Bakı metrosunda daha bir yenilik - FOTO
Gündəm / Sosial
Oxunub: 223
12 Ağu 2021 | 14:36
Bakı metrosunda daha bir yenilik - FOTO

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsinə iki istiqamətdə - tunel yolunda və yerüstü sahədə başlanılıb.

capar.info Sonxeber.az-a istinadən xəbər verir ki, plana uyğun olaraq, stansiya ilə yanaşı, onun davamı olan bitişik tunel yolunun bir hissəsində metropoliten tarixində ilk dəfə ağac şpalları dəmir-beton bloklar əvəzləyəcək.

Təşkilati məsələlər sırasında mühüm əhəmiyyət kəsb edən vəzifələr həllini tapıb. Bu mənada avadanlıq, maşın və mexanizmlərin cəlb edilməsi ardıcıllığı, beton məhlulun verilməsi üsulu, aidiyyəti sahələrin iş rejimi də daxil olmaqla texnoloji proseslər, pandemiya şəraitinə uyğun normaların təmin edilməsi və s. məsələlər xüsusi yer tutub.

İlk əvvəl təmir aparılan yolun təmas xətti sökülüb, relslər çıxarılıb. Yol yatağının dağıdılmasının daha sürətli aparılması məqsədilə maşın və mexanizmlər cəlb edilib.

İlk işlərə məhz tunel sahəsində başlanılıb. Stansiya yolunda isə dəmir-beton blokların qurulması platformada yenidənqurma tədbirlərinin tərkib hissəsi olaraq davam etdiriləcək.

Yeni infrastrukturun yaradılmasına beton əsaslı özülün qoyulması ilə başlanacaq. Sonra müvafiq konstruksiya qurularaq dəmir-beton bloklar düzüləcək və betonlanma yerinə yetiriləcək. İşlər yolun yeni tipli üstquruluş elementlərinin texnoloji tələblərə uyğun yığılması ilə davam etdiriləcək.

Bir daha qeyd etmək yerinə düşər ki, ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsi metropoliten üçün mühüm əhəmiyyət kəsb edir.

Metropolitenin öz sahəsində istehsal edilən dəmir-beton bloklar material baxımından ölkə xaricindən asılılığın, həmçinin kapital axınının qarşısını almaqla yanaşı, iqtisadi səmərəyə və praktiki əhəmiyyətə malikdir.

Ağac şpallardan 3 dəfəyə yaxın uzunömürlü olan dəmir-beton blokların qulluğu sadə, qatarların rəvan və təhlükəsiz hərəkəti baxımından vacibdir.

İlk dəfə "Nərimanov" elektrik deposunda qatarların sınaq yolunda təməli qoyulmuş yenilik "Elmlər Akademiyası", "Xətai" stansiyalarında və "Cəfər Cabbarlı" stansiyasının bir yolunda tətbiq edilib.

Yeni tipli yol infrastrukturu yeni Bənövşəyi xətdə "Xocəsən deposu-Avtovağzal" və "Memar Əcəmi-8 Noyabr" mənzillərində, "8 Noyabr" stansiyası və dalan yollarında özünü təsdiq edib. "Cəfər Cabbarlı" stansiyasının birinci yolu və tunel hissəsində isə, ümumilikdə, 630 metrə yaxın sahəyə dəmir-beton blok qoyulacaq.

Yerüstü sahədə ("28 May" stansiyasının qarşısındakı meydança) görülən planlı tədbirlərə gəldikdə, "Cəfər Cabbarlı" stansiyasının konstruksiyalarının mühafizəsini gücləndirmək üçün izolyasiya təbəqəsi və kommunikasiya xətləri yenidən qurulur.

Bu xüsusda yağıntı sularının stansiyaya sızmasının qarşısı alınaraq, kənarlaşdırılması üçün drenaj sistemi də qurulur.

Bundan savayı, zamanla zədələnərək sıradan çıxmış döşəmə daşları ətraf ərazinin ümumi estetik görkəminə uyğun əvəzlənəcək.

Yerüstü sahədə işlər tamamlandıqdan sonra "Cəfər Cabbarlı" stansiyasının vestibülü və maili gedişinin təmirinə başlanılacaq.

Ümumən təmir-bərpa və yenidənqurma prosesi piyadaların, o cümlədən metropoliten sərnişinlərinin hərəkət təhlükəsizliyi tam təmin edilməklə təşkil olunub.

Bakı metrosunda daha bir yenilik - FOTO

Bakı metrosunda daha bir yenilik - FOTO

Bakı metrosunda daha bir yenilik - FOTO
8-07-2021, 10:41
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir
7-07-2021, 10:34
Zəfər Yolunun asfaltlanması işlərinə başlanılıb (FOTO)
11-04-2020, 12:37
Metronun “Xocəsən” deposuna aparan tunellərdə qazıntı tamamlanıb
17-01-2020, 13:38
Bu stansiya yay aylarında istifadəyə veriləcək
29-12-2018, 13:29
Gələn ilin ortalarında Bakıətrafı dəmir yolunda bir neçə stansiya istifadəyə veriləcək
20-12-2018, 13:32
Bakı-Quba yolunda TIR-ın aşması nəqliyyatın hərəkətini iflic etdi
Bugün, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
Bugün, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
Bugün, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
Bugün, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
Bugün, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
Bugün, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
Bugün, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
Bugün, 18:53
“Qarabağ”da yeni müqavilə
Bugün, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
Bugün, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
Dün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Dün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Dün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Dün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Dün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Dün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Dün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Dün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Dün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Dün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Dün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
3-05-2024, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
3-05-2024, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
3-05-2024, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
3-05-2024, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü