“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”
Cəmiyyət
Oxunub: 600
27 Haz 2021 | 14:21
“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI” Azərbaycan öz müstəqilliyini elan edəndən sonra bu il ilk dəfəydi ki, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü bu qədər böyük coşqu və qürur hissi ilə keçirilirdi. Bayram münasibəti ilə "Gülüstan" sarayında təntənəli mərasim keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdü. Dövlətimizin başçısı öz nitqində söylədi ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik və Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır.
26 İyun-Silahlı Qüvvələr Günündə yerlərdə vətəndaş cəmiyyətinin fəalları da İkinci Qarabağ mharibəsində qələbəni qazandıran şəhidlərin ailə üzvləri ilə, qazilərlə təmasda olub bayram ovqatlarına şərik çıxdılar. Belə tədbirlərdən biri Bakıdakı Zabitlər Parkındakı restoranda alovlu vətənpərvər Sevda Əliyevanın təşkilatçılığı ilə baş tutdu. Şəhid analarının, qazilərin, mədəniyyət işçilərinin, jurnalistlərin iştirak etdikləri həmin tədbirdə ən nüfuzlu qonaqlar əlbəttə ki, ruhları sevinən Polad Həşimovun, Xudayar Yusifzadənin, Cəbrayıl Dövlətzadənin və digər şəhidlərin valideynləriydi. Əməkdar artist Gülyanaq Məmmədovanın vətənpərvərlik mövzusunda ifa etdiyi mahnılar, müğənni Vasif Əzimovun “Xudayar təsnifi”ni oxuması damarlarda qanı coşdururdu. Qələbəmizin əhəmiyyətindən, şəhidlərimizin müqəddəsliyindən, döyüşçülərimizin şücaətindən danışan təşkilatçı Sevda Əliyeva və digər natiqlərin çıxışlarının arasındakı pauza məhz həmin mahnılarla müşayiət olunurdu. Təsnifin həzin ifası, müşayiət edən kamanın iniltisi, şəhid oğlunun adını yaxasına yazmış xalq artisti Əli Nurun söylədiyi təsirli şeir şəhid general Polad Həşimovun anasını kövrəltdi. Səmayə xanım “kişilərin bayramı”nda ağlamayacağını özünə söz versə də, göz yaşlarını saxlaya bilmədi. Onu tanıyan qazilər hörmət və ehtiram əlaməti olaraq bir-bir yaxınlaşıb əlini öpüb alınlarına yaxınlaşdırdılar. Səmayə xanım bütün şəhid analarının da onun kimi eyni statusa malik olmalarını xatırlatsa da, onun tədbirdə hamıdan yaşca böyük olduğunu nəzərə alan iştirakçılar, üstünə 26 rəqəmi qeyd olunmuş bəzəkli tortun kəsilməsini də ona həvalə etdilər. Sonda rəmzi olaraq Sülh göyərçinini havaya buraxdılar. Quş isə çox uzağa uçmadı, bir az qanad çalıb tezliklə tədbirin vaqe olduğu məkana döndü. Sanki bu dilsiz-ağızsız heyvan ilahi bir tasarıyla demək istəyirdi ki, şəhidlərin – azadlıq və müstəqillik qurbanlarının cənnətməkan ruhunun sevinərək dolaşdığı, himnimizin səsləndiyi həmin ünvanı tərk etməyə lüzum yoxdur.
Sevda xanım bildirdi ki, tədbirin maliyyə məsrəflərinin əhəmiyyətli hissəsini öz üzərlərinə götürən “Zabitlər Parkı”nın direktoru Şahməmmədli Məhəmməd Telman oğludur. Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov da həmişə tədbirlərimizə dəstək olan insanlardandır. Xeyriyyəçi xanım Aybəniz Orucovanı isə xüsusi qeyd etmək istəyətdim. Çünki o həmişə bir ana, bir bacı kimi mənim yanımdadır. Çatışmsyan nə varsa, hamısıına əl uzadır. Allah belə mərd ürəkli insanları cəmiyyətimizə çox görməsin. Məsəl var, deyirlər, dünya xeyirxah insanların çiynində dayanır. Bu həqiqətən də beləymiş.
Sevda xanım qeyd etdi ki, Qara Qarayev adına Kamera Orkestrinin bədii rəhbəri, əməkdar artist Nərgiz Əliyeva da ona dəstək olan insanlardandır. O, təkcə bu tədbirdə deyil, daha əvvəl təşkil olunan tədbirlərdə də onun təşəbbüslərinə böyük məmnuniyyətlə qoşularaq maddi və mənəvi dəstək vermiş, şəhid ailələrinin, qazilərin yanında bəranər olmuşlar.
Sevda xanım 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil etdiyi Gəncə şəhidlərinin ziyarətinin, şəhid və qazi ailələrinin üzvlərinin Göygöl səfərinin, bu ailələrin uşaqlarının Nabranda 3 günlük istirahətinin baş tutmasında adını çəkdiyi xeyirxah insanların xidmətlərinin ölçüyəgəlməz olduğunu söylədi, çıxışları ilə tədbirlərin bədii hissəsinə rəngarənglik qatan Sirkin kollektiv üzvlərinə, onun və Nərgiz xanımın dəvəti ilə tədbirlərə qoşulan mahir aktyorlara - əməkdar artistlər Gülər Nəbiyevaya və İlham Əsədova dərin minnətdarlığını bildirdi.
Həmin tədbirdə diqqətimi çəkən təsirli epizodları, insanda əsrarəngiz duyğular oyadan həssas məqamları o vaxta qədər mən yalnız qardaş Türkiyə ilə bağlı səhnələrdə müşayiət etmişdim. Şükürlər olsun ki, məni heyran edən həmin mənzərənin Azərbaycanda da şahidi oldum. Bir daha əmin oldum ki, həqiqətən də Azərbaycan və Türkiyə bir millətin iki dövlətdir. Şübhəm qalmadı ki, iki dövlət liderlərinin vəd etdikləri kimi, Azərbaycanda da Türkiyə ordusunun kiçik modeli tezliklə qurulacaq və “Şuşa Bəyannaməsi” ilə dünyaya verilən mesajlarda ehtiva olunan məqsədlərə nail olacağıq.

Nüşabə Əhməd

“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”“ZABİTLƏR PARKI”NDA “KİŞİLƏRİN BAYRAMI”
7-07-2020, 12:44
Silahlı Qüvvələrimizin şərəfinə əbədləşdiriləcək addım
26-06-2020, 13:05
Bu gün Azərbaycan əsgəri dünyanın müxtəlif bölgələrində, qaynar nöqtələrdə sülhü qoruyur
15-06-2020, 18:41
Qədir bilən xalqımız 15 iyun - Milli Qurtuluş gününü, öz xilaskarının şərəfinə, hər il bayram edir
2-06-2020, 11:10
Bu ay 10 gün iş OLMAYACAQ
28-05-2020, 12:05
Azərbaycan Respublika Gününü qeyd edir
29-12-2018, 13:23
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində səfərdədir
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır