Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır - Baş infeksionistdən AÇIQLAMA
Cəmiyyət
Oxunub: 343
17 Haz 2020 | 12:25
Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır - Baş infeksionistdən AÇIQLAMA Azərbaycanda koronavirus epidemiyasına yoluxma pik həddə çatıb. Xüsusi karantin rejiminin ən sərt vaxtlarında, mart-aprel aylarında infeksiyaya yoluxma statistikası ürəkaçan idi. Bu gedişlə ümid edilirdi ki, ölkə pandemiyadan az itki ilə çıxmağa müvəffəq ola bilər.
Lakin aprelin 27-dən karantin rejiminin mərhələli yumşaldılmasına başlanması bumeranq effekti verməkdədir. Rəsmilər də etiraf edirlər ki, yumşalmanın nəticəsində koronavirusa yoluxma sürətlə artmaqdadır.
Bu səbəbdən 9 şəhər və rayonda karantin rejimi saxlanılır, bölgələrin sayının artması istisna deyil. Hətta aprel ayında olduğu kimi hamının yenidən evə qapadılması təklifləri səslənir. Çünki həftəsonu tətbiq edilən sərt karantin rejimi hələ ki ciddi effekt vermir. Hazırda hər gün yoluxanlar 300-dən çox, ölənlər 3-5 nəfər arası dəyişir. Eyni zamanda karantin rejiminin qaydalarına məsuliyyətli şəkildə riayət də edilmir: kafe-restoranlarda, ticarət mərkəzlərində, bazarlarda, marketlərdə, ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsinə əməl edilmir, heç də hamı bir nəfər kimi maska taxmır.
O baxımdan Azərbaycanda sərt tədbirlər görülməsi, Çində olduğu kimi hərbi vəziyyət elan edilməsi təklifləri səslənməkdədir.
Bir sıra şəhər və rayonlarda tətbiq edilən sərt karantin rejimi …
Çinin paytaxtı Pekinin qonşuluğunda yerləşən Baodin şəhərində hərbi vəziyyət elan edilib. Bildirilib ki, bu qərar Pekin bazarlarından birində koronavirus peyda olması ucbatından qəbul edilib.
Baodinin Pekinə çox yaxın ərazidə yerləşməsi və paytaxtla aktiv əlaqəsi səbəbindən burada hərbi vəziyyət tətbiq olunub. Baodində 11,5 milyon insan yaşayır. Şəhər Pekinin 140 kilometrliyində yerləşir.
Pekinin "Sinfadi” bazarında iyunun 13-də koronavirus aşkarlanıb. Rəsmi məlumatlara görə, bazarı ziyarət edən 517 nəfərdən 45-i koronavirusa yoluxub. Bu nöqteyi-nəzərdən analoji praktikanın Azərbaycanda tətbiqinin hansı nəticələri verəcəyi müzakirə edilir. Çünki yoluxmanın heç bir üsulla qarşısını almaq mümkün olmur. Artıq xəstəxanalarda yer olmadığı xəbərləri gəlməkdədir, respublikanın tanınmış simaları arasında yoluxanlar var. Həmçinin Prezident Administrasiyasında, Milli Məclisin Aparatında, ayrı-ayrı nazirliklərdə COVİD-19 infeksiyasına yoluxanlar var.
Faktiki, ölkədə yoluxma sayı 10 minə yaxınlaşıb, bu yazı hazırlanarkən ölü sayı 119 nəfər idi, 4255 nəfər isə aktiv xəstə müalicə edilir. Üstəlik, pandemiyanın ikinci dalğasının gələcəyi israrla söylənilir və proqnozlaşdırılır.
Belə ki, Çinin Pekin bazarından qaynaqlanan koronavirus pandemiyasının ikinci dalğası nəticəsində 106 nəfər infeksiyaya yoluxub.
Səhiyyə Nazirliyinin baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev "Yeni Müsavat”a bildirib ki, yoluxma və ölüm halları artır, xəstəlik stabil olaraq yüksək rəqəmlərdə qalır.
Baş infeksionist hesab edir ki, diqqətli təhlillər apardıqdan sonra karantin rejiminin sərtləşdirilməsi, yoxsa daha da yumşaldılmasına baxıla bilər:
"Bu səlahiyyət Nazirlər Kabinetindədir və bizim indidən fikir söyləməyimiz yanlış istiqamətlərə apara bilər. Sadəcə, insanlar xəstəliyə məsuliyyətsiz, laqeyd yanaşırlar. Çoxu fikirləşir ki, xəstəlik mənə heç nə edə bilməz. Amma bu virus hava-damcı ilə keçir deyə yoluxma sürətlə artır. Ona görə maska taxmaq vacibdir. Maska yoluxmanın 70 faiz qarşısını ala bilir”.
C.İsayev Çindəki hərbi vəziyyətin eynilə bizdə tətbiq olunması təklifi ilə razılaşmır:
"Çində ikinci dalğa var. Amma onlar təcrübəlidir və vəziyyətdən çıxacaqlar. Hərbi vəziyyət isə bizim üçün deyil. Çinin milyard yarım əhalisi var, nəzarət üçün lazımdır. Azərbaycanda belə bir vəziyyət elan olunmasına ehtiyac görmürəm. Sadəcə, sosial məsafə gözlənməsi, maska taxılması ən yaxşı mübarizə metodlarıdır. Ümid edirəm ki, yoluxma sayı ilə bağlı hər gün verilən məlumatlar insanları ayıldacaq, daha məsuliyyətli olmağa vadar edəcək”.
C.İsayevin sözlərinə görə, maska taxmağa məcbur etməklə, cərimələməklə nəticə əldə olunmur:"İnsanlar özləri gedişatı görməlidirlər və qaydalara könüllü əməl etməlidirlər. Çünki xəstəni də, ölünü də görürük. İndi gözləyirik ki, gərək əzizlərimiz yoluxsun, onda əməl edək?”
Baş infeksionistin fikrincə, insanların rayonlara buraxılmasını təşkil etmək, Bakıdakı sıxlığı azaltmaq lazımdır:"Bu haqda düşünmək lazımdır. Hesab edirəm ki, Bakıda əhali azalsa, ictimai nəqliyyatda sıxlıq olmasa yoluxmanın da getdikcə azaldığını görəcəyik. Bu, subyektiv fikrimdir”.
C.İsayev qeyd etdi ki, bu vəziyyət sentyabra qədər davam edə bilər:
"Mənim əvvəlki proqnozum belə idi ki, hava istiləşər, insanlar sosial təcrid qaydalarına əməl edər və yayda yoluxma azalar. Amma gördünüz ki, koronavirus əvvəlcədən planlaşdırmanı sevmir”.
Bu arada TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirmişdi ki, gələn həftə cümə və şənbə günü sərt karantin rejimi tətbiq olunacaq, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılacaq.
Qeyd olunan karantinlə bağlı "Trend”ə açıqlama verən TƏBİB mətbuat katibi Rəvanə Əliyeva deyib ki, bu məsələ hələlik rəsmi təsdiqini tapmayıb.
O qeyd edib ki, əgər deyildiyi kimi cümə və şənbə günləri sərt karantin rejimi tətbiq olunacaqsa, bu barədə Operativ Qərargahın brifinqində ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, yoluxma sayındakı dinamika nəzərə alınmaqla, Azərbaycanda həftə sonları və bayram günlərində bir sıra rayon və şəhərlərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb.
14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bundan öncəki həftəsonu da sərt karantin rejimi tətbiq edilib.
27-05-2020, 16:45
İyunun 1-də Azərbaycanda iri ticarət mərkəzləri açıla bilər - VACİB AÇIQLAMA
23-04-2020, 12:20
Karantin rejimi qaydalarını pozan 1208 sürücü cəzalandırıldı
19-04-2020, 22:24
BDYPİ: Azərbaycanda karantin rejimini pozan 29 min 642 hərəkət iştirakçısı cərimələndi
17-04-2020, 14:55
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
10-04-2020, 10:52
Karantin rejiminin pozulmasına görə 11 318 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib
10-04-2020, 10:45
Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb
Bugün, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
Bugün, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
Bugün, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
Bugün, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
Bugün, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
Bugün, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
Bugün, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
Bugün, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
Bugün, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi