-03-2024, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
27-03-2024, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
27-03-2024, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
27-03-2024, 17:10
Abşeronda QƏZA: Ölən var
27-03-2024, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
27-03-2024, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
27-03-2024, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər