Ermənistanın hərbi itkilərinin dəyəri nə qədərdir? - İİTKM açıqladı
Dünya
Oxunub: 171
2 Ara 2020 | 12:29
Ermənistanın hərbi itkilərinin dəyəri nə qədərdir? - İİTKM açıqladı İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun Ermənistanın məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə ssenarisi əsasında ən azı 3,8 milyard dollar dəyərindədir.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Museyibov deyib.
Onun sözlərinə görə, 44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah- sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub:
"Məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. Belə silahlara örnək olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, "Elbrus” raket kompleksləri xüsusi qeyd olunmalıdır.
2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları kimi təsdiq olunub. Ancaq, Ermənistan cəmi 44 gün ərzində 1 il ərzində hərbi istiqamətdə əlavə olunacaq dəyərdən 5,3 dəfə çox hərbi ziyana uğrayıb. Bu baxımdan, hərbi xərcləmələr üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə hərbi infrastrukturu bərpa etməyə təxminən 38 il vaxt lazım olduğunu göstərir.
İkinci Qarabağ müharibəsində itirdiyi hərbi texnikasının dəyəri Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan "Avropada Konvensional Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də kobudcasına pozduğunu və limitdən artıq silah və hərbi texnikaya malik olduğunu da aydınlaşdırdı. Cəmi 716 milyon ABŞ dolları həcmində hərbi büdcəyə malik olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla izah olunmur. Belə ki, 2,32 milyard ABŞ dolları həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək üçün yetərli deyildir. Bu isə bir daha ötən 30 il ərzində Ermənistanın qanunsuz formada və əvəzi ödənilmədən silahlandırılması faktına diqqət çəkir. Təsadüfi deyildir ki, əvəzi ödənilmədən Ermənistana verilən hərbi texnika və vasitələr sonradan bu ölkənin sərvətlərinin üçüncü tərəflərə güzəştə gedilməsinə də səbəb olub. Belə ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarında da qeyd olunduğu kimi "dalanda dirənmiş” bu ölkə enerji, nəqliyyat, logistik və kritik infrastrukturunun fəaliyyəti üzrə üçüncü ölkələrdən tamami ilə asılı vəziyyətə düşüb.
A.Museyibov bildirib ki, müharibənin elə ilk günündən etibarən "Hayastan” və digər fondlar vasitəsi ilə Ermənistan üçün "humanitar yardım” toplanması da Ermənistanın resurs müharibəsindəki zəifliyinə nümunədir:
"Bu, həm Ermənistanın Azərbaycanla müharibə aparma potensialının olmamasını, həmçinin adi şərtlər altında bu ölkənin heç bir müstəqil iqtisadi və hərbi gücə malik olmadığını göstərir. Cari il üzrə 7 faizlik geriləmə proqnozuna malik, hərbi məğlubiyyətə uğrayan, ciddi ərzaq təhlükəsizliyi problemi, demoqrafik böhran yaşayan, pandemiyanın tüğyan etdiyi və hazırda davam edən siyasi böhran Ermənistan üçün yaxşı gələcək vəd etmir. 200 milyon ABŞ dolları civarında yığılan "humanitar fond”, müxtəlif ölkələrin maddi yardımları da, erməni fikir adamlarının təbirincə desək, "tarixinin ən fəlakətli günlərindən biri”ni yaşayan ölkə üçün kifayət etməyəcəkdir. Yalnız Azərbaycan və onun müttəfiqi Türkiyə ilə normal münasibətlərin qurulması "məğlub ölkə” sindromundan hələ uzun illər əziyyət çəkəcək Ermənistan üçün yeganə çıxış yoludur".
30-10-2020, 10:34
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
28-10-2020, 11:48
Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib
27-10-2020, 10:49
Düşmənin məhv edilən hərbi təxnikaları - SİYAHI
16-10-2020, 10:02
Ordumuz düşmənin bu hərbi texnikalarını məhv etdi - SİYAHI
7-10-2020, 12:05
Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikalarının siyahısını yaydı
2-10-2020, 15:47
Ermənistanın 4 gündəki hərbi itkilərinin həcmi AÇIQLANDI
17-05-2024, 15:13
Artıq “Tiktok”da bir saatlıq videolar yüklənə biləcək
17-05-2024, 15:10
Boşanmaya səbəb olan QADIN VƏRDİŞLƏRİ
17-05-2024, 15:03
Xavi "Barselona"dan göndərildi: Qərar verildi
17-05-2024, 15:00
Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır
17-05-2024, 14:58
Gəncədə kişi qazdan boğulub öldü
17-05-2024, 14:56
İlin ən çox qazanan futbolçusu bəlli oldu
17-05-2024, 14:53
İlham Əliyev Lukaşenko ilə Şuşaya gedib
17-05-2024, 14:49
Xiyar toxumlarını isladın - Məhsulunuz 30 faiz artacaq
17-05-2024, 14:47
Bakıda 2 il əvvəl yoxa çıxan kişi TAPILDI
17-05-2024, 14:46
Müğənnini sevgilisi döyüb öldürdü
17-05-2024, 14:42
Kişi arvadının sevgilisinin qulağını dişlədi
16-05-2024, 21:26
Slovakiyanın baş nazirinə sui-qəsd: 2003-cü ildən bəri Avropada ilk HADİSƏDİR
16-05-2024, 21:25
Xarkov məscidinin imamı da döyüşdə həlak oldu
16-05-2024, 21:23
İsmayıllıda narkotik çəkən sürücü cərimələndi
16-05-2024, 21:18
“Qarabağ”ın qapıçısı Moskvanın bu komandasına keçə bilər
16-05-2024, 21:09
Səhnədə gənc müğənninin üst geyimi açıldı
16-05-2024, 21:03
Bu şəxslərin Qazaxıstana girişi QADAĞAN EDİLİR
16-05-2024, 20:57
MMA döyüşçüsü GÜLLƏLƏNDİ
16-05-2024, 20:48
Basketbol ulduzları Kim Kardaşyanın seksual kampaniyasına qoşuldular
16-05-2024, 20:43
Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı
16-05-2024, 20:39
SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız özünü binadan atdı
15-05-2024, 16:28
"Real" 37 il sonra rekordunu yenilədi
15-05-2024, 16:23
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
15-05-2024, 16:16
Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
15-05-2024, 16:14
Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
15-05-2024, 16:05
"Mançester Siti" "Tottenhem"ə QALİB GƏLDİ
15-05-2024, 16:01
"Real Madrid" Luka Modriçlə yollarını ayırır
15-05-2024, 15:57
Süd satan qadın xəyanət edən ərini öldürdü
15-05-2024, 15:46
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
15-05-2024, 15:44
"Torqovı"da ofisiantlar bıçaqlandı
14-05-2024, 19:40
Arkadi Qukasyanın həbs müddəti uzadıldı
14-05-2024, 19:37
Dünyanın ən çətin dilləri: İlk 5-lik
14-05-2024, 19:34
“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq
14-05-2024, 19:32
"Mançester Yunayted"dən getməyə hazırdır
14-05-2024, 19:26
"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD
14-05-2024, 19:22
Daha çox yaşamağa kömək edən QİDALAR
14-05-2024, 19:19
İtlərin stressdə olduğunu göstərən əlamətlər
14-05-2024, 19:15
Serxio Ramos tezliklə ABŞ klubuna keçə bilər
14-05-2024, 18:52
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı