Sülhə doğru daha bir addım - “Top” İrəvandadır
Sülhə doğru daha bir addım - “Top” İrəvandadır
Tarix: Bu gün, 16:26 | Çap et
Azərbaycan mövcud yüklərin Ermənistana tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında deyib.
Dövlət başçısının sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
Bu addıma görə, Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevə təşəkkür edib. Paşinyan V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı deyib ki, İrəvan Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazırdır: "Biz bu gündən etibarən Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təkcə siyasi cəhətdən yox, həm də texniki cəhətdən təmin etməyə hazırıq".
Avropa İttifaqı (Aİ) da Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib ki, “Aİ Azərbaycan-Ermənistan sülh prosesində atılan son müsbət addımları, o cümlədən Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır”.
Onun sözlərinə görə, Aİ bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bütün bu cür təşəbbüsləri və əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır. Xüsusi nümayəndə Cenevrədə Azərbaycan və Ermənistan spikerləri arasında dünənki görüşü, eyni zamanda, İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti ekspertlərinin planlaşdırılan dəyirmi masa müzakirələri ruhlandırıcı hesab edir.
“Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması ilə bağlı növbəti Ermənistan- Türkiyə görüşünə elan edilmiş hazırlığı da eyni dərəcədə alqışlayırıq”, - Aİ rəsmisi qeyd edib.
Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, sülh prosesinin sürətlənməsi təqdir edilməlidir:
- Məlumdur ki, Ermənistandakı revanşist qüvvələr, müxaliflər aktivləşiblər. Orada daxili siyasi mübarizə getdikcə daha da kəskinləşməkdədir. Paşinyanı devirməyə çalışan revanşistlərin arqumentlərindən biri də odur ki, Azərbaycan yekun sülh sazişini imzalamayacaq. Belə əsaslandırırlar ki, hələ də Azərbaycanın Ermənistandan almaq istədikləri var və Bakının ağır şərtləri davam edəcək. Amma Azərbaycan Prezidentinin Qazaxıstanda verdiyi bəyanat, həqiqətən də yüklərin daşınmasına qoyulan məhdudiyyətin aradan qaldırılması erməni müxalifətinin ittihamının əsassız olduğunu göstərdi. Azərbaycan tərəfi avqustun 8-də Vaşinqtonda imzalanan sənəddən, sazişin paraflanmasından sonra dəfələrlə bəyan edib ki, artıq iki ölkə arasında sülh mühiti mövcuddur. Rəsmi Bakı atdığı addımlarla sübut edir ki, bu sadəcə bəyanatlar deyil, real nəticələr var. Ermənistanın bu gün ehtiyacı olan buğdanı Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana daşınmasına şəraitin yaradılması həm də siyasi anlamda kommunikasiyanın açılması, blokadanın aradan qaldırılması deməkdir. Bu, praktiki nəticədir. Belə bir addımın atılması təkcə Ermənistan cəmiyyətində deyil, beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qəbul olunur. Paşinyan da bu faktı gözardı edə bilməzdi. Bu baxımdan, Paşinyanın təşəkküründə qeyri-adi nəsə yoxdur.
- Sizə elə gəlmirmi ki, bu addımlarla Azərbaycan həm də Paşinyanın hakimiyyətdə qalmasına yardımçı olur?
- Dediyim kimi, erməni müxalifətinin, revanşistlərin Paşinyan hakimiyyətinə qarşı arqumentlərini rəsmi Bakı addımları ilə mənasızlaşdırır. Erməni cəmiyyəti də görür ki, müxalifətin, revanşistlərin dedikləri həqiqət deyil. Yəni Azərbaycanın niyyəti Ermənistanı işğal etmək yox, ədalətli sülhə nail olmaq, bölgənin inkişafına töhfə verməkdir. Bu, həqiqətən də belədir. Çünki Azərbaycan sülh səylərində və istəklərində səmimidir. Zahirən görünə bilər ki, Bakının atdığı addımlar Paşinyan hökumətinə köməkdir. Burada müəyyən qədər həqiqət payı da var. Amma əsas məsələ Azərbaycanın sülhü imitasiya etməməsidir ki, atılan addımlar da buna hesablanıb. Təbii ki, Azərbaycan istəyir Ermənistanda sülhü istəyən qüvvələr hakimiyyətdə olsun.
- Paşinyan Tiflisdəki çıxışında artıq sülh sazişinin imzalanmasının da vacibliyini qeyd edib. Məlumdur ki, rəsmi Bakının İrəvan qarşısında şərti var – Ermənistan Konstitusiyasında dəyişiklik, hansı ki, şərt hələlik yerinə yetirilməyib. Belə olan halda, sülh sazişinin imzalanması mümkündürmü?
- Şərtlərdən biri ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə müraciət idi ki, bu şərt yerinə yetirildi. Artıq Minsk Qrupu tarixin arxivinə göndərildi. Ermənistan Konstitusiyasının dəyişdirilməsinə gəlincə, bunun üçün İrəvan referendumun keçiriləcəyini bildirir. Bunun üçün Ermənistanda islahatlar komissiyası da yaradılıb. Amma referendumun 2027-ci ildə keçiriləcəyi söyləntiləri var ki, İrəvan tezliklə sülh istəyirsə, bu, uzun müddətdir. İnanmıram ki, şərti yerinə yetirilmədən Bakı yekun sazişə imza atsın. Sülh istiqamətində atılan addımlarla Bakı əslində şərti qəbul olunandan dərhal sonra sülh sazişini imzalayacağı mesajını verir. Başqa bir sadə yolu da var – Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsini Ermənistan Parlamenti həyata keçirə bilər. Parlamentdə səs çoxluğuna malik olan Paşinyanın rəhbəri olduğu “Mülki Müqavilə” Partiyasının fraksiyası bu dəyişikliyi qəbul edə bilər. Hər halda, Paşinyan bunu bilməmiş deyil. Ola bilsin ki, Paşinyan bu addımı atsın. Bütün hallarda, “top” İrəvandadır. Gələn ilin iyununda keçiriləcək parlament seçkilərini və ondan sonra keçiriləcək referendumu İrəvan gözləmək istəmirsə, yekun sülh sazişini tezliklə istəyirsə, o zaman parlament tərəfindən addım atıla bilər. Rəsmi Bakı şərtlərinin yerinə yetirildiyi təqdirdə yekun sülh sazişinin imzalanmasında problem görmür və bunu açıq şəkildə bildirib. Paşinyan anlamalıdır ki, sülh sazişinin imzalanması, kommunikasiyaların tamamilə açılması onun gələn ilin yayında keçiriləcək seçkilərdə qələbəsini də təmin edə bilər. Çünki 44 günlük müharibədən sonra erməni xalqı Paşinyana ona görə səs verdi, hakimiyyətdə saxladı ki, məğlub Baş nazir sülh vəd etdi. Ona görə də, sülh sazişi Paşinyana daha çox lazımdır. Yenə də deyirəm, “top” İrəvandadır.
18-09-2024, 14:44
Ermənistan Azərbaycan qazını almağa hazırdır - PAŞİNYAN
15-04-2024, 10:22
Tokayev İrəvana səfər edib
12-10-2022, 20:38
İlham Əliyev və Vladimir Putin Astanada Azərbaycan və Ermənistan münasibətlərini müzakirə edəcəklər
31-03-2022, 16:19
"Ermənistanın baş naziri ilə görüşəcəm" - İlham Əliyev"Ermənistanın baş naziri ilə görüşəcəm" - İlham Əliyev"Ermənistanın baş naziri ilə görüşəcəm" - İlham Əliyev
25-01-2022, 10:23
Paşinyan İlham Əliyevin Ermənistana qarşı bəyanatlarını əsaslandırdı... - Ermənistan KİV
4-10-2020, 10:28
Prezident İlham Əliyev Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinə məktub ünvanlayıb
11-11-2025, 19:41
Azərbaycan millisinin üzvü barədə cinayət işi açıldı
11-11-2025, 19:36
Uşaq inkişaf mərkəzində YANĞIN
11-11-2025, 19:33
Qadın yolda yatdı, “ayıq sürücü" pulunu oğurladı - Bakıda ŞOK
11-11-2025, 19:29
Jurnalist Ərdoğana sui-qəsd ittihamı ilə saxlanıldı
11-11-2025, 19:24
Lamin Yamal İspaniya millisindən uzaqlaşdırıldı
11-11-2025, 19:15
Rüşvət alan polis zabiti həbs olundu
11-11-2025, 19:13
Növbəti 2 həftədə qar kimi ağ şans zolağına çıxacaq BÜRCLƏR
11-11-2025, 18:57
9 gün əvvəl anası ilə birgə itkin düşən uşağın meyiti tapıldı
11-11-2025, 18:48
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq"
10-11-2025, 14:04
Addımsayar proqramına görə İŞDƏN QOVULDU
10-11-2025, 13:58
"Araz" marketdə YANĞIN
10-11-2025, 13:56
Şahbuzda kişi arı sancmasından öldü
10-11-2025, 13:44
Bakıda gənc qız restoranda müştərini qarət etdi
10-11-2025, 13:40
37 minlik dələduzluq edən TUTULDU
10-11-2025, 13:38
Zərdabda 19 gün əvvəl qəzada yaralanan qadın Bakıda öldü
10-11-2025, 13:33
Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI
8-11-2025, 18:22
Ərdoğan Azərbaycana gəldi
8-11-2025, 18:20
"Bayraktar Akıncı" PUA-sı Bakı SƏMASINDA
8-11-2025, 18:17
71 yaşlı qadın 102 yaşlı anasını öldürdü: "Baxmaqdan yorulmuşdum"
8-11-2025, 18:14
Arda Gülər "Real"ın ən yaxşı futbolçusu seçildi
8-11-2025, 18:01
ABŞ polisi Türkiyə vətəndaşını öldürdü
8-11-2025, 17:52
Soyuducuda süd saxlamaq üçün ən yaxşı yer haradadır?
8-11-2025, 17:41
Siyəzəndə yeniyetmə itkin düşdü - FOTO
8-11-2025, 17:34
"Qarabağ" - "Neftçi" oyunu üçün bütün biletlər satıldı
8-11-2025, 17:30
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar ediblər
7-11-2025, 19:18
Gürcüstanda azərbaycanlı kriminal avtoritet qətl sifariş etdi və..
7-11-2025, 19:09
Ronaldo Bekhemdən daha yaraşıqlı olduğuna əmindir
7-11-2025, 19:01
Bakıda 16 yaşlı qızı ərə vermək istədilər - Polis toyu dağıtdı 0 0
7-11-2025, 18:43
288 nömrəli tam orta məktəbdə Zəfər tədbiri
7-11-2025, 18:24
Bu ölkədə pis əhval-ruhiyyədə olan insanlar cəzalandırılır
7-11-2025, 18:21
Niyə aşpazlar dənli bitkiləri bişirməzdən əvvəl suya yağ əlavə edirlər?
7-11-2025, 16:14
Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
7-11-2025, 16:09
At hamilə qadını öldürdü
7-11-2025, 15:58
Rüşvət alıb saxta rəy verən ekspertin MƏHKƏMƏSİ BAŞLAYIR
3-11-2025, 20:51
Bakıda silsilə cinayət törədən saxlanıldı
3-11-2025, 20:49
Sumqayıtda köşkdə meyit tapıldı
3-11-2025, 20:45
Küçədə qovaladığı qadını öldürüb intihar etdi
3-11-2025, 20:42
Aktrisa ad günündə vəfat etdi
3-11-2025, 20:39
"Barselona" Harri Keyni transfer etmək istəyir