Sürücülərin ən böyük NARAZILIĞI: - "10 manata görə..."
Gündəm / Sosial
Oxunub: 179
4 Ağu 2021 | 16:17
Sürücülərin ən böyük NARAZILIĞI: - "10 manata görə..."

capar.info: - Son vaxtlar sürücülərin kütləvi narazılığına səbəb olan hallardan biri ödənilməmiş cəriməyə görə avtomobilin müvəqqəti saxlanma dayanacaqlarına aparılması halları ilə bağlıdır.

Belə ki, bəzən, az məbləğdə cəriməsi olan avtomobillərə məhkəmə tərəfindən həbs qoyulur və həmin nəqliyyat vasitəsi hərəkətdə olarkən saxlanılaraq cərimə meydançasına aparılır. Bu da əksər sürücülərdə narazılıq yaradır.

“Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev mövzu ilə əlaqədar Lent.az-a bildirib ki, avtomobilin cərimə meydançasına aparılması bir neçə halda baş verə bilər.

Onun sözlərinə görə, bununla bağlı sürücülərə əvvəlcədən məlumat verilməlidir:

“Ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə qərar olduqda şəxsin idarəetmədən kənarlaşdırılması qeyd edilib. Eyni zamanda, avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxsin qanunvericiliyin müddəalarına uyğun olaraq məlumatlandırılması təmin edilməlidir. Əksər hallarda vətəndaşlar onların elektron qaydada barələrində inzibati qərar qəbul edilməsindən xəbərdar olmurlar. Bu eyni zamanda ünvanda yanlışlıq olmasına görə də yaranır.

Qanunvericiliyin tələbinə görə məsuliyyətə cəlb edilməsindən xəbərsiz olan şəxsə elektron qərarların, sənədlərin surətinin verilməsi məqsədi ilə nəqliyyat vasitəsi dayandırılır. Sənədlər təqdim edildikdən sonra isə nəqliyyat vasitəsi dərhal sərbəst buraxılmalıdır.

Bundan başqa məsuliyyətə cəlb edilməsi barədə xəbərdar olan sürücü isə cəriməni yerində müvafiq sistem və kart vasitəsi ilə ödədiyi halda avtomobilin mühafizə olunan duracağa aparılmasına yol verilmir.

Həmçinin İnzibati Xətalar Məcəlləsinin tələbinə görə qanuni qüvvəyə minmiş qərarı 3 ay ərzində icra etməmə sürücülük hüququnun məhdudlaşdırılmasına da səbəb olur.

Hər iki müddəa ödənməmiş cəriməyə görə avtomobilin cərimə meydançasına aparılması və sürücülük hüququnun məhdudlaşdırılması prinsiplərinin olması hüququnun ümumi müddəasına ziddir. Hətta məcəllədə cərimənin ödənməsinin təxirə salınma müddəaları var”.

Hüquqşünas az miqdarda cərimələrə görə avtomobillərin duracağa yerləşdirilməsini isə qınayıb. O bildirib ki, bu kimi əməllər insanların qanun pozuntularına yol verməsinin qarşısını almaq üçün görülən maarifləndirmə işlərinə kölgə salır:

“Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha çox fayda verə bilər. Məsələn, 10-20 manatlıq cəriməyə görə avtomobilin saxlanılması, mühafizə olunan duracağa aparılması həm vətəndaşlara, həm də polisə əlavə iş yükündən və narahatlıq yaratmaqdan başqa bir şey deyil. Bu halda cərimə ödənməsi ilə bağlı məhdudlaşdırma tədbirlərinin miqdarı azı 500 manatdan çox təşkil etdikdə, vətəndaşın qərəzli olaraq cəriməni ödəmədiyi, inzibati xəta haqqında qərarı icra etmədiyi hallarında olması daha ağlabatandadır.

İnzibati tənbeh tətbiq etmək vətəndaşın incidilməsinə, narazılıq yaratmasına hesablanmamalıdır. Məqsəd eyni zamanda burda cəzalandırma, cərimə etmək yox, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək xarakteri almalıdır. Eyni zamanda inzibati tənbeh və cərimə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ancaq 10 manatlıq cəriməyə görə vətəndaşın maşınını mühafizə olunana duracağa aparılması inzibati tənbehin məqsədinə nail olmasına heç bir halda kömək etmir. Əksinə insanlarının qanuna hörmət ruhunda yaşamasına mane olur”.

Şamil Paşayevin sözlərinə görə, avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra sürücünün idarəyə çağırılması qanunsuzluqdur. Həmsöhbətimiz vətəndaşların hansı hallarda idarəyə gedə biləcəklərinə də aydınlıq gətirib:

“Cərimələrin ödətdirilməsi, ödənməmiş cərimələrə görə bir neçə yol polisi avtomaşının xidmətə cəlb edilməsi, xüsusi reydlər keçirilməsi isə tamamilə əsassızdır. Xüsusilə, paytaxt yol polisi idarəsində, Nərimanov və Nəsimi rayonlarında bu kimi hallar özünü daha qabarıq biruzə verir. Vətəndaşlara avtomaşın cərimə meydançasına yerləşdirildikdən sonra hansısa otaqlara yaxınlaşmaq və ya cərimə ödəmək üçün sistemlər təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.

Vətəndaş yalnız inzibati xətanın törədilməsi, hadisənin mövcudluğu, hadisədə iştirakının olmaması ilə bağlı qərarla razılaşmadığı məqamlar və inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməsi tələbi etdikdə vəzifəli şəxs tərəfindən inzibati binaya çağırıla bilər.

İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.

Nəzərə almaq lazımdır ki, İXM-nin prinsiplərində qeyd edilir ki, bu insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir”. //lent.az//
19-05-2021, 10:33
Yol polisindən rayona gedib-gələn sürücülərə MÜRACİƏT
16-04-2021, 11:01
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
23-02-2021, 12:30
Sürücülərın sürücülük vəsiqəsini özləri ilə daşımasına ehtiyac qalmayacaq
24-09-2020, 18:14
Bakıda yol polisləri şəxsi maşınlarla gizli cərimə yazır? - DYP-dən CAVAB
2-07-2020, 13:17
Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı - Prezident təsdiqlədi
27-05-2020, 12:16
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs...
Bugün, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
Bugün, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
Bugün, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
Bugün, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
Bugün, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
Bugün, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
Bugün, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
Bugün, 18:53
“Qarabağ”da yeni müqavilə
Bugün, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
Bugün, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
Dün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Dün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Dün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Dün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Dün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Dün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Dün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Dün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Dün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Dün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Dün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
3-05-2024, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
3-05-2024, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
3-05-2024, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
3-05-2024, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü