Ata-ananın məhv etdiyi gələcək – Nələrə diqqət etməli?
Gündəm / Hadisə
Oxunub: 97
13 Ekm 2022 | 11:27
Ata-ananın məhv etdiyi gələcək – Nələrə diqqət etməli?
Cəmiyyətimizdə valideyn və övlad arasında ən çox yaşanan anlaşılmazlıqlardan biri də uşaqların səhv istiqamətləndirilməsi ilə bağlıdır.

Atalar, analar uşaqlarını istədiyi ixtisasa, peşəyə yönəldir və övlad uğursuz olur. Bu isə həmin uşağın yalnız o sahədə uğursuz olduğu anlamına gəlir.

Mütləq ki, onun hər kəsdən fərqli bacarığı, istedadı var. Hətta bəzən bu istedad sözün əsl mənasında batır.
Bəs, valideynlər uşaqlarının istedadlarını necə kəşf etsinlər? Çox istedadlı uşaqları nə ilə fərqlənir?

Bu barədə capar.info psixoloq Fəridə Şərifova danışıb.

Onun sözlərinə görə, çox istedadlı uşaqlar və ya gənclər öz maraq sahələrində yaşıdlarından, ətraflarından və özləri ilə eyni təcrübəyə malik olanlardan daha yüksək bacarıq nümayiş etdirirlər:

“Bu uşaqlar daha çox intellektual, yaradıcılıq və incəsənət sahələrində üstün performans göstərirlər. Eyni zamanda liderlik sahəsində də tez-tez rast gəlinməyən və ya bəzən xüsusi akademik sahələrdə önə çıxan istedadlara da sahib ola bilərlər. Buna görə də, onların məktəb proqramından kənar xidmətlərə, dərnək və fəaliyyətlərə ehtiyacları vardır. Xüsusi istedadlı uşaq böyütmək, onlarla yaşamaq valideynlər və müəllimlər üçün həm çətin, həm də həyəcanlı olur. Çünki bu uşaqlar daima axtarışda olur, dərin və irəli düşüncəli sualları, kəşf etmə, öyrənmə istəyi bitmir. Onların bu ehtiyaclarını qarşılamaq həm çətin, bir o qədər də önəmlidir”.

Bəs bu uşaqları necə ayırd edə bilərik?

Psixoloq qeyd edir ki, xüsusi istedadlı uşaqlar tez yeriyir:

“Çox istedadlı uşaqlar hələ körpəlik vaxtından inkişaf etaplarında özünü göstərməyə başlayır. Adətən bu uşaqlar tez yeriyir, tez danışır, tualet vərdişlərinə tez yiyələnir, düşüncə, anlama, qavrama baxımından yaşıdlarını üstələyirlər. Təlim qabiliyyətləri, zehni bacarıqları sürətli olur, yaddaşları yaxşı, söz balansı çox olur. Belə uşaqlar çox mükəmməlliyətçi olur, məğlubiyyəti qəbul etməkdə çətinlik çəkirlər. Hər işdə öndə olmaq istəyirlər. Problemlərə xüsusi yanaşmaları olur və maraqlı həll yolları tapa bilirlər”.

Belə uşaqlara ailəsi necə dəstək olmalıdır?

Fəridə xanım deyir ki, bu cür uşaqlara dəstək onları dinləməkdən başlayır:

“İlk növbədə valideynlər yaxşı dinləyici olmalıdırlar, Çünki bu xüsusiyyəti olan uşaqların “daim işləyən beyinləri” olur və gün ərzində çoxlu məlumat toplayırlar. Analiz və sintez edərək topladıqları bu məlumatları valideynləri ilə bölüşmək istəyirlər. Valideynlər övladlarını dinləməklə daha çox hadisələri əlaqələndirmək, çatışmayan məqamları tamamlamaq, qaranlıq qalan nüansları aydınlaşdırmaq imkanı yaradırlar”.

Çox istedadlı uşaqların suallarını cavablandırmaq heç də asan olmur...

“Valideynlər uşaqların marağının qarşılanması baxımından diqqətli olmalıdırlar. Bəzən belə uşaqların maraqlandığı suallara cavab vermək asan olmur. Lakin bu hallarda valideynlər uşağa kəskin reaksiya vermək, məhəl qoymamaq və ya yola vermək əvəzinə, onların öyrənmə ehtiyaclarını ödəmək üçün başqa həll yolları tapmalıdırlar. Məsələn, məlumat əldə etmək üçün kitablardan, ensiklopediyalardan və aid olan mütəxəssislərdən yararlana bilərlər”.

Əsas diqqət olunmalı məqam isə sosial-emosinal inkişafdı.

“Ən diqqət edilməli bir nüansdan bəhs edəcəyəm. Üstün istedada malik uşaqların çox vaxt inkişaf xüsusiyyətləri asinxrondur. Yəni paralel getmir. Çox vaxt zehni inkişaf sosial və emosional inkişafdan öndədir. Ona görə belə uşaqlar ünsiyyət qurarkən, dost çevrəsi qazanmaqda, emosiyalarını, duyğularını ifadə və idarə etməkdə çətinliklər yaşaya bilirlər. Bu baxımda ailə zamanında övladına dəstək olmalı, sosial-emosinal inkişafa xüsusi diqqət yetirməlidir”.

Psixoloqun sözlərinə görə, istedadlı uşaqların valideynləri daha məsuliyyətli olmalıdırlar:

“Üstün zəka və istedada malik uşaqların valideynləri mütləq bu potensialı ortaya qoya bilmək üçün uşağa şərait yaratmalıdırlar. İstər təhsili baxımından, istər dərsdən kənar məşğuliyyətlər, istərsə də, düzgün bir daxili planlama və nizam-intizamın yardılması baxımından. Çünki öz üstün zəkasını, istedadını davranışları və bacarıqları ilə ortaya qoya bilmirsə, təqdim edə bilmirsə, bir müddət sonra “paslanacaq”dır. Ola bilər ki onların içində bir cövhər yatır, amma bundan heç kimin xəbəri olmadıqdan sonra o öz dəyərini itirəcəkdir. Odur ki, üstün istedadlı uşaqların valideynlərinin məsuliyyəti ikiqat daha çox və ağırdır. Amma bu yolu düzgün addımlaya bilənlər üçün nəticə möhtəşəmdir”.
2-05-2022, 09:55
Narkoman uşaqla normal uşağın eyni yerdə reabilitasiyası mümkün deyil - Kəmalə Ağazadə
26-04-2022, 15:21
Uşaqlar arasında yayılan TƏHLÜKƏLİ virusla bağlı YENİ XƏBƏR
1-11-2021, 10:41
Pulsuz təhsilin “yediyi” böyük pullar - Hər şagirdə nə qədər vəsait xərclənir?
21-10-2021, 15:45
Bağçalarda, məktəblərdə yayılan virus nədir? - Həkimdən açıqlama
10-01-2019, 12:51
3 aylıq övladından danışdı: "Evləndirməyə qıymaram"
2-01-2019, 12:23
Balıq yemək uşaqlarda intellektin artmasına səbəb olur
Dün, 21:26
Slovakiyanın baş nazirinə sui-qəsd: 2003-cü ildən bəri Avropada ilk HADİSƏDİR
Dün, 21:25
Xarkov məscidinin imamı da döyüşdə həlak oldu
Dün, 21:23
İsmayıllıda narkotik çəkən sürücü cərimələndi
Dün, 21:18
“Qarabağ”ın qapıçısı Moskvanın bu komandasına keçə bilər
Dün, 21:09
Səhnədə gənc müğənninin üst geyimi açıldı
Dün, 21:03
Bu şəxslərin Qazaxıstana girişi QADAĞAN EDİLİR
Dün, 20:57
MMA döyüşçüsü GÜLLƏLƏNDİ
Dün, 20:48
Basketbol ulduzları Kim Kardaşyanın seksual kampaniyasına qoşuldular
Dün, 20:43
Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı
Dün, 20:39
SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız özünü binadan atdı
15-05-2024, 16:28
"Real" 37 il sonra rekordunu yenilədi
15-05-2024, 16:23
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
15-05-2024, 16:16
Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
15-05-2024, 16:14
Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
15-05-2024, 16:05
"Mançester Siti" "Tottenhem"ə QALİB GƏLDİ
15-05-2024, 16:01
"Real Madrid" Luka Modriçlə yollarını ayırır
15-05-2024, 15:57
Süd satan qadın xəyanət edən ərini öldürdü
15-05-2024, 15:46
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
15-05-2024, 15:44
"Torqovı"da ofisiantlar bıçaqlandı
14-05-2024, 19:40
Arkadi Qukasyanın həbs müddəti uzadıldı
14-05-2024, 19:37
Dünyanın ən çətin dilləri: İlk 5-lik
14-05-2024, 19:34
“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq
14-05-2024, 19:32
"Mançester Yunayted"dən getməyə hazırdır
14-05-2024, 19:26
"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD
14-05-2024, 19:22
Daha çox yaşamağa kömək edən QİDALAR
14-05-2024, 19:19
İtlərin stressdə olduğunu göstərən əlamətlər
14-05-2024, 19:15
Serxio Ramos tezliklə ABŞ klubuna keçə bilər
14-05-2024, 18:52
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
13-05-2024, 16:44
“Bozbash Pictures”in Şirini “Şirin” serialı ilə gəlir
13-05-2024, 16:42
Dieqo Simeone La Liqanın rekordçusu oldu
13-05-2024, 16:38
Mbappenin "Real"dakı maaşı bəlli oldu
13-05-2024, 16:32
Rusiyada güclü zəlzələ
13-05-2024, 16:24
İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVAB
13-05-2024, 16:19
Bakıda boğazını kəsən 37 yaşlı kişi öldü
13-05-2024, 16:15
Məşhur dənizkənarı istirahət yeri ən təhlükəli ZONA SEÇİLDİ
13-05-2024, 16:12
Coratda 10 aylıq uşaq yatdığı yerdə boğuldu
13-05-2024, 16:10
Xiyar bitkisinin kifdən təmizlənməsi ÜSULLARI
13-05-2024, 16:03
Dörd bürc üçün möcüzələr və sevinc həftəsi başladı
12-05-2024, 20:52
Daşqınlar nəticəsində 311 nəfər öldü