Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
Gündəm
Oxunub: 159
16 Nis 2024 | 09:51
Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Hörmətli Mehriban Əliyevaya
surəti: Azərbaycan Respublikasının Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədova
surəti: Azərbaycan Respublikasının Baş naziri
cənab Əli Əsədova
surəti: Azərbaycan Respublikası Milli Məclisinin sədri hörmətli Sahibə Qafarovaya
surəti: Azərbaycan Respublikası Milli Məclisinin sədri hörmətli Sahibə Qafarovaya
surəti: Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini hörmətli Sahib Ələkbərova
surəti: Azərbaycan Respublikasının Energetika naziri cənab Pərviz Şahbazova
surəti: AzərEnerji ASC-nin prezidenti cənab
Balababa Rzayevə
surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman hörmətli Səbinə Əliyevaya
surəti: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Bahar Muradovaya
surəti: Həmkarlar İttifaqları Konfederasiyasına
surəti: Təbibin direktoru Vüqar Qurbanova

“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin texniki istehsalat şöbəsinin aparıcı mütəxəssisi, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev-27/69B, mənzil 24-də yaşayan Cavadova Jalə Əli qızı

Cənab Prezident, Ali Baş Komandan Möhtərəm İlham Əliyev şikayətim Azərişıq ASC-dəki məmur özbaşınalığındandır. Bildirirəm ki, bu qurumda Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə “barmaqarası” baxılır, Ölkə Qanunlarına məhəl qoyulmur. Mən 1 il 4 aydır ki, “Azərişıq” ASC-dəki özbaşınalıqları rəsmi qaydada və media üzərindən Möhtərəm Cənab Prezidentə, Hörmətli Mehriban Xanım Əliyevaya duyurmağa çalışıram
https://hurriyyet.az/az/post/azerisiq-emekdasindan-sok-aciqlamalar--asc-daxilinde-bas-veren-qanunsuzluqlarla-bagli-olke-rehberliyine-muraciet-414414

Barışıq adı ilə həyat yoldaşımı işə qəbul etdilər, 17 ildən sonra 100 cə manat maaş artımı ilə, vəzifəmi artırıb məni aparıcı mütəxəssis keçirib ayrıca otaqla təmin etdikdən sonra yenə işləməyə imkan verməyib, gizlincə oyunlar qurdular.
Mən yenidən Cənab Prezidentin göstərişlərinə məhəl qoymayan özbaşına məmurların qanunsuzluqlarını, iyrənc özbaşınalıqlar barədə Cənab Prezidentə məlumat verməyə davam etdiyim üçün məni bütün işlərdən uzaqlaşdırdılar. Mən iş yerində təqib və təzyiqə məruz qaldım. Deyilənlərə görə Vüqar Əhmədovun tələbə yoldaşı olan 199 çağrı xidmətinin rəisi Zabil Quliyev adlı özbaşına məmurcuq özünü nəzarət idarəsinin rəisi kimi təqdim edərək nahar fasiləsi zamanı, ixtiyarı çatmadığı halda məni yoxlamaq adı ilə kabinetimə girib, otağı dağıdıb, zor tətbiq edərək, mobil telefonumu əlimdən aldığı üçün 102-yə zəng etdim. Hadisədən xəbər tutan media nümayəndələri saat 17:00 dan sonra otağıma gəldilər. Onlara müsahibə verən zaman “Azərişıq” ASC-nin hüquq idarəsinin rəisi Arif Ləzimzadə də Sumqayıt rəislərini yığıb iş otağıma gəldi. Məni təhqir etdi: - “tərbiyəsiz !
Səni buradan it kimi sürütdədərəm, kimə istəyirsən, hara istəyirsən şikayət et”,-dedi
https://www.youtube.com/watch?v=RwBhKk_qguE).
Cənab Prezidetimiz İlham Əliyev məmurları yüksək vəzifəyə təyin edərkən onların qarşısında qoyduğu bir nömrəli öhdəlik xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlarla sadə davranmaqdır. Arif Ləzimzadəyə kim ixtiyar verib ki, işçini, bir qadını, ananı təhqir etsin?!
“Azərişıq” ASC-nin hüquq idarəsinin rəisi Arif Ləzimzadə məni təhqir etməklə öz tərbiyəsizliyini nümayiş etdirməklə yanaşı Cənab Prezidentə, Onun göstərişlərinə qarşı çıxmasını açıqca nümayiş etdirmişdir. O, bütün Azərbaycan qadınlarını, analarını təhqir etmiş kimi cəzalanmalıydı.

Lakin “Azərişıq” sədri Vüqar Əhmədov bu özbaşınalığa da göz yumur. Vüqar Əhmədov rəhbər olaraq Cənab Prezidentimizə sədaqətli fəaliyyəti ilə hər kəsə nümunə olaraq, Cənab Prezidentin köməkçisi-xalası oğlu Anar Ələkbərovun, atası Sahib Ələkbərovun başını uca tutmalı idi !
Mən Arif Ləzimzadəni qınamıram. Atalar deyib ki,:-“ axsaq atın kor nalbəndi olar”!
Arif Ləzimzadənin rəis olduğu hüquq idarəsi, İnsan resursları derpartamentinə tabedir. Bu idarənin də rəisi Sakit Baxışov “cənabları”dır. Həmən Sakit Baxışov ki, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentinin lisenziya nəzarəti və qeydiyyatı sektorunun müdiri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə, mütəşəkkil dəstə ilə rüşvət alma, təkrar rüşvətalma, külli miqdarda rüşvətalmaya görə Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilmişdir. 14.000 işçinin çalışdığı Azərişıq ASC kimi bir qurumun insan resursları departamentinə Sakit Baxışov kimisinin rəhbərlik etməsini mən rəzalət sayıram. Məgər Ölkə üzrə bir kadr tapılmadımı ki, 14.000 işçisi olan qurumun insan resursları keçmiş məhkuma həvalə edildi ?!
Prezident İlham Əliyev Cənabları Vüqar Əhmədovu “Azərişıq” ASC-yə sədr təyin edərkən, “Barmek” şirkətini sərt tənqid edərək demişdi: “Barmek” şirkəti Azərbaycanın enerji təsərrüfatını tamamilə sıradan çıxarmış, bu sistemi bərbad vəziyyətə salıb, ölkədən milyonlarla pul aparıb”.
“Barmek”in keçmiş baş menecer işləyərkən Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmənin hökmü ilə həbs edilən Çingiz İbadovu Vüqar Əhmədov “Azərişıq” ASC-nin Enerji Alış İdarəsinin rəis müavini təyin etmişdi. Məhz mən bunları ifşa etdikdən sonra Vüqar Əhmədov Çingiz İbadovu həmin vəzifədən azad edib, (əmək haqqı saxlanılmaqla) Azərişığın Tədris idarəsinə rəis müavini təyin etməklə kimin gözündən pərdə asmağa çalışır ?! İndi keçmiş məhkum 67 yaşlı pensiyaner Çingiz İbadov, digər keçmiş məhkum pensiyaner Sakit Baxışov (Azərişığın insan resursları departamentinin rəisi) və prokurorluq orqanlarından xaric edilən Vüqar Əhməovun müşaviri Xalid Təhməzov kimiləri attestasiya komissiyasına təmsil olunaraq işçilər haqqında rəy, qərar verirlər. Bu çox utanvericidir.
Barmek vaxtı eyni əməllərə görə həbs edilən Mahir Novruzov da hazırda Azərişıqda işləyir.
https://az.trend.az/azerbaijan/society/969089.html
Prokurorluq orqanlarından xaric edilən Xalid Təhməzov müşavir təyin edilib.
https://azertag.az/xeber/prokurorluq_orqanlarinda_qanun_pozuntularina_yol_veren_emekdaslar_barede_en_ciddi_tedbirler_gorulur-330629
Zənimcə Sakit Baxışov, Çingiz İbadov, Mahir Novruzov, Mehman Mehdiyev kimiləri nəinki “Azərişıq”da hətta heç bir dövlət orqanında rəhbər vəzifədə işləməsi yolverilməzdir! Dövlət əmlakını talama, rüşvətlama maddələri ilə ittiham etməni Dövlətə, Prezidetə xəyanət sayıram. Xəyanət isə bağışlanmır !
Sumqayıt RETSİ-yə energetikadan anlayışı olamayan ixtisasca hüquqşünas olan Həbib Əzizov kimisi rəhbərlik etdiyi üçün 3 ay ərzində Sumqayıtda misli görünməmiş faciə yaşandı. 3 nəfər gərginliyə düşdü. Onlardan biri 2010-cu il təvəllüdlü Aslan Zaur oğlu Əliyev yeniyetmənin qolu kəsilib yarımcan olub. Digər 2-si faciəvi şəkildə vəfat etdilər. Hər 2-si həftənin şənbə günü işə çıxarılan Sumqayıt Elektrik Şəbəkəsinin əməkdaşları idi.
Heç bir qoruyucu avadanlıq olmadan, ev xidmətinin işçilərini hava xidmətində işə çıxarıb. Yüksək gərginlikli hava xəttinin birinin açıq, digərinin qoşulu qalması səbəbindən 1985-ci il təvəllüdlü Nicat İbadət oğlu Mehbalıyev, 1968-ci il təvəllüdlü Mahir Daşdı oğlu Mirəliyev adlı işçilər həyatlarını itirdilər. Bu birbaşa rəhbər şəxslərin günahı üzündən baş verib.
Azərişıq ASC-də özbaşınalıqlar bitmək, tükənmək bilmir. Cənab Prezidentin imzaladığı qanunlara məhəl qoyulmur. Belə ki, 01 oktyabr 2023-cü il tarixindən qüvvəyə minən qanun qeydiyyatı olmayan evlərə, tikililərə elektrik enerjisi verilişini qadağan edir. Lakin, əlimdəki faktlara görə, həmin abonentlərə 170 manat cərimə yazıb, daha sonra evlərə kod açıb sayğac qoyurlar. Sual olunur nə üçün, maddi marağınız nədir ? Nə üçün Cənab Prezidentin imzaladığı qanuna məhəl qoyulmur ?! Onlara bu ixtiyarı kim verir ?!
Minlərlə koddan birini ifşa edirəm:
kod: 502530900000451
Əliyev Tural Gülağa oğlu
15.01.2024
NDM 034021
Bu özbaşınalıq barədə məlumat verməyimə baxmayaraq, heç bir orqan Azərişıq barəsində heç bir cəza tədbiri görülməmişdir.
Azərişıq bu ifşalardan sonra məni susdurmağa çalışdı. Tədrisdə aparıcı mütəxəssis işləyən 70 yaşlı təqaüdçü Venera Əsgərovanı vasitəçi kimi yanıma göndərdilər. “Hörmətli” Venera xanım hüquq departamentinin rəisi Arif Ləzimzadənin vəkili qismində çıxış etdi. Həyat yoldaşımın işlə təmin edildiyini, aparıcı mütəxsəssis vəzifəsinə keçirilməyimi mənə xatırladaraq, bu qanunsuzluqları niyə ifşa etdiyimi deyərək məni təhdid etdi. Venera xanıma səslənirəm : "mənim həyat yoldaşım ali təhsilli cavan kadrdır, Qubadlı rayon məcburi köçkünüdür, sənin kimi 70 yaşlı pensiyaner deyil. Məhz sən və sənin kimi təqaüdçülərin ucbatından bu gün minlərlə ali təhsilli gənclərimiz, qazilərimiz, şəhid ailələri işsiz qalıb.
Sakit Baxışov, Mahir Novruzov, məhkəmədə Cənab Fərhad Əliyevin “üzünə duran” Çingiz İbadov kimilərindən fərqli olaraq dövlət əmlakını talama, rüşvətalma, vəzifə səlahiyyətlərini aşma maddələri ilə həbs edilməyib".

Cənab Prezident bunlar ailə terroruna keçiblər......!
Cənab Prezident həyat yoldaşım balans şöbəsində işlədiyi müddət ərzindən bu günə kimi artıq 4 cü dəfədir ki, qeyri iş günləri şənbə, bazar, bayram günləri işə çıxdıqları üçün Respublika üzrə balans şöbəsinin bütün işçilərinə 370 manat məbləğində, bəzi işçilərinə maaşı qədər mükafat vurulur. Mənimlə prinsip apardıqlarına görə təkcə mənim yoldaşımın haqqını yeyərək, qərəzli şəkildə 4 cü dəfədir mükafatını vurmurlar. Mənim balalarımın haqqını yeyirlər.

Mən qanunsuzluqları və özbaşınalıqları ifşa etdiyim üçün mənim haqqımda şər -böhtan dan ibarət iftira dolu Təqdimat yazdılar. Allahdan qorxmayan H.Əzizov o təqdimatda yazdığınız şər- böhtandan birini sübut edin, mən özüm kişi qızı kimi ərizəmi yazıb işdən çıxacağıma söz verirəm. Sizin kimi " söz" yox, Əli müəllimin qızı kimi Söz verirəm !

Oyunlar davam edir. Bu dəfə də dövlət idarəsində küçə söyüşləri söyən və heç bir cəza almayan katibə Ş. Məmmədova ilə birləşib mənə oyunlar quran E. Alıyevi Bakıya keçirib, onun yerinə istismar üzrə yeni rəis müavini təyin edilən İmdad Əhmədov sifarişi davam etdi. O da 25 yanvar 2024 cü il tarixində təqdim olundu, 26 yanvar məni kabinetinə çağırıb üzümə duraraq, nəzakət qaydalarını aşaraq, qışqırıb şərləməyə başladı.
https://youtube.com/watch?v=mnZ8MWwM4Fg&si=TpUckCC2XkJBvW77

Vüqar müəllim, "Toplananların yerini dəyişdikdə cəm dəyişmir"!

Bu hadisədən sonra H.Əzizovla, İ.Əhmədovun göstərişi ilə 01.04.2024 il tarixində, mən blütendə olduğum müddətdə, mənə məlumat vermədən iş otağımın açarını qıraraq, şəxsi əşyalarımı və iş ləvazimatlarımı yağmalamışlar. Bu "kişiyə", "rəhbərə" yaraşan bir hərəkətdirmi? Ayıb olsun sizə ki bir qadın işçinin otağına oğru kimi daxil olmusuz, yağmalamısız. Bəlkə qadının otağında elə bir əşya varki sizin onu görməyiniz ayıbdır. Sizin evdə qadınlarınız, qızlarınız yoxdurmu? Bu özbaşınalığın adı acizlikdir, zəiflikdir!
Dövlətin idarəsindəki dövlətin otaqlarından şəxsi malikanəniz kimi istifadə edirsiniz. Mən dövlətin otağından dövlətin qoyduğu qanunlarla işimi işləmək üçün istifadə etmişəm, sizin kimi iş otaqlarınızda.....
İş vaxtı bitəndən sonra da, otağı idarədə qoyub gəlmişəm, evdə uşaqlarıma otaq yedizdirmirəm mən.

Bu nə bitməyən prinsip? Nə etmişəm mən? Sizin kimi qanunsuzluqlar, özbaşınalıqlar eləməmişəm ki... Mən 17 illik iş fəaliyyətimdə haqqlarımı tapdaladığınız üçün, haqqımı tələb edərək ölkənin yiyəsinə səsimi duyurmağa çalışaraq Prezidentə şikayət ərizəsi yazdığım üçün mənimlə 1 il yarımdır namərdcəsinə prinsip aparırsınız, tülkü kimi oyunlar qurub, şər -böhtanla işdən çıxartmaq istəyirsiniz. "Vəzifənizə", "pulunuza", "adamlarınıza" arxalanan "gücünüzü" bir qadının çörəyinə bais olmaqda göstərməyin, gedin səngərdə vuruşaraq düşmənə göstərin...
Allahdan qorxun. Hər duamda hamınızı, Allahıma həvalə edirəm. İlahi Ədalət bir gün təcəlli edəcək.

Mənim övladlarım azyaşlı olduqları üçün, xəstələnəndə üzrlü səbəbə görə işdən qalmağa məcbur oluram. Azərişıq rəhbərliyi, İlham Əliyev Cənablarının göstərişlərini rəhbər tutaraq qurumdakı özbaşınalıqlara son qoymaq yerinə, işin-gücün atıb bütün var qüvvəsini mənə qarşı səfərbər edərək mənim xəstəlik vərəqələrimi araşdırırlar. Hətta həkimlərə təzyiq göstərirlər ki, xəstə olduğumuz halda mənə xəstəlik vərəqəsi verilməsin.
Azərişıq ASC nin sifarişi ilə Sumqayıt Səhiyyəsinin müdir müavini Arzu Bəndəliyeva baş həkimlər olan vatsap qrupuna səs atıb ki Jalə Cavadova ya blüten açılmasın ( səs yazısı var)
Mənim oğlum Ömər Cavadlı xəstə olduğu halda 5 saylı uşaq xəstəxanasında blüteni yarımçıq saxlayıb, uzatmayıb, maliyyə sənədini mənə geri təhvil vermişlər. Hansı haqla xəstə uşağın blütenini uzatmır, yaxud blüten açılmır? Uşağın, yaxud mənim xəstəliyimizə dair məsuliyyəti daşıyırsınızmı Arzu xanım? Məgər yalandan blüten açılır? Təbib , Səhiyyə nə vaxtdan Azərişığa tabe olub, sifarişlə ölkə qanunlarını, bir vətəndaşın konstitusiya hüquqlarını pozur?

Cənab Prezidentin göstərişləri əsasında bütün qurumlarda əmək haqları artırılır. Azərişıq işçiləri sonuncu dəfə əmək haqqı artımını xatırlamaz haldadır. Azərişığın baş ofisi və Bakıdakı idarələri ilə Sumqayıt arasında kəskin maaş fərqləri var. Sumqayıtı, rayonları saya salan yoxdur. Hər şey Bakı üçün !
Bütün əhali vahid qiymətlərin olduğu Bravo, Araz, BazarStore, Oba, Ordubad, Almarket kimi mağazalar şəbəkəsindən alış-veriş edirsə nə üçün Bakı ilə Sumqayıt və rayonlar arasında, rəhbərlər, rəislər və işçilər arasında kəskin maaş fərqəri olmalıdır ? Bizlərdən fərqli olaraq Bakıdakılara və öz adamlarına yüksək maaşdan əlavə mükafat, paket yazılır, biz 500-600 manat maaşla sürünürük. Rəhbərlərin, rəislərin aylıq və gündəlik gəlirləri araşdırılsın.
Deyilənlərə görə keçmiş İqtisadiyyat nazirliyində V.Əhmədovun katibəsi işləmiş Leyla Sadıqova (təqaüdçü anası da Həvva Tahirova kadrların rəisidir) Azərişıqda protokol xidmətinin rəisi təyin edilib. Xahiş edirəm onun əmək haqqısı ilə digər işçilərin maaşları arasındakı fərqə baxsınlar. Maraqlı bir sual ortaya çıxır ? Nə üçün, nə səbəbə ?!
Pensiyaneri qeyd edərkən mən əvəzolunmayan yaşlı peşəkar energetiklərimizi nəzərdə tutmuram.
Sumqayıt RETSİ-nin aparıcı mütəxəssisi Əyyar Qasımovun (75 yaşı var), T.İ.Ş - nin mühəndisi G. İsmayılova və sairə...(68 yaşı var) Azərişıq ASC işə yaramaz pensiyanerləri “bəsləməklə” Cənab Prezidentin gənclər siyasətinə beləmi “dəstək” verir ?!

"30" illik həsrətə son qoyaraq, dəmir yumruğu sayəsində 44 günə tarixə adını qızıl hərflərlə yazdıran Azərbaycanın Fatehi, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənabları, ümidim göydə Allaha, yerdə Sizə və Mehriban Xanımadır.
Azərişıq ASC-dəki məmur özbaşınalığını ciddi nəzarətə götürüb, günahkarları cəzalandıracağınıza, bir qadına, bir anaya edilən zülmə səssiz qalmayacağınıza inanıram.
Əvvəlcədən minnətdarlığımı bildirirəm


İMZA : Cavadova Jalə Əli qızı

077 217-79-72
077 721-21-41
8-11-2020, 11:13
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin BƏYANATI
25-08-2020, 16:09
Ombudsman bu hallarda istefaya göndərilə bilər - SİYAHI
27-06-2020, 21:34
Milli Məclisinin növbədənkənar Iclasının gündəliyi
23-06-2020, 22:43
Milli Məclisinin iyunun 25-də keçiriləcək növbədənkənar iclasının gündəliyi
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
20-12-2018, 13:25
Prezident sərəncam imzaladı
Bugün, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
Bugün, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
Bugün, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
Bugün, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
Bugün, 21:21
“Barselona”ya qayıtmaq istəyir
Bugün, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
Bugün, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
Bugün, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
Bugün, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı