Dünya liderləri Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir
Dünya
Oxunub: 230
3 Eyl 2020 | 09:22
Dünya liderləri Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir "İndi Rusiya hökuməti Aleksey Navalnının başına gələnləri izah etməlidir".
Bunu Rusiyada müxalifət liderlərindən olan Aleksey Navalnının "Noviçok" qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərlənməsi xəbərinə münasibət bildirən Britaniyanın Baş naziri Boris Conson "Twitter" səhifəsində bildirib.
O qeyd edib ki, Aleksey Navalnıya qarşı kimyəvi silahın istifadəsi amansızlıqdır. 2018-ci ilin martında Britaniyada keçmiş agent Sergey Skripal və onun qızı Yuliya Skripalın zəhərləndiyini xatırladan Boris Conson: "Noviçok"un Britaniyadakı ölümcül nəticələrini öz gözümüzlə gördük. İndi Rusiya hökuməti Navalnının başına gələnləri izah etməlidir - ədalətin təmin edilməsi üçün beynəlxalq tərəfdaşlarla işləyəcəyik", deyə bildirib.
Britaniyanın sabiq Baş naziri, Sergey Skripal işi ilə əlaqədar Rusiyaya sərt diplomatik sanksiyalar tətbiq edən Tereza Mey də hadisəyə münasibət bildirib: "Noviçok"un yenidən Rusiya dövlətini tənqid edənləri susdurmaq üçün istifadə edilməsi dərin narahatlıq doğurur. Kimyəvi silahların istifadəsi qanunsuzdur və vəhşilikdir. Beynəlxalq ictimaiyyət qaydalara əsaslanan sistemimizi təhdid edənlərin cəzasız qalmamasını təmin etməlidir", deyə "Twitter" hesabında qeyd edib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen "Twitter"də Almaniya kansleri tərəfindən bu hadisə barədə məlumatlandırıldığını yazıb.
"Kansler Merkel mənə Rusiyada müxalifət lideri Navalnıya öz ölkəsində sinir iflicedici maddə ilə hücum edildiyini bildirdi. Bu alçaq və qorxaq bir hərəkətdir. Cinayətkarların məsuliyyətə cəlb olunması lazımdır", -deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.
NATO Baş katibi Yens Stoltenberq də məsələyə münasibət bildirib.
"Almaniya Aleksey Navalnının "Noviçok" hücumunun qurbanı olduğunu açıqladı. Rusiyanın tam və şəffaf istintaq aparmasını daha da aktuallaşdıran hərbi dərəcəli bir sinir iflicedici maddənin istifadəsini şiddətlə qınayıram. Bunun nəticələri barədə Almaniya və bütün NATO müttəfiqləri ilə məsləhətləşəcəyik", -deyə Yens Stoltenberq sosial media hesabında bildirib.
Aİ Şurasının Prezidenti Şarl Mişel də hadisəni şiddətlə qınadığını bəyan edib. "Müxalifət lideri Navalnını hərbi dərəcəli bir sinir iflicedici maddə ilə susdurmaq cəhdini ən sərt şəkildə qınayıram. Rusiya bunu tam araşdırmalı və ədalət təmin olunmalıdır", o, "Twitter"də qeyd edib.
Fransa Xarici İşlər naziri Jan-Iv Lö Drian da Aleksey Navalnının zəhərlənməsi ilə bağlı bəyanat yayıb.
"Kimyəvi silahların istifadəsinin qadağan olunması ilə bağlı prinsip pozulub. Bir daha bəyan edirəm ki, harada, nə zaman və kim tərəfindən istifadə olunmasından asılı olmayaraq bütün hallarda kimyəvi silahların istifadəsi qəbuledilməzdir və bu silahların istifadəsini qadağan edən beynəlxalq standartlara ziddir.
Bu kontekstdə, Rusiya hökuməti Navalnıya qarşı sinir ifliedci maddənin istifadəsinin mümkün olduğu şərtləri təxirə salmadan təyin etməlidir. Aleksey Navalnının Rusiyadakı siyasi statusu nəzərə alındıqda, ona qarşı edilən hücum ciddi suallar doğurur. Bu suallara cavab vermək Rusiya səlahiyyətlilərinin məsuliyyətindədir.
Fransa, xüsusən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı çərçivəsində, müvafiq forumlarda bu hadisəyə reaksiya verilməsi üçün Alman səlahiyyətliləri və müttəfiqləri ilə ilə yaxın təmasdadır", -deyə Fransa XİN-in bəyanatında qeyd olunub.
Qeyd edək ki, Almaniya kanslerinin mətbuat katibi Ş. Zaybert deyib ki, A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izləri tapılıb.
Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, "Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.
24-06-2020, 10:07
Çin, Hindistan və Rusiya liderləri arasında görüş olacaq
7-05-2020, 12:25
İtaliyada koronavirusdan sağalanların plazmalarını Rusiyaya göndərmək təklif edildi
17-01-2020, 13:16
AQTA sədri bir ailədən beş nəfərin göbələkdən zəhərlənməsinə münasibət bildirdi
5-08-2019, 16:20
Rusiyadan ABŞ-a ÇAĞIRIŞ: Raketlərin istehsalını dayandırın
30-12-2018, 15:43
Putin hokkey oynadı - FOTO + VİDEO
20-12-2018, 13:45
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Dün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Dün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Dün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Dün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Dün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Dün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Dün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Dün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Dün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Dün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Dün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
3-05-2024, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
3-05-2024, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
3-05-2024, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
3-05-2024, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
2-05-2024, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı